Vaqif Əsədov, Dövlət Yol Polisi İdarəsinin İctimai Əlaqələr Bölməsinin rəisi polis polkovniki

Yol qəzalarına qarşı profilaktik tədbirlər müzakirə olunacaq

38
"Yol təhlükəsizliyi pasportunun yaradılması vasitəsilə məktəb icmasının yollarda davranış qaydalarının təkmilləşdirilməsi" layihəsinin yekunları ilə bağlı mətbuat konfransı keçiriləcək

BAKI, 23 noy — Sputnik. 24 noyabr saat 12:00-da "Həyat" Humanitar Dəstək İctimai Birliyi, "Yollarda baş verən ölümcül qəzalar və onlara qarşı profilaktik tədbirlər" mövzusunda mətbuat konfransı təşkil edəcək. Tədbir "Yol təhlükəsizliyi pasportunun yaradılması vasitəsilə məktəb icmasının yollarda davranış qaydalarının təkmilləşdirilməsi" layihəsinin yekunlarına həsr olunur.

Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov, 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin direktoru Mehriban Muğalova, "Həyat" Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov (moderator) iştirak edəcək.

Tədbirdə Azərbaycan Respublikasının təhsil sahəsindəki icra strukturlarının nümayəndələrinin iştirakı da gözlənilir.

Əlaqə üçün

Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə ünvanında keçiriləcək.

38
Teqlər:
mətbuat konfransı, hadisə, sürücü, yol, qəza, "Həyat" Humanitar Dəstək İctimai Birliyi
Əlaqədar
Masazırda ağır qəza oldu, ölən var
Sərxoş sürücülər ucbatından 30 yol qəzası baş verib
Yol qəzası yanğınla nəticələndi
Ölümlə nəticələnən qəzanı törədən sürücü həbs edilib
Gəncədə ağır qəza, ölənlər var
Ağır qəzada 4 nəfər ölüb