Şəkidə vaxtsız yağan qar

Vaxtsız yağan qar bu bölgənin əhalisinə arzuolunmaz sürpriz edib

578
(Yenilənib 14:27 24.11.2016)
Yollarda ciddi problemlər yaranıb. Avtomobillərin və piyadaların hərəkəti, müşkülə çevrilib.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 24 noy — Sputnik. Təqvimə uyğun olaraq qış fəsli hələ başlamasa da, təbiət tələskənlik edərək qışı gətirdi. Dünəndən etibarən narın-narın yağan qar insanlara sürpriz yaşatdı.

Ancaq çoxları üçün bu, xoşagəlməz sürpriz oldu. Çünki zamansız yağan qar və şaxta insanların həyatını çətinləşdirdi. Bu çətinlik Şəkinin yollarında özünü xüsusilə göstərdi.

Şəkidə vaxtsız yağan qar
© Sputnik / Shahperi Abbasova
Şəkidə vaxtsız yağan qar

Sputnik-in bölgə müxbiri xəbər verir ki, noyabrın 22-si gecədən yağmağa başlayan qar, Şəkinin küçə və prospektlərində avtomobillərin hərəkətinə maneə yaradıb. Şəhərin M.Ə.Rəsulzadə prospekti, Arxüstü küçəsi və F.X.Xoyski küçələrində yollar buz bağlayıb. Avtomobillərin və piyadaların hərəkəti, bəzi yerlərdə müşkülə çevrilib.

Anoloji problem Qax rayonunun İlisu və Ağçay kəndlərində də yaşanıb. Qışa hazırlıqsız yaxalanan sürücülər yolda qalıblar. Təkcə minik avtomobilləri deyil, mikroavtobuslar da yağan qardan nəsibini alıb.

Onu da xatırladaq ki, aidiyyatı qurumlar tərəfindən ərazidən qarın təmizlənməsi üçün iş aparılmayıb.

578
Teqlər:
piyada, təqvim, Qax, bölgə, əhali, qar, Şəki, küçə, avtomobil, yağış
Əlaqədar
Hava dəyişir, qar çəkilir
Paytaxtda ilk qar
Bakıya qar yağacaq
Sabah paytaxta sulu qar yağacaq
Qar yağacaq
Bəzi rayonlara qar yağıb
Sulu qar yağacaq, temperatur 3 dərəcəyə düşəcək
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

15
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

15
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Микрофон

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

16
(Yenilənib 23:14 29.11.2020)
Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər

BAKI, 29 noyabr - Sputnik. Fransanı təmsil edən Valentina Trünel J'imagine mahnısı ilə beynəlxalq "Uşaq Avroviziyası-2020" müsabiqəsinin qalibi olub.

Sputnik Azərbaycan bildirir ki, müsabiqənin finalı Polşada telekörpü formatında keçirilib. Valentina peşəkar münsiflər heyəti və tamaşaçıların səsi ilə 200 xal toplayıb.

İkinci yerə Qazaxıstan təmsilçisi Karakat Başanova, üçüncü yerə isə İspaniyadan Solea layiq görülüblər.

Rusiya təmsilçisi Sofya Feskova 88 xalla 10-cu yeri tutub. Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər.

İştirakçıların nəticələri peşəkar münsiflər heyəti və tamaşaçıların müsabiqənin saytındakı səsverməsi ilə təyin olunub. Böyüklərin "Avroviziya"sından fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə səs verə bilirdilər. Ancaq bu zaman tamaşaçılar minimum üç bəyəndikləri iştirakçıya səs verməli idilər.

16
Teqlər:
Fransa, final, müsabiqə, Polşa, Uşaq Avroviziyası, uşaqlar