Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Gələn il üçün əməkhaqlarımız bəlli oldu

© Sputnik / Murad OrujovПачки азербайджанских манатов, фото из архива
Пачки азербайджанских манатов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir müavini: "2017-ci ildə tikinti sahəsində azalma proqnozlaşdırılır. Sosial sahədə proqramların həyata keçirilməsi üçün maliyyə təminatı yaradılacaq"

BAKI, 30 noy — Sputnik. Gələn il qeyri-neft sektorunda 2,5 faiz, növbəti illərdə isə orta hesabla 2 faiz artım proqnozlaşdırılıb. Sputnik xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, parlamentdə büdcə layihəsinin müzakirəsi zamanı deyib.

© Photo : APASevinc Həsənova, arxiv şəkli
Sevinc Həsənova, arxiv şəkli - Sputnik Azərbaycan
Sevinc Həsənova, arxiv şəkli

O bildirib ki, gələn il İKT sektorunun 6,7 faiz artması proqnozlaşdırılır: "Tikinti sahəsində isə azalma proqnozlaşdırılır. Sosial sahədə proqramların həyata keçirilməsi üçün maliyyə təminatı yaradılacaq. Gələn il orta əmək haqqı 508 manat proqnozlaşdırılır".

Nazir müavini əlavə edib ki, ölkədə ipəkçiliyin və pambıqçılığın inkişafı üçün bu sahələrdə 13-ə yaxın xüsusi proqram hazırlanır: "Bunların əmək tutumluğunu nəzərə alaraq, ölkədə məşğulluğun artırılmasına töhfə verəcəyini gözləyirik".

Xəbər lenti
0