Yataqda uzanmış gənc qadın, arxiv şəkli

Cinsi əlaqə, görün qadınlarda nələrə səbəb olur

3667
O, elə müsbət fiziki yükdür ki, nəinki təkcə sağlamlığı gücləndirir, eyni zamanda stresi götürür və yaddaşı gücləndirir

BAKI, 4 dek — Sputnik. Ənənəvi seks qadının yaddaşına müsbət təsir göstərir. Sputnik xarici mətbuata istinadən xəbər verir ki, "Archives of Sexual Behaviour" nəşrinin yazdığına görə, bu qənaətə Kanadanın Makgila Universitetinin alimləri, apardıqları araşdırma nəticəsində gəliblər.

Moskvada pilonda rəqs üzrə müsabiqə, 1990-cı illər
© Sputnik / Vladimir Vyatkin

Sən demə, seks və hippokamplar (baş beynin limbik sisteminin bir hissəsi — emosiyaları tənzimləyir, yaddaşı konsolidasiya edir, qısamüddətli yaddaşdan uzunmüddətli yaddaşa keçidi tənzimləyir) arasında əlaqə var. Mütəxəssislərin sözlərinə görə, tez-tez sekslə məşğul olan qadınlarda hippokamp sahəsindəki hüceyrələr fəal şəkildə inkişaf edir. Baş beyninin məhz bu hissəsi insanın yaddaşına və əsəb sisteminin işinə cavabdehdir.

Mütəxəssislərin keçirdiyi eksperimentdə 78 könüllü qadın iştirak edib. İştirakçıların yaşı 30-u keçməyib. Qadınlar bildiriblər ki, onlar tez-tez intim yaxınlıq edirlər.

Eksperiment iştirakçılarına bir sıra testləri yerinə yetirmək tapşırılıb. Məlum olub ki, tez-tez sekslə məşğul olan qadınlar çətin sözləri yaxşı xatırlayırlar. Amma maraqlıdır ki, bu qabiliyyət qadınların sekslə məşğul olduqları şəxsləri xatırlamaq və tanımaq istedadına təsir etmir.

Alimlər eksperimentin nəticələrindən çıxış edərək deyiblər: "Seks elə müsbət fiziki yükdür ki, o, nəinki təkcə sağlamlığı gücləndirir, eyni zamanda stresi götürür və yaddaşı gücləndirir".

 

3667
Teqlər:
baş, eksperiment, yaddaş, seks, alim, beyin, cinsi əlaqə, qadın
Əlaqədar
Seks kaseti ortaya çıxan nazir istefaya göndərildi
Dəniz Baykalın seks kasetini hazırlayıb yayanlar həbs olundu
Seks-simvol olmaq istədilər, amma...
Kişilər seksdən silah kimi istifadə edən qadınları xoşlamırlar
Kənd məktəbi, arxiv şəkli

Ucqar kəndlərdə məktəblərin azkomplektli formada fəaliyyətinə yol veriləcək

0
(Yenilənib 00:39 26.11.2020)
Bu, Prezident İlham Əliyevin dünən təsdiqlədiyi "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanunda əksini tapıb.

BAKI, 25 noyabr — Sputnik. Ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol veriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin dünən təsdiqlədiyi "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanunda əksini tapıb.

Qanuna əsasən, şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunacaq.

0

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

16
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

16