Весна в Азербайджане

Buludlu hava gözlənilir

383
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 5-8° isti, gündüz 10-15° isti, Bakıda gecə 6-8° isti, gündüz 13-15° isti olacağı gözlənilir.

BAKI, 3 dek — Sputnik. Bakı və Abşeron yarımadasında dekabrın 4-də hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq.

Mülayim cənub-qərb küləyi arabir güclənəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə  5-8° isti, gündüz  10-15° isti, Bakıda gecə  6-8° isti, gündüz  13-15° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə  75-85 %, gündüz  60-70 %  təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.

383
Sputnik Beynəlxalq İnformasiya Agentliyinin loqosu, arxiv şəkli

"Bu, "Sputnik Latviya"ya qarşı ilk qərəz deyil" - Azərbaycanlı media eksperti

2
(Yenilənib 22:03 04.12.2020)
"Azadlıq radiosunun yayımının bloklanması pislənir, amma "Russia Today"-in yayımına məhdudiyyətə heç bir reaksiya verilmir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 4 dekabr — Sputnik. Latviya Dövlət Təhlükəsizlik xidməti dekabrın 3-də Riqadakı "Sputnik" bürosunun əməkdaşlarına, eləcə də "Baltnews" portalının jurnalistlərinə və digər rusdilli media nümayəndələrinə Latviya Cinayət Məcəlləsinin 84-cü maddəsi ilə – Avropa Şurasının sanksiya rejimini pozma – ittiham irəli sürüb. Jurnalistlər saxlanılıb, dindirilib, axtarışa məruz qalıb və onlar haqqında cinayət işi qaldırılıb. Sputnik Azərbaycan ölkənin tanınmış media ekspertlərinin bu məsələyə münasibət bildirib.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu hadisələr  jurnalistika prinsipi baxımından həqiqətən də yolverilməzdir: "Bu "Sputnik Latviya"ya qarşı olan ilk hadisə deyil. Çox uzun müddət dünyada belə kampaniyalar aparılırdı ki, Azadlıq radiosunun və digər beynəlxalq KİV-lərin fəaliyyəti bloklanır. Amma məsələ ondadır ki, Avropa ölkələrində, hətta ABŞ-ın özündə bu prinsiplər çox pozulur. Bunlardan qabaq, "Russia Today"-in yayımı bloklanmadı. Pribaltika ölkələrində onların yayımına məhdudiyyət qoyulub. Hələ o vaxt bu məsələ qalxanda bildirilirdi ki, Azadlıq radiosunun yayımının bloklanması pislənir, amma "Russia Today" yayımına məhdudiyyətə heç bir reaksiya verilmir. Çox təəssüf ki, söz azadlığı prinsipləri çox vaxt elə onu yaradan ölkələr tərəfindən pozulur. Müasir mediada baş verən ifadə azadlığı pozuntularının çoxu elə qərb dövlətlərinin özündən gəlir. O cümlədən, Avropa və ATƏT məkanından. Əvvəllər biz danışırdıq ki, bu ikili standartlar əsasən Azərbaycana qarşıdır. Amma son dövrlər görürük ki, bunların özlərinin ifadə azadlığına qarşı münasibətlərində çox ciddi dəyişikliklər var. Məsələn, elə bir neçə gün öncə Fransada baş verən toqquşmalarda media azadlığını götürək. Qlobal təhlükəsizlik haqqında qəbul olunan qanunun bir nömrəli hədəfi medianın azadlığının məhdudlaşdırılmasıdır. Beynəlxalq təşkilatlar tərəfindən belə bir ifadə işlədildi ki, artıq ATƏT-in, Avropa Şurasının ən aparıcı dövlətlərindən olan Fransa kimi ölkə söz azadlığının durumuna görə Somali və Sudanın vəziyyətinə düşüb. Söz və ifadə azadlığına ikili yanaşma var. Bu cür yanaşmalar Qərb dəyərləri haqqında danışanların özünü şübhə altına salır. Media azadlığının qanunvericilik nöqteyi nəzərindən məhdudlaşdırılması, ikili yanaşma jurnalistlərin təhdid olunması ilə bağlı ciddi faktlar ortaya çıxır. "Sputnik Latviya"ya qarşı baş verən hadisələr də kəskin şəkildə qınanılmalı, media, ifadə azadlığına qarşı addım kimi dəyərləndirilməlidir. Mən xarici KİV-lərin, onların əməkdaşlarının fəaliyyətinə baltikyanı dövlətlərdə yaradılmış bu maneəni və təhdidi kəskin qınayıram".

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Latviya hakimiyyət orqanlarının "Baltnews" portalı və "Sputnik Latviya"nın rusdilli jurnalistlərinə qarşı hərəkətlərini sərt şəkildə qınayıb. Bildirilib ki, "Latviya Dövlət Təhlükəsizlik Xidmətinin dekabrın 3-də Riqadakı "Sputnik" bürosunun əməkdaşlarına və rusdilli jurnalistlərə qarşı həyata keçirdiyi aqressiv hərəkətləri demokratik cəmiyyətin təməl prinsiplərinin – media və ifadə azadlıqlarının pozulmasının bariz nümunəsi kimi qiymətləndiririlir: "Bu məhdudiyyətlər şəxsi xarakter daşıyır və şəxsən "Rossia Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyovla əlaqəlidir, media holdinqin bütün əməkdaşlarına şamil edilə bilməz. Bütün bu uydurma ittihamların, heç şübhəsiz, rusofobiyanın təsiri ilə həyata keçirilən cəzalandırma tədbiri olduğu aydındır. Məsələ ATƏT Nazirlər Şurasında qaldırılacaq", – deyə məlumatda bildirilir. Nazirlik ümid etdiyini bildirir ki, ATƏT-in yeni Media Azadlığı Nümayəndəsi baş verənləri görməzdən gəlməyəcək və Latviyaya qarşı "bu cür hücumların qəbuledilməzliyi", "söz azadlığını təmin edilməsi üçün beynəlxalq öhdəliklərin yerinə yetirilməsinin zəruriliyi" əsasında təzyiq göstərəcək. "Avropa Şurasından da adekvat reaksiya gözləyirik", – deyə məlumatda bildirilir.

Xatırladaq ki, keçən il Estoniyada da analoji hadisə müşahidə olunmuşdu.

2
Teqlər:
Həbs, jurnalistlər, Sputnik Latviya
Dağ Yəhudiləri Dini İcmasının üzvləri Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edir

Avropanın ən böyük Sinaqoqunda Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edilib

12
(Yenilənib 20:49 04.12.2020)
Prezident İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncamına əsasən bu gün saat 12.00-da şəhidlər bir dəqiqlik sükutla yad edilib.

BAKI, 4 dekabr — Sputnik. Dağ Yəhudiləri Dini İcması şəhidləri yad edib. Bakıda yerləşən sinaqoqda saat 12:00-da şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

  • Dağ Yəhudiləri Dini İcmasının üzvləri Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edir
    © Sputnik / Ibrahim Hashimov
  • Dağ Yəhudiləri Dini İcmasının üzvləri Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edir
    © Sputnik / Ibrahim Hashimov
  • Dağ Yəhudiləri Dini İcmasının üzvləri Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edir
    © Sputnik / Ibrahim Hashimov
1 / 3
© Sputnik / Ibrahim Hashimov
Dağ Yəhudiləri Dini İcmasının üzvləri Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edir

Ardınca isə şəhidlərin ruhuna dualar oxunub və ayinlər icra edilib. Bildirilib ki, Azərbaycan tolerant bir ölkədir və bütün dinlərin nümayəndələri burada dostluq, qardaşlıq şəraitində yaşayırlar. Qələbə xəbərini birgə qeyd etdikləri kimi, şəhidləri ruhu da birlikdə yad edilib.

12
Teqlər:
tolerant, dua, şəhidlər