Polis partlama baş verən sahədə axtarış apararkən

Bəzi KİV-lər axtarış zamanı hal şahidlərini "görməyiblər"

27
Hal şahidləri institutunun "aradan qaldırılması" jurnalistlərin səhvi olub

BAKI, 5 dek — Sputnik. Hüquq-mühafizə orqanları tərəfindən hal şahidləri olmadan axtarışların aparılmasına dair qanunvericiliyin tələbi təəssüf ki, bəzi jurnalistlər tərəfindən düzgün şərh olunmayıb. Bu barədə Sputnik-ə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev, Cinayət Prosessual Məcəlləsinin 236.4 və 244.1-ci maddələrinə edilən düzəlişləri şərh edərkən bildirib.

Milli Məclisin deputatı Rövşən Rzayev
© Photo : REPORT
Milli Məclisin deputatı Rövşən Rzayev

Qeyd edək ki, KİV-in yazdığına görə, Cinayət Prosessual Məcəlləsinin 236.4 və 244.1-ci maddələrinə edilən düzəlişlərə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hal şahidləri olmadan axtarış və müsadirə həyata keçirə biləcəklər. "Bundan başqa, əgər prosesin gedişi zamanı videoçəkiliş olsa, hüquq-mühafizə orqanlarının əməkdaşlarına hal şahidi olmadan da axtarış və müsadirəni həyata keçirməyə icazə veriləcək", — deyə KİV-in məlumatlarında bildirilir.

Rzayev isə deyir ki, yayılan informasiyalar həqiqəti əks etdirmir: "Hal şahidləri axtarış prosesində iştirak edəcəklər. Amma müəyyən hallar var ki, operativ müdaxilə və təhlil tələb edir. Belə olan təqdirdə, əgər hüquq-mühafizə orqanlarının əməkdaşlarının əlində videomateriallar olacaqsa, axtarış zamanı videoçəkiliş aparılacaqsa, o zaman hal şahidlərinin olmaması şübhəli şəxsin saxlanılmasını və yaxud ittiham edilməsini əngəlləməyəcək. O da var ki, videomateriallar şəxsin ittiham olunması uçun kifayət edəcək. Bu, hal-hazırda bütün inkişaf etmiş ölkələrdə norma sayılır və onun Azərbaycanda da qəbul edilməsində qeyri-adi heç nə yoxdur".

Onun sözlərinə görə, sözügedən qanuna əlavə edilmiş bu maddələr axtarış və müsadirə zamanı hal şahidlərinin iştirakını istisna etmir: "Necə ki, daha əvvəl bu proseslərdə hal şahidləri iştirak edirdilər, bundan sonra da iştirak etməkdə davam edəcəklər".

27
Teqlər:
KİV, Rövşən Rzayev, şahid, polis, axtarış, hüquq-mühafizə orqanları
Əlaqədar
Təbii fəlakətin şahidi: "Heç vaxt belə dəhşətli mənzərə görməmişdim"
Davudoğlu Ərdoğanın qızının nikah şahidi olacaq
“Günəşli” faciəsi şahidlərin gözü ilə...
Sabah bütün dünya Azərbaycanın qüdrətinin bir daha şahidi olacaq