CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İctimai iştirakçılıqla bağlı müzakirələr keçirilib

© Photo : "Rezonans" İB-nın mətbuat xidməti"Açıq hökumətin təşviqi prosesində vətəndaş cəmiyyətinin roluna dair maarifləndirmə tədbirlərinin keçirilməsi" layihəsi çərçivəsində tədbirlər davam edir
Açıq hökumətin təşviqi prosesində vətəndaş cəmiyyətinin roluna dair maarifləndirmə tədbirlərinin keçirilməsi layihəsi çərçivəsində tədbirlər davam edir - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər mövzu ilə əlaqədar məruzə edib, bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat veriblər

BAKI, 24 noy — Sputnik. "Rezonans" Gənclərin İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi, "Açıq hökumətin təşviqi prosesində vətəndaş cəmiyyətinin roluna dair maarifləndirmə tədbirlərinin keçirilməsi" layihəsi çərçivəsində tədbirlər davam edir. Bu sırada, 24 noyabr tarixində Bakı şəhəri Yasamal rayonunda tədbir keçirilib.

Sputnik xəbər verir ki, tədbirdə ekspertlər mövzu ilə əlaqədar məruzə edib, bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat veriblər. Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Tədbirdə, layihə çərçivəsində hazırlanmış video-çarx da nümayiş etdirilib. Həmçinin CD və bukletlər paylanıb, kitabxanaya hədiyyə edilib.

Layihə "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"ndan irəli gələn məsələlər üzrə təşəbbüslərə dəstək olmaq, "İctimai iştirakçılıq haqqında qanun"un tətbiqinə, ictimai iştirakçılığın genişlənməsinə şərait yaratmaq, ictimai şuraların yaradılması ilə bağlı real vəziyyəti öyrənmək, ictimai şuraların yaradılması prosesini sürətləndirmək məqsədi ilə həyata keçirilir.

Məqsədlərə ölkədə səmərəli və effektli idarəetmə prosesində, qərarların hazırlanması və qəbulunda vətəndaş cəmiyyətinin daha geniş şəkildə cəlb edilməsi, eyni zamanda icra hakimiyyəti strukturlarında ictimai nəzarətin səmərəli tətbiqi, həmçinin onların fəaliyyətində şəffaflığın artırılması, bütün QHT-lərin, ictimаi təşkilаtlаrın müvаfiq dövlət qurumlаrının diqqətini bu prоblеmə cəlb еtmək, ümumi səyləri birləşdirərək birgə fəаliyyətə nаil оlmаq və fəаliyyətin еffеktivliyini аrtırmаq da daxildir.

Xəbər lenti
0