Abdullayev Tahir

Ukraynadakı sərvətini Qarabağ uğrunda xərcləyən kişini hala saldılar...

619
(Yenilənib 10:55 06.12.2016)
Tahir Abdullayev: "Dərdimizi kimə deyək, bilmirəm. Heç olmasa, bağımı geri qaytarsalar, birtəhər dolanarıq"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 6 dek — Sputnik. Abdullayev Tahir Məmmədoğlu 1936-cı ildə Qərbi Azərbaycanda dünyaya gəlib. Amma orada çox yaşaya bilməyiblər. 1948-ci ildə onun da ailəsi, digər həmyerliləri kimi Qərbi Azərbaycandan deportasiya edilib.

Onlar yurd-yuvalarından didərgin salınan zaman bütün mal-mülkləri Qərbi Azərbaycanda qalır. Sonradan abdullayevlər ailəsi Gəncədə məskunlaşır. Burada təhsilini başa vurduqdan sonra, 19 yaşlı Tahir Ukraynaya gedir.

Ömrünün çox hissəsini ölkədən kənarda keçirən T. Abdullayev, Azərbaycanın ağır günlərində Vətənə qayıdır: "Özüm əslən Qərbi Azərbaycandanam. Ukraynadan Azərbaycana böyük sərvətlə qayıtmışdım. İki yük maşınım, avtomobilim var idi. Ukraynada ailəm də var idi. 30 il yaşamışam Ukraynada. Gələndə qızımı da götrüb gəldim Azərbaycana. O da xeyirxahlığı sevən insandır, müharibənin ağır dövründə bütün qızıllarını Müdafiə Nazirliyinə bağışlamışdı".

T. Abdullayevin Ukraynada 3 övladı dünyaya gəlir. Lakin Azərbaycanın ağır günlərində — 1989-cu ildə o, Ukraynada qala bilmir və geri dönür: "Boşanmaq, həmçinin qızımı özümlə Azərbaycana gətirmək üçün məhkəməyə müraciət etdim. Hakim qadın idi. Gördü ki, qızım mənə meyllidir, imkanım da yaxşıdır, qızımı mənə verdi".

Gəncənin Səsi qəzeti
© Sputnik / Irade JELIL
"Gəncənin Səsi" qəzetində T.Abdullayevin Xocalı faciəsinin 1 illiyinə verdiyi ehsan barədə yazılıb. 5 mart 1993-cü il

O, Azərbaycana gələndən sonra yenidən ailə qurur. İkinci evliliyindən iki övladı dünyaya gəlir. Lakin oğlunun biri 11 yaşında dünyasını dəyişir. Bir müddət sonra həyat yoldaşı da ondan ayrılır.

"Mən qızımı Xarkovdan gətirəndən sonra həm atası oldum, həm anası. O qız mənə ümid edib, anasını qoyub gəldi. Mənim ikinci yoldaşım isə ona analıq elədi, amma ana olmadı. Bəlkə elə buna görə də ailəm davam etmədi. Dəfələrlə dedim ona ki, "qızıma ana ol, analıq etmə", dinləmədi. Həm də mən bütün var-dövlətimi xeyir işlərə xərcləyirdim, yoldaşım isə bunu qəbul etmirdi", — deyir həmsöhbətimiz.

Xocalının Səsi qəzetinin 22 iyul 1992-ci il tarixli nömrəsi
© Sputnik / Irade JELIL
"Xocalının Səsi" qəzetinin 22 iyul 1992-ci il tarixli nömrəsində çap edilmiş məqalədə Tahir Abdullayevin xeyriyyəçiliyindən də söz açılıb

Bir müddət Qarabağ uğrunda döyüşlərdə iştirak edən T. Abdullayev, sonradan xeyriyyəçiliklə məşğul olmağa başlayır: "1990-cı il avqustun 10-da Tiflis avtobusunu ermənilər partlatdılar. Hamı yanıb ölümüşdü. Səhər gəldim, həmin yeri çəpərlədim ki, insanın külü ayaq altında qalmasın. Sonradan həmin yerdə abidə ucaltdım. Gəncədən 2 km aralıda yolun kənarındadır həmin ərazi".

Qızının da özü kimi vətənpərvər olduğunu bildirir: "Bu uşaq, ermənilər Şuşanı alanda, "bütün qızıllarını hərbçilərimizə bağışlayacağam" dedi. Qızımla gəldik Müdafiə Nazirliyinə. Ondan soruşdular ki, "niyə gəlmisən?". Cavab verdi ki, "döyüşçülərimizə mən də yardım etmək istəyirəm". Xocalı soyqırımı zamanı da elan edilmişdi ki, qurbanların dəfn edilməsi üçün yardım ayrılsın. O zaman da qızım 10 min manatını aparıb Müdafiə Nazirliyinə bağışladı. Mənim qızım vətənpərvər qızdır".

Müdafiə Nazirlyi tərəfindən verilmiş arayış
© Sputnik / Irade JELIL
Müdafiə Nazirlyi tərəfindən 1992-ci ildə verilmiş arayış

Abdullayevin dediyinə görə, Xarkovdakı keçmiş həyat yoldaşı ara-sıra qızını görməyə gəlir. Hazırda T. Abdullayev Samux rayonunun Alabaşlı qəsəbəsində yaşayır. Və yaşadığı kənddə qarşılaşdığı problemləri də dilə gətirir: "Alabaşlı qəsəbəsinin 150 ha torpağı var idi. 1999-cu ildə islahatlar başladı. Mən də Ukraynadan qayıdandan sonra bu qəsəbədə yaşayırdım. Torpaq bölügüsü vaxtı mənə 1 ha bağ sahəsi verdilər. Mən də bağa yaxşı baxırdım, becərirdim, yaxşı məhsul da götürürdüm. Sonra dedilər ki, "anlaşılmazlıq olub" və bağ əlimdən aldılar".

Tahir Abdullayev öz bağında
© Photo : T.Abdullayevin şəxsi arxivi
Tahir Abdullayev: "Torpaq bölügüsü vaxtı mənə 1 ha bağ sahəsi verdilər. Mən də bağa yaxşı baxırdım, becərirdim, yaxşı məhsul da götürürdüm"

"Oğlum da hərbi xidməti bitirib, hazırda işsizdir. Gəncə kimi şəhərdə ona bir iş tapılmır. Dərdimizi kimə deyək, bilmirəm. Heç olmasa, bağımı geri qaytarsalar, birtəhər dolanarıq. Amma yox, qarşımıza sənəd gətirirlər ki, guya sotu 2 manata satılıb. 2 manata da torpaq satmaq olar?", — deyə gileylənir müsahibimiz…

619
Teqlər:
Tahir Abdullayev, sərvət, Samux, həyat yoldaşı, Vətən, müharibə, ailə, qız, pul, Ukrayna, Azərbaycan, Qarabağ
Əlaqədar
Bakı kəndində zəncirvari intihar dalğası və açılmamış sirlər...
Sənətindən imtina etmiş “Kürdəxanılı balası”: “Yoldaşım getdi..., elə bil ölmüşəm”
Qardaşı da onu axtarır, həyat yoldaşı da: biri öldürmək üçün, digəri...
Həyatı faciəyə çevrilmiş qadın: "Məni bura Gülər Əhmədova gətirdi"
İtaliyada epdimioloji vəziyyət

İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq

13
İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

BAKI, 25 oktyabr - Sputnik. İtaliyada epidemioloji vəziyyətin pisləşməsi səbəbindən oktyabrın 26-dan məhdudiyyətlər artırılır.

Sputnik Azərbaycan “Qafqazinfo”ya istinadla məlumat verir ki, bu gün İtaliya Baş Nazirinin Mətbuat xidməti tərəfindən açıqlanan yeni qaydalara uyğun olaraq bütün kinoteatr, teatr, idman zalları və hovuzlar bağlanacaq.

Restoran və barlar işə davam edəcək, lakin vaxt məhdudiyyəti ilə - axşam saat 6-dək.

Qeyd edək ki, İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

13
Koronavirus testi, arxiv şəkli

Ölkədə daha 946 nəfər COVID-19-a yoluxub, 228 nəfər sağalıb

35
Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

BAKI, 25 oktyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölkədə son sutka ərzində 10037, hazırkı dövrədək isə 1291534 test aparılıb.

35

İlham Əliyev Azərbaycanı dəstəkləyən ölkələrin başçılarına məktublar ünvanlayıb

0
Prezident BMT TŞ-da Azərbaycanı dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb.

BAKI, 25 oktyabr - Sputnik. Məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.

Sputnik Azərbaycan xəbər verir ki, bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadinin dövlət və hökumət başçılarına məktublar ünvanlanıb.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Məktublarda BMT Təhlükəsizlik Şurasında keçirilmiş müzakirələr zamanı göstərdikləri prinsipial mövqeyə görə sözügedən ölkələrə təşəkkür ifadə olunub.

Məktublarda qeyd edilib ki, bu ölkələrin belə qəti mövqe sərgiləmələri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur.

Daha sonra məktublarda bildirilir ki, həmin ölkələrin davamlı dəstəyi münaqişənin beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə töhfə verəcək.

Sonda isə ikitərəfli münasibətlərimizin, eləcə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığımızın uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə