Postsovet məkanında multikulturalizmin problemləri mövzusunda keçirilən tele-körpü

"Siyasətin ölümü multikulturalizmin ölümü demək deyil"

33
Ekspert: "Multikulturalizmin əsas hədəfləri dəyişkəndir. Ona görə də, bu siyasət həmişə zənginləşməlidir"

BAKI, 22 noy — Sputnik. "Bəzi Qərb ölkələrinin liderləri çıxışlarında multikulturalizmin böhran yaşadığını və öldüyünü deyirlər. Reallıqda isə siyasətin ölümü multikulturalizmin ölümü deyil. Bu səpkidə yeni bir siyasət aparılmalıdır. Multikulturalizmin əsas hədəfləri dəyişkəndir. Ona görə də, bu siyasət həmişə zənginləşib dərinləşməlidir".

Bu gün, Sputnik Beynəlxalq Mətbuat Mərkəzində, "Postsovet məkanında multikulturalizmin problemləri" mövzusunda keçirilən tele-körpüdə, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə belə deyib. Onun sözlərinə görə, multikulturalizm problemləri qismən sakit olan ölkələrdə də ola bilər.

"Ona görə bu problemlərə nə qədər tez diqqət ayrılarsa, ölkə onu bir o qədər də tez həll edə bilər. Azərbaycanda multikulturalizm problemlərinə artıq çoxdan diqqət yetirilir. Bizdə, hətta bu növ problemlərin həlli üzrə Prezidentin kursu da müəyyən olunub", — İ. Məmmədzadə qeyd edib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyinin əməkdaşı Anna Bayramovanın sözlərinə görə isə, Azərbaycanda bütün əsas dini konfessiyalar və çoxsaylı etnoslar var: "Bu etnik müxtəlifliklərin təhlükəsiz və dinc yaşamalarının təminatçısı, bütün icmalar arasında öz diqqətini bərabər paylayan respublika Prezidentidir".

Ekspertin fikrincə, bu və digər başqa faktlar Azərbaycan multikulturalizminin dərin tarixi köklərinin olduğunu bir daha sübut edir: "Bundan başqa, Azərbaycan multikulturalizmi xaricdə də tədris olunur. Bu fənnin tədrisi 2014-cü ildə başlanıb və 20-ə yaxın Avropa və postsovet məkanı universitetlərini əhatə edir. Tədris prosesi Portuqaliya, Almaniya, Polşa, Rusiya, İtaliya və digər ölkələrdə keçirilir. Dərslər bir semestri əhatə edir. Bu fənni keçən tələbələr isə Azərbaycana gəlib bu modelin necə həyata keçirildiyinin şahidi ola bilərlər".

33
Teqlər:
Anna Bayramova, İlham Məmmədzadə, hədəf, multikulturalizm, Qərb, siyasət
Əlaqədar
"Multikulturalizm" adlı fənn artıq bütün universitetlərdə tədris ediləcək
Azərbaycanda multikulturalizmi necə tədris edəcəklər
"Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir"
"Multikulturalizm region xalqlarının həyatını daha da yaxşılaşdıracaq"
Polis Akademiyasında multikulturalizm fənni tədris ediləcək
Игровой момент матча ЕВРО-2020 между сборными Венгрии и Франции

Fransa yığması AVRO-2020-nin oyununda Macarıstan komandası ilə heç-heçə edib

2
(Yenilənib 19:18 19.06.2021)
Budapeşt şəhərində keçirilmiş qarşılaşma hələlik Avropa çempionatında ən çox azarkeşin izlədiyi görüş olub.

Futbol üzrə Fransa yığması Avropa çempionatının qrup görüşündə Macarıstan millisi ilə heç-heçə oynayıb.

F qrupunda ikinci tur qarşılaşması Budapeştdə keçirilib və 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərində qolu birinci hissəyə əlavə olunmuş vaxtda Attila Fiola vurub. Fransızların cavab topunu 66-cı dəqiqədə Antuan Qrizmann vurub. Oyunu 55 998 azarkeş izləyib, bu AVRO-2020-nin hələlik ən çox azarkeş tərəfindən izlənilən oyunudur.

Oyunun birinci hissəsində Macarıstan yığmasının oyunçusu Adam Soloi isti vurmasından əvəz olunub.

Birinci turda Fransa yığması Almaniyaya qalib gəlib - 1:0, Macarıstan isə Portuqaliya komandasına məğlub olub - 0:3. Almaniya və Portuqaliya yığmalarının oyunu bu gün Münhendə keçiriləcək.

Üçüncü turda Fransa Budapeştdə Portuqaliya ilə, Macarıstan isə Münhendə Almaniya ilə qarşılaşacaq. Oyunlar iyunun 23-də baş tutacaq.

2

Ölkədə koronavirusa yoluxma ilə bağlı son statistika açıqlandı

48
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 254, bu günə qədər isə ümumilikdə 3 668 281 test icra olunub.

BAKI, 19 iyun - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bu gün ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 462 nəfər müalicə olunaraq sağalıb, 4 961 nəfər vəfat edib. 1 014 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 254, bu günə qədər isə ümumilikdə 3 668 281 test icra olunub.

Koronavirus bəlası

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində koronavirusun (COVID) yayılması dünyanın düzənini dəyişdi. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yayılan virusu pandemiya elan etməsindən sonra dünya bu virusla mübarizəyə başladı. Dünyanın əksər ölkələrində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra qadağaların tətbiqinə başlandı. Hər ölkə bu gözəgörünməz virus kabusundan yaxa qurtarmaq üçün müxtəlif məhdudiyyətlər həyata keçirdi. Koronavirus pandemiyası Azərbaycanda da həyatın axarını dəyişdi. Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlandı.

Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halı təsdiqləndi. Hazırda ölkəmizdə koronavirus əleyhinə vaksinasiya uğurla davam etdirildiyindən ölkəmizdə karantin qaydalarının yumşaldılması davam edir.

48