Kəlbəcər rayonunun Narınclar kəndindən olan məcburi köçkünlərin məskunlaşdığı yer

Köçkünlərə ağılasığmaz borc yazılması məsələsinə rəsmi reaksiya: "Zavod işlədirlər?"

377
(Yenilənib 18:20 22.11.2016)
Tanrıverdi Mustafayev: "Bu, orada yaşayanların ümumi sayğacının borcudur. Bir nəfərə bu qədər borc yazılmaz"

BAKI, 22 noy — Sputnik. Ötən gün saytımızda, Kəlbəcər rayonunun Narınclar kəndindən olan, hazırda İmişlidəki qış otlağında məskunlaşan məcburi köçkünlərə, elektrik enerjisindən istifadəyə görə minlərlə manat debitor borclarının olduğu barədə bildirişlər gəldiyi barədə məlumat vermişdik. Məsələyə, "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin münasibətini öyrəndik.

"Bu, orada yaşayanların ümumi sayğacının borcudur. Bir nəfərə bu qədər borc yazılmaz. Abonentlərə xəbərdarlıq vermişik. Getsinlər araşdırsınlar", — o, Sputnik-ə açıqlamasında bildirdi.

Mustafayevin dediyinə görə, həmin məcburi köçkünlərin ümumi sayğacı var: "Bu borc həmin ümumi sayğacın borcudur. Harada yaşamasından asılı olmayaraq, hər bir qaçqın və məcburi köçkünün sərf etdiyi 150 kilovat-saat elektrik enerjisinin ödənişini dövlət ödəyir. Qalan işlətdiyini özü ödəməlidir. Bu, hər yerdə belədir. Hər şey qanun çərçivəsindədir. "Azərişıq" dövründən debitor borcu yaranan abonentlərə biz xəbərdarlıq vermişdik".

"Bir ailəyə 12 min manat borc yazılar? Zavod deyil, fabrik deyil. Getsinlər, rayonda araşdırsınlar, görsünlər ki, kimin nə qədər borcu var. Nə qədər dövlət ödəyib, hamısı bizdə kompüterdə var. "Azərişıq" dövründən nə qədər debitor borcu qaldığı bizdə var. Biz verdiyimiz enerjinin hesabatını bilirik. Balans sayğacımız var. Kimin problemi varsa, işıq idarəsinə getsin, indi "ASAN xidmət" də o işləri görür. Borcun məbləğini "ASAN Xidmət"dən də öyrənə bilər. Mobil telefondan da öyrənə bilərlər. Biz bu qədər yeniliklər etmişik", — deyə "Azərişıq" sözçüsü qeyd edib.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov isə Sputnik-ə deyib ki, məcburi köçkünlər üçün adambaşına aylıq sərfiyyat limiti nəzərdə tutulur: "Adambaşına ayrılmış limit dövlət tərəfindən ödənilir. Əgər nəzərdə tutulmuş limitdən artıq istifadə edirsə, onda borc yaranır".

"İstənilən halda, biz borcu olan məcburi köçkünün adını dəqiq bilib, bu məsələni araşdıra bilərik. Onda biləcəyik ki, bu problem nədən ibarətdir. Limitdən artıq kim yandırırsa, hər bir kəs pulunu ödəməlidir", — Komitə rəsmisi vurğulayıb.

Qeyd edək ki, Sputnik-ə müraciət edən məcburi köçkünlərin sözlərinə görə, onlara paylanılan bildirişdə ağlasığmaz məbləğ yazılıb: "İşıq idarəsinin işçisi gəlib bildiriş paylayıb. Kiminə 5, kiminə 10, kiminə 12 min manat borc yazılıb. Evlərimizə sayğac qoyulmasa da, "Azərişıq"ın yerli idarəsinin təqdim etdiyi bildirişdə sayğac nömrəsi və sərfiyyat göstəricisi qeyd olunub".

377
Teqlər:
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Elçin Qədimov, Tanrıverdi Mustafayev, işıqpulu, Narınclar, məcburi köçkün, Kəlbəcər, "Azərişıq" ASC, borc, İmişli
Əlaqədar
Köçkünlər arasında vətənpərvərlik təbliğatı aparılıb
İcra başçısı Xocalı köçkününü məhkəməyə verib
Məcburi köçkünlərin bir qisminin yemək xərci kəsiləcək
Məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verib
Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət artırıldı
Dövlət Komitəsi məcburi köçkünləri sui-istifadədən əl çəkməyə çağırdı
Tibb işçisi, arxiv şəkli

TƏBİB-dən sevindirici açıqlama

3
(Yenilənib 12:46 16.01.2021)
Prezident Adminstrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov əlavə edib ki, yeni göstəricilərə görə karantin rejiminin yumşaldılmasına qərar verilib, ancaq vaksinasiya şərtdir

 

BAKI, 16 yanvar — Sputnik. Hazırda yeni yoluxanlarla sağalanların arasınsa 3-4 dəfə fərq var. Bu isə çarpayı fondunda, həmçinin reanimasiyada yerlərin boşalmasına gətirib çıxarıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bridinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib.

Y.Qarayeva qeyd edib ki, 14 dekabr 2020-ci ildə yoluxma əmsalı 31 faiz idisə, indi yoluxma əmsalı 5 faizə enib: "Bu isə sərtləşdiriımiş karantin rejiminin, həmçinin vətəndaşlarımızın məsuliyyətindən irəli gəlir".

Prezident Adminstrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov əlavə edib ki, bu göstəricilərə görə karantin rejiminin yumşaldılmasına qərar verilib: "Amma daha sonra yoluxma sayının artımı istisna edilmir. Bu səbəbdən də vaksinasiya mütləqdir".

3
Teqlər:
vaksinasiya, açıqlama, faiz, yoluxma, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Şuşada xeyli sayda silah-sursat aşkarlanıb

Şuşada xeyli sayda silah-sursat aşkarlanıb - FOTO

4
(Yenilənib 12:42 16.01.2021)
Sursatlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Bunlar arasında raket və minaatan mərmiləriylə yanaşı, boruşəkilli partlayıcı da var

BAKI, 16 yanvar — Sputnik. 2021-ci il yanvarın 4-13-ü tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşları ilə birlikdə düşmən işğalından azad olunmuş Şuşa şəhərində xüsusi əməliyyat-axtarış tədbiri həyata keçirilib.

  • Şuşada xeyli sayda silah-sursat aşkarlanıb
    © Photo: ANAMA
  • Şuşada xeyli sayda silah-sursat aşkarlanıb
    © Photo: ANAMA
  • Şuşada xeyli sayda silah-sursat aşkarlanıb
    © Photo: ANAMA
  • Şuşada xeyli sayda silah-sursat aşkarlanıb
    © Photo: ANAMA
1 / 4
© Photo: ANAMA
Şuşada xeyli sayda silah-sursat aşkarlanıb

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, birlikdə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 13 raket, 16 minaatan mərmisi, 15 əl qumbarası, 1 zenit top mərmisi, 48 partladıcı, 2 ədəd 9N235 bombacığı, 1 ov tüfəngi, 10 avtomat darağı, 7584 müxtəlif çaplı patron, 1 süngü, piyada əleyhinə 4 mina (OZM-160), 400 qram partlayıcı (TNT), 1 boruşəkilli partlayıcı (100 m) və 4 ədəd 9M528 raketinin paraşüt hissəsi aşkar olunub.

Sursatlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

4