Salyan rayonunun Qaraçala qəsəbəsindəki Vağam mağarası

O, mağaraya çəkildi oradan qeyb oldu...

1573
Azərbaycanın böyük filosofunun min il əvvəl bu mağarada yaşadığı bildirilir

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

BAKI, 25 noy — Sputnik. Salyan rayonunun Qaraçala qəsəbəsində, Kürovdağın yamacında, yaşı min ildən çox hesab edilən və "Vağam" adlandırılan bir mağara var. Bura ətraf ərazidə yaşayanların tez-tez üz tutduğu ziyarətgahdır. Üstünü iri daşlar və qaya parçaları örtmüş, hündürlüyü bir metrdən azacıq artıq olan mağaraya daxil olmaq və onun içərisində hərəkət etmək üçün gərək əyilə və dizin-dizin sürünəsən.

Yunus Əmrənin məzarı
© Sputnik / Shahperi Abbasova

Mağaranın tavanı, divarları daşdandır, çökməməsi üçün içəridə dayaq tumbalar düzəldilib. Ziyarətçilərin rahatlığı üçün son vaxtlar mağaranın önündə daş pilləkan hörülüb, giriş qapısı genişləndirilib, divarlara suvaq, üstündən isə əhəngdən boyaq vurulub. Mağaranın yaxınlığında məscid, ocaqxana tikilib, talvar quraşdırılıb, oturacaq yerlər təşkil olunub. Bu ərazidə müxtəlif dövrdə yaşamış insanların dəfn olunduğu qəbiristanlıq da var.

Mağaraya müqəddəslik "Həzrət baba"dan gəlir

Şirvan Şəhər Mədəniyyət Mərkəzinin məsləhətçisi Eldar Qəmərli Sputnik-ə danışır ki, Vağam Kürovdağda yeganə mağara deyil, yeri itib-batan, dağılıb gedənlər də olub: "Elə mağaralar var ki, quruluşuna, tarixi əhəmiyyətinə görə Vağamdan daha maraqlı və zəngindir. Amma onların heç biri ziyarətgaha çevrilməyib. Vağamı müqəddəsləşdirən yeganə səbəb Yaxın Şərq ölkələrində səyyah, böyük şair və filosof kimi tanınmış Baba Kuhinin bir müddət burada yaşamasıdır".

Üzərində qədim yazılar olan daş
© Sputnik / Kamal Almuradlı
Üzərində qədim yazılar olan daş

Həm tarixi məxəzlərdə, həm də xalq arasında dolaşan rəvayətlərdə Kuhinin daşıdığı təxəllüslərə aid o qədər məlumatlar var ki, bunların hamısının bir tarixi şəxsiyyət barədə olmasının özü zaman-zaman mübahisə mövzusuna çevrilib. Onun X və XI əsrlərin qovşağında, yüz ildən artıq yaşadığı ehtimal edilir.

Kuhinin bütöv adı çox zaman belə təqdim olunur: Əbu Abdullah Məhəmməd ibn Abdullah ibn Übeydullah ibn Bakuyə. İmzasındakı "bakılılığa" görə bəzi araşdırıcılar Kuhinin Bakıda anadan olduğunu düşünüblər. Amma onun doğum yeri elmə dəqiq məlum deyil.

O, uzun müddət Şirazda və Nişapurda yaşadığından, "Şirazi" və "Nişapuri" təxəllüsləri ilə də tanınıb. El arasında bu şəxs həm də "Həzrət baba" və "Qarlı baba" adlandırılır.

Baba Kuhi Şərqdə "böyük şeyx" kimi tanınan sufi Əbu Abdullah ibn Xəfifin tanınmış müridlərindən, sufi şeirinin ilk görkəmli nümayəndələrindən biri hesab olunur. Bir çox tədqiqatçılar onun nəzmlə yazılmış 3 böyük əsərinin adını çəkib, farsca divanının olduğunu qeyd ediblər.

Azərbaycan səyyahlarının ən yaxşı araşdırıclarından olan Nurəddin Kərəmov hesab edir ki, kainatın heliosentrik sistemi haqqında o, Əbdürreyhan əl-Birunidən 30-40 il, Kopernikin kəşfindən isə 500 il əvvəl fikir söyləyib.

… Deyəsən mağaradan uzaqlaşdıq. Amma çox da yox. Əgər bu məkanı müqədəsləşdirən daşlar deyil, bir tarixi şəxsiyyətdirsə və o, bundan daha böyük və qiymətli bir irs qoyub gedibsə, barəsində ətraflı məlumat verməyə ehtiyac var. Təbii olaraq hər kəsdə ilk yarana biləcək suallardır:

Kuhi kim olub, bu yerlərə haradan və niyə gəlib?

İrsinin araşdırıcıları hesab edirlər ki, Kuhi Şirvanşahlar sarayının vəziri olmuş Pir Hüseynin böyük qardaşıdır (yeri gəlmişkən, Pir Hüseynin məqbərəsi üstündə tikilmiş Pirsaatçay xanəgahı da əsrlər boyudur səcdəgaha çevrilib). Deyilənə görə aralarındakı fikir ayrılığına və daim mübahisədə olduğuna görə, o, qardaşından kənarlaşmalı olub.

Bir müddət Pirsaatçay vadisində — Şamaxıdan şərqdə məskunlaşıb, ardınca Babadağa sığınıb. Ömrünün ahıl çağlarını belə, müqəddəs adam səyahətlərdə keçirib. Xeyli müddət Məşhəd yaxınlığındakı Nişapur şəhərində yaşayıb, sonda Şirazda dayanıb. Tədqiqatçılar onun elə öz əsərlərinə istinad edərək bu səyahətlərdə təriqət yolçuluğunu, otuz min hekayət və üç min hədis yığdığını da qeyd edirlər.

Şirvan Şəhər Mədəniyyət Mərkəzinin məsləhətçisi Eldar Qəmərli
© Sputnik / Kamal Almuradlı
Şirvan Şəhər Mədəniyyət Mərkəzinin məsləhətçisi Eldar Qəmərli

E. Qəmərli bildirir ki, elmi ədəbiyyatda Kuhinin Vağamda yaşadığına aid heç bir məlumata rast gəlməyib: "Lakin xalqın çoxəsrlik inancı və nəsildən nəsilə ötürülməklə, mahiyyətcə dəyişikliyə uğramadan bu günümüzədək gəlib çıxmış rəvayətlər, heç də əsassız hesab edilə bilməz. Vağamla Pirsaat çayı vadisi arasında 30-35 km məsafə var. Ola bilsin ki, Baba Kuhi, həqiqətən əvvəlcə orada məskunlaşıb, sonra bu mağaraya köçüb".

Tədqiqatçı diqqəti həm də buna çəkir ki, elmi ədəbiyyatla rəvayətlərdə xeyli uyğunluq var: "Hər ikisində Babanın dağlarda, mağarada yaşadığı və müqəddəsliyi xüsusi qeyd olunur. Təxəllüsündəki "kuhi" sözü "dağlı", "dağ adamı", "dağda yaşayan adam" mənasını verir (farsca "kuh" sözü dilimizə "dağ" kimi tərcümə olunur). Müxtəlif səbəblər gətirilməklə Babanın bu yerlərdən incik düşməyi də qabardılır".

Kuhi bizə niyə lazımdır?

Ziyarətə gələnlərin çoxu Kuhini tarixi şəxsiyyət kimi tanımır, onun həyat və yaradıcılığı, fəlsəfi görüşləri barədə məlumatlı deyil. Baba onlar üçün yalnız fövqəltəbii qüvvədir: "O, heç kəsi naümid qoymayıb, qapısından boş yola salmayıb, dərgahında səslənən duaları Allah qəbul edib".

Elə bu inamla Kuhidən kimi xəstəliyinə çarə, kimi övlad, kimisə ailəsinə ruzi istəyir. Belə baxanda, sadə insanları qınamaq da olmaz — Kuhi irsi, dünyanın müxtəlif kitabxalarında saxlanılan əsərləri, bir də "ayaq izləri" mötəbər elmi araşdırmaların yolunu gözləməkdədir. Nizami, Füzuli, Sədi, Hafiz, Nəsimi kimi klassiklərin diqqətini cəlb etmiş bir filosofumuz elmin, təhsilin belə inkişaf səviyyəsində niyə insanlarımız tərəfindən tanınmamalıdır?

Lap ədəbiyyat, fəlsəfə, inanc məsələsini və Kuhinin özünü də bir kənara qoyaq, Vağama sıradan bir mağara kimi yanaşaq. Bir balaca mağara tarixin ən uzaq qatlarından xəbər vermirmi? Axı, orta məktəb şagirdi də bilir ki, mağaralar ibtidai icma quruluşunda yaşayanların məskəni olub.

Elə yurdun uzaq keçmişini öyrənmək baxımından da bu, qiymətli bir tapıntı, abidə deyilmi? Mağara ətrafındakı qəbiristanlıqda qədim dövrlərə aid olan xeyli sayda qəbir var. Üzərində yazı olmasa da, fərqli forma və üslubda olması ilə məzar daşları, sanki nəsə demək istəyir.
Xalqın min illik inancı və bəlkə elə Kuhinin fövqəltəbii qüvvəsi hələ ki, neçə əsrlər əvvələ aid olan tarixin son izlərinin silinməsinə imkan verməyib. Niyə bu ziyarətgaha bir alim gəlməsin?

Kuhinin oturaq yerlərinin çoxu ziyarətgaha çevrilib

Xalq inancına görə, Kuhi Vağamdan Babadağa gedib və orada qeybə çəkilib. Hətta bu dağın da "Həzrət Baba"nın məskəni olandan sonra belə adlandığı iddia olunur.

Eldar Qəmərli deyir ki, hər il yay aylarında İsmayıllı və Quba rayonlarının sərhədində yerləşən ziyarətgaha gedən şirvanlılar, ilk olaraq Vağama gəlirlər. Şirazdakı məqbərəsinə də beləcə müqəddəs yer kimi yanaşılıb.

Min ildir bitib-tükənməyən bu sevgini böyük filosof, sanki sağlığında duyaraq yazıb: "Kuhi ürəyini bədəninin təbindən siləndən sonra nəhəng bir dəryaya düşdü…".

1573
Teqlər:
Baba Kuhi, Eldar Qəmərli, inanc, mağara, Vağam, Kürovdağ, Qaraçala, Salyan, ziyarət
Əlaqədar
Tarixin "xəbərçi" təpələri
Min üç yüz ildir "yaşayan" qəssab
Tarix yazan kişini tarixdən silirlər
Azərbaycanda 6 əsrlik div evi
Burada min ilin sirri yatır
Altında oğurlanmış tarix yatan məbəd
Məktəblərin birində, arxiv şəkli

Professor məktəblərdə dərslərlə bağlı təklif irəli sürüb: "Özüm hazırlayıb keçərəm"

3
(Yenilənib 13:08 05.12.2020)
"Düşünürəm ki, ali məktəb rəhbərləri və Təhsil Nazirliyinə müraciət etdikdən sonra məsələni kütləviləşdirmək və reallaşdırmaq olar" - Nəsiman Yaqublu

BAKI, 5 dekabr — Sputnik. Məktəblərdə "Zəfər-Vətən" dərslərinin keçirilməsi ilə bağlı təklif irəli sürülüb. Bakı Dövlət Universitetindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu təkliflə universitetin professoru Nəsiman Yaqublu çıxış edib. O bildirib ki, "Zəfər-Vətən" dərsləri zamanı bütün müəllimlər tarixi qələbəmizdən, o cümlədən bu zəfərin əhəmiyyətindən, azad edilmiş ərazilərimizdən, şəhid və qazilərimizin fədakarlığındann birlik və həmrəyliyimizdən danışsınlar:

"Sərəncama uyğun olaraq hər il noyabrın 8-də ali və orta məktəblərdə xüsusi mövzunun - "Zəfər-Vətən" dərslərinin keçirilməsi müsbət addım olar. Biz bu günləri unuda bilmərik. Düşünürəm ki, müxtəlif görüntülər, slaydlar vasitəsilə zəfər tariximizlə bağlı dərslərin keçirilməsi məqsədəuyğun olar. Şəxsən mən həmin materialları hazırlamağa və dərsi tədris etməyə hazıram".

"Biz gənclərimizi şəhidlərimizin, qazilərimizin ruhunda tərbiyə etməliyik. Düşünürəm ki, ali məktəb rəhbərləri və Təhsil Nazirliyinə müraciət etdikdən sonra məsələni kütləviləşdirmək və reallaşdırmaq olar".

3
Teqlər:
Zəfər Günü, Vətən, BDU, professor, dərs, məktəb
Uqandad, arxiv şəkli

Gələn ilin bəd xəbəri özündən əvvəl gəlib: Onlarla ölkənin qapısını aclıq döyəcək

10
(Yenilənib 12:46 05.12.2020)
"Biz hamıya kömək edə bilmərik. Ona görə də prioritetləri təyin etməliyik. Aclıq onlarla ölkənin qapısını döyəcək" - Devid Bizli

BAKI, 5 dekabr — Sputnik. BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bizli bildirib ki, dünyada misli görünməmiş aclıq olacaq: COVID-19 səbəbindən 270 milyon insan acından ölə bilər.

Sputnik Azərbaycan-ın məlumatına görə, Bizli BMT-nin Baş Assambleyasının sessiyasında çıxışı zamanı 2021-ci ildə humanitar böhranın olacağı barədə xəbərdarlıq edib.

«75 il əvvəl BMT qurulandan bəri 2021-ci il, yəqin ki, ən güclü humanitar böhranın yaşandığı il olacaq. Biz hamıya kömək edə bilmərik. Ona görə də prioritetləri təyin etməliyik. Aclıq onlarla ölkənin qapısını döyəcək”, - Bizli deyib.

Onun sözlərinə görə, son illərdə silahlı münaqişələrin çoxalması aclıq təhlükəsilə üzləşən insanların sayını 80 milyondan 135 milyonadək artırıb. 2020-ci ildə isə COVID-19 pandemiyası bu rəqəmi 270 milyona çatdırıb.

COVID-19-a yoluxanların sayı 66 milyonu ötdü - Çin Azərbaycandan da geri pillədə>>

Öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Gebreyesus vaksinlərlə mübadilə proqramı üçün dərhal 4.3 milyard dollar ayrılmasını istəyib.

“Biz vaksin uğrunda mübarizədə varlıların kasıbları əzdiyi bir dünya ilə barışa bilmərik. Bu, qlobal böhrandır və onun həlli üçün olan resurslar qlobal ictimai dəyərlər kimi ədalətlə bölünməlidir”, - Gebreyesus qeyd edib.

Bu ilin oktyabrında BMT-nin Ümumdünya Ərzaq Proqramı Nobel sülh mükafatının laureatı olub. Bu barədə qərarı Norveç Nobel Komitəsi verib. Komitədən bildirilib ki, humanitar proqram “aclıqla mübarizədə göstərdiyi səylərə, münaqişə zonalarında həyat şərtlərinin yaxşılaşdırılması cəhdləri və aclıqdan müharibə və münaqişə silahı kimi istifadə olunmasına qarşı mübarizədə aparıcı qüvvə kimi fəaliyyətlərinə görə” mükafata layiq görülür.

“Builki mükafatla Norveç Nobel Komitəsi dünyanın nəzərlərini aclıqdan əziyyət çəkən və aclıq təhlükəsi ilə üz-üzə qalan milyonlarla insana yönəltməsini istəyir”, - mükafat barədə şərhdə deyilirdi.

Komitənin sədri Berit Rayss-Andresen həmçinin vurğulamışdı ki, kömək göstərilməsi və ərzaq yardımı dünyada sabitlik perspektivlərini yaxşılaşdırmağa imkan verir.

Hələ bu ilin aprelində Bizli deyirdi ki, ilk növbədə aparıcı ölkələr hərbi münaqişələrin dayandırılması üçün işlər görməlidir. Hərbi əməliyyatların iştirakçıları isə ehtiyacı olan insanlara humanitar yardım göstərilməsi üçün maneəsiz şərait yaratmalıdırlar. Bundan başqa, onun sözlərinə görə, planet üzrə humanitar yardımların çatdırılması üçün logistika mərkəzlərinin yaradılmasına 350 milyon dollar tələb olunur.

“Vaxt bizim əleyhimizə işləyir, ona görə də gəlin müdrikcəsinə və cəld hərəkət edək”, - Bizli əlavə edib. Proqram rəhbərinin xəbərdarlığına görə, əgər BMT-yə lazımi yardım göstərilməsə, hər gün 300 min insan aclıqdan öləcək. Aclıq ümumilikdə 30 ölkəni əhatə edə bilər.

2020-ci ildə vəziyyəti qəlizləşdirən təkcə koronavirus deyil, eləcə də neft qiymətlərinin çökməsi, turizm sahəsində maliyyə itkiləri, iş yerlərinin azalması, əmək miqrantlarının gəlirlərinin sıfırlanması olub.

BMT-nin aylar öncəki proqnozuna görə, 2020-ci ilin sonunadək 265 milyon insan aclıqdan əziyyət çəkəcəkdi ki, bu da ötən ilin göstəricilərini iki dəfə üstələyir.

Koronavirusun yayılması isə artıq mövcud olan neqativ amillərə - müharibələrə, iqlim dəyişikliklərinə, iqtisadi böhrana – daha yeni problemlər əlavə etməkdədir, BMT-nin Ərzaq Proqramının hesabatında deyilir.

“COVID-19 pandemiyası həyatı tükdən asılı olan milyonlarla insan üçün fəlakətdir. Bu o insanlardır ki, yalnız gün ərzində nəsə qazana bildikləri təqdirdə qida qəbul etmək imkanları olur”, - Ərzaq Proqramının aparıcı mütəxəssisi Arif Hüseyn bildirib.

Bu zaman söhbət ərzaq çatışmazlığından deyil, məhz aclıqdan gedir. Dünyada xroniki olaraq qida qəbul edə bilməyənlərin sayı çoxdur: Afrikada 100 milyon, Yaxın Şərqdə və Asiyada 43 milyon, Latın Amerikasında 18.5 milyon aclıqdan zəiyyət çəkir.

 

10
Teqlər:
vaksin, Koronavirus, COVID-19, epidemiya, ərzaq, BMT, fəlakət, humanitar, böhran, aclıq, dünya