Spirtli içki

Azərbaycanda ən çox spirtli içki bu rayonda içilir

3419
Respublikada ən çox spirtli içki istehlak olunan bölgələr bəlli oldu

BAKI, 5 dek — Sputnik. Bir neçə gün öncə Rusiya İctimai Palatasının Ekspert-Analitik Mərkəzi, bu ölkədə ən çox spirtli içkinin hansı regionda istehlak olduğu barədə statistikasını açıqlamışdı. Həmin məlumatda qeyd olunurdu ki, Rusiyada spirtli içki istehlakının ən yüksək olduğu yerlər Maqadan vilayəti, Çukotka muxtar dairəsi və Komi Respublikasıdır. Ən az şərab içilən bölgələr isə Çeçenistan, İnquşetiya və Dağıstandır.

Bəs Azərbaycanda vəziyyət nə yerdədir? Spirtli içki ən çox hansı bölgəmizdə istehlak olunur? Bu barədə ölkədə spirtli içki istehsalı ilə məşğul olan bir neçə yerli şərab zavodu ilə əlaqə saxladıq.

"Bakı Şərab ASC"-dən Sputnik-ə bildirildi ki, Respublikanın bütün bölgələrindən sifarişlər olunsa da, ilk sırada Qusar və Lənkəran gəlir: "Bizim məhsullara sifariş daha çox paytaxt ərazisi və şimal rayonlarından olur. Qusar, Quba, Xaçmaz. Amma konkret desək, ən çox Qusar və Lənkərandan sifarişlər edilir. Şəmkirdən, Gəncədən də sifarişlərimiz az deyil".

"İllik istehsalın həcmini proqnozlaşdırmaq olmur. Açığı desəm, axır vaxtlar satış olduqca zəifdir. Demək olar ki, son iki aydır işləməmişik. Qiymətləri artırmamışıq, ancaq alver yenə də zəifdir, məhsullar satılmır. Qiymətləri normal saxlamışıq ki, satışımız olsun. Alternativ araqlar çoxdur, ona görə qiymətləri qaldıra bilmirik ki, bazardakı payımızı itirərik", — Bakı Şərab ASC-dən bildirilib.

Ölkənin ən iri şərab istehsalçılarından olan, Ağsuda yerləşən "Az-Granata" ASC-nin marketinq meneceri Zamiq Əliyev də Sputnik-ə açıqlamasında deyib ki, spirtli içki sifarişi daha çox şimal bölgələrindən gəlir: "Şimal rayonlarımızdan sifarişlər daha çoxdur. Konkret açıqlamaq lazımdırsa, Quba ilk sırada gəlir".

Z. Əliyev, zavodun illik istehsalının həcmi ilə bağlı məlumatları açıqlaya bilməyəcəklərini deyib: "İllik istehsalın həcmi ilə bağlı rəqəmlər bizdə konfidensialdır, yəni konkret rəqəmləri açıqlaya bilmirik".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə, mövzu ilə bağlı Sputnik-ə bildirib ki, hansı bölgəmizdə daha çox spirtli içki istehlak olduğuna dair onlarda dəqiq rəqəmlər olmasa da, bəzi məlumatlara malikdirlər: "Bizdə olan məlumatlara görə, ölkədə ən çox şərab istehlak olunan rayonlar Quba və Xaçmazdır. Sözün düzü, bu barədə məndə dəqiq statistik məlumatlar yoxdur. Ancaq, təxmin edirəm ki, Azərbaycanda şərabı ən çox Quba və Xaçmazda içirlər".

Tam dəqiq statistikanı öyrənmək üçün Dövlət Statistika Komitəsindən məlumat almağa çalışsaq da, cəhdimiz baş tutmadı.

3419
Teqlər:
Lənkəran, Xaçmaz, Qusar, Quba, araq, istehlak, istehsal, içki, şərab, spirtli içki, Azərbaycan, Rusiya
Əlaqədar
Spirtli içkilərin satışı ilə bağlı qadağa aradan qalxdı
Şirin içkilərin qiyməti 20 faiz bahalaşa bilər
Bu içki 42 günə xərçəng xəstəliyini məhv edir
Azərbaycanda satılan spirtli içkilərlə bağlı müdhiş fakt
Qarabağın tut arağı: həm keyfiyyətli içki, həm də can dərmanı
Ramazanda spirtli içki içməyin cəzası nədir?
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

14
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

14
Bakıda tibbi maska taxmış şəxs, arxiv şəkli

Bakıda koronavirus ocağı bu ərazidir

19
(Yenilənib 23:42 23.01.2021)
Ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

 

BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

19