Bank əməliyyatı

Mərkəzi Bank bu qərarı verməsə, bütün əmanətlər batacaq

5318
Əkrəm Həsənov: "Əgər AMB bu qanuna istinad edərək kredit verməkdən imtina etsə, onda Fondun özü müflisləşəcək və o, bank əmanətlərini kompensasiya edə bilməyəcək"

BAKI, 25 noy — Sputnik. "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanuna düzəlişlər texniki və deklorativ xarakter daşıyır. Bunu Sputnik-ə bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib.

Bank eksperti Əkrəm Həsənov
Əkrəm Həsənov

Prezident "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanuna dəyişikliklər edilməsi barədə sərəncam verib. Bu dəyişikliklərə əsasən, "Əmanətlərin sığortalanması haqqında" Qanununa uyğun olaraq AMB Əmanətlərin Sığortalanması Fonduna dövlət zəmanətli kredit verə bilər.

Həsənovun sözlərinə görə, bunu belə başa düşmək lazımdır ki, Mərkəzi Bank "Əmanətlərin sığortalanması haqqında" qanunun 17.2 maddəsinə əsasən Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADİF) kredit verə bilər. Həmin maddəyə əsasən, əgər fondun vəsaitləri yoxdursa, o, Mərkəzi Banka müraciət edərək kredit götürmək hüququna malikdir.

""Azərbaycanın Mərkəzi Bankı haqqında" qanuna düzəlişlərdə AMB-nin səlahiyyətləri bölməsində bu, bir daha təkrarlanır " — deyə Həsənov bildirib.

Ekspertin sözlərinə görə, əslində qanuna düzəlişlərlə bağlı bir qədər başqa şeylər gözlənilirdi: "Söhbət vardı ki, AMB sadəcə kreditləri verməklə kifayətlənməyəcək, həmçinin qanunla buna təminat da verəcək".

"Əgər bank krediti verməkdən imtina etsə, onda nə baş verəcək? Misal üçün, "Əmanətlərin Sığortalanması Haqqında" qanunda dəqiq yazılıb: nə dövlət, nə də Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fondunun öhdəliklərinə cavabdeh deyil" — deyə ekspert bildirib.

O, həmçinin əlavə edib ki, bu gün fondda həqiqətən də pul yoxdur və üstəlik o, cari il ərzində bir neçə dəfə Mərkəzi Bankdan kredit götürüb. Və bu, "Texnika Bank" və "Bank Standart"ın müflişləşməsindən sonra baş verib.

"Əgər AMB nə vaxtsa bu qanuna istinad edərək kredit verməkdən imtina etsə, onda Fondun özü müflisləşəcək. Belə olan təqdirdə də bank əmanətlərini kompensasiya edə bilməyəcək. Bu zaman bizim sığortalanmış əmanətlərimiz də digər əmanətlərlə birlikdə batacaq" — Həsənov əlavə edib.

Qəbul olunmuş qanunların izahından danışarkən, mütəxəssis qeyd edib ki, bu, əbədi mübahisə mövzusudur: "Qanunlar və hüquqi normativ aktlar sadə insanların başa düşəcəyi dildə yazılmalıdır. Bu barədə müzakirələr, hətta hüquqşünasların öz arasında da gedir. 19-cu əsrin əvvəllərində qanunları hamının başa düşdüyü dildə yazmaq dəbdə idi. Amma təcrübə göstərdi ki, bu, mümkün deyil".

"Yəni, çalışmaq lazımdır, amma qanunların adi insanlar üçün yazıldığı barədə bütün deyilənlər demaqogiyadan başqa bir şey deyil. Qanunlar ilk növbədə hüquqşünaslar üçün yazılır. Buna görə də onlar ətraflı olmalıdır. Məhz bunun üçün qanunların hazırlanmasına çox böyük vaxt sərf olunur. Çünki qanunlar hüquqşünaslar üçündür və ideya üzrə onların anlaması üçün nəzərdə tutulur" — deyə Həsənov bildirib.

Eyni zamanda, Azərbaycanda "Normativ hüquqi aktlar haqqında" qanun var. Orada göstərilib ki, istənilən qanun, fərman izahlı qeydlərlə müşayiət olunmalı və rəsmi qaydada nəşr edilməlidir.

"Əgər siz Dövlət Dumasının saytına daxil olsanız, görərsiniz ki, hər bir qanunun yanında izahlı qeydlər var. Onu oxuyan ali təhsilli insan başa düşür ki, söhbət nədən gedir. İkincisi də, mən hesab edirəm ki, bizim dövlət orqanlarındakı nümayəndələrimiz vacib düzəlişlər barədə də izahla çıxış etməlidirlər" — deyə ekspert bildirib.

5318
Teqlər:
depozit, əmanət, Əkrəm Həsənov, əhali, Mərkəzi Bank, qanun
Əlaqədar
Bağlanan "Bank Standard"ın əmanətçilərinə 460 mln. manat kompensasiya veriləcək
Bağlanan doqquz bankın əmanətçilərinə 257 milyon manat kompensasiya ödənilib
Manatla əmanəti olanlara şad xəbər
Banklardan əmanətə xəyanət
Dörd bankın əmanətçilərinə 38 milyon manatdan artıq kompensasiya ödənilib
Bağlanmış banklar əhalinin əmanətlərini özləri qaytara bilər
Bağlanan banklardakı əmanətlər bata bilər, amma kreditlər qaytarılmalıdır