İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 22 noy — Sputnik. Belə bir deyim var: "Sevdiyin işlə məşğul ol, bir gün belə, iş günün olmayacaq". Təəsüf ki, bir çoxları daha çox qazanc, yaxud valideyn təkidi ilə sevmədikləri işi görməyə məcbur olurlar. Böyük əksəriyyət isə heç sevdiyi işin nə olduğunu anlamadan ömrünü başa vurur.
Bu gün haqqında danışacağım insan isə, kiçik yaşlarından öz istiqamətini seçərək bütün həyatını sevdiyi işə bağlayıb. Bu işdə həm rahatçılığını, həm sağlamlığını, həm də çörəkpulu tapıb. O, 50 ilə yaxındır ki, bəlkə də, dünyanın ən gözəl işi olan bağbanlıqla — canlıların yaşaması üçün əsas həyat mənbəyi olan ağacların əkilib-becərilməsi ilə məşğul olur.
Tovuz rayonu, Alakol kənd sakini Şahin Kazımov bu sənətə ötən əsrin 70-c illərindən başlayıb. Kiçik yaşlarından əlinə düşən ağacları bir-birinə calayaraq, bağbanlığın sirrlərini öyrənib. Bir çox ağac növlərini yerli mühitə uyğunlaşdıraraq artırıb.
20 sot həyətyanı sahəsinə başdan-başa dekorativ, nadir yetişən ağaclar əkib. Ağacların arasına da nadir ot bitkiləri basdırıb. Bu bağa ayaq basarkən, adam özünü dünyanın ən ekzotik meşəsində hiss edir. Burada olan çiçək və otların iyini isə dünyada heç bir ətir əvəz edə bilməz. Fəslindən asılı olmayaraq, Ş. Kazımovun bağında həmişə bahardır.
"Həyatımı boşuna keçirməmişəm. Kim hara getdi, kim hardan gəldi, deyib vaxt itirməmişəm, ancaq ağaclara maraq göstərmişəm. Milyonlarla ağac əkmişəm, amma yenə də ağacdan bezməmişəm, yorulmamışam. Bacardığım həyatda bu işdir. Mənə görə də bundan gözəl heç nə ola bilməz", — deyir bağban.
O, ötən əsrin sonlarında aparılan torpaq islahatlarından sonra payına düşən 50 sot torpaq sahəsini də möhtəşəm bağa çevirib. Əvəllər heç bir təssərüfat bitkisinin əmələ gəlmədiyi sahədə, hazırda milyondan çox ağac var. Burada ekzotik bitkilərlə yanaşı, meşə və meyvə ağacları da yetişdirib. Ona bu işdə ailə üzvləri yaxından kömək edirlər.
Ş. Kazımov fiziki və təbii çətinliklərdən yorulmasa da, süni yaradılan problemlər onu çox yorur. Bağını artezian suyu ilə suvaran bağban, axıdılan suyun hər saatı üçün 1.5-2 manat pul ödəməli olur. Yay mövsümündə ağaclar, qurumaması üçün, həftədə 2-3 dəfə suvarılmalı olduğundan, bu proses ona heç də ucuz başa gəlmir.
Bu xərcləri qarşılamaq üçün isə, Şahin usta ağaclarını satmalı olur. Lakin bunu əlacsızlıqdan etiyini, ağac yerdən çıxarılanda özündə pis bir dəyişikilik yarandığını deyir. İstəyir, hər yer yaşıllıq olsun, böyüsün və gözəlləşsin. Bağban, su problemi olmazsa, bundan iki dəfə böyük ərazini becərə biləcəyini söyləyir.
O, çoxillik təcrübəsi ilə ağacın gövdəsinə, yarpağına, hətta duruşuna baxmaqla onun vəziyyətini anladığını deyir: "Bir həkimə gedirsən, neçə aparatdan keçirib sonda düzgün diaqnoz qoyub resept yaza bilmir. Amma ağac küsəndə, mən bilirəm ki, o, niyə küsür, nə demək istəyir, fikri nədir, dərdi nədir, nəyə görə küskün durur, xəstəliyi nədir".
Təcrübəli bağban ağac sarıdan heç kimin qəlbinə dəymədiyini, istəyəni narazı qaytarmadığını bildirir. Bəlkə də bu səbəbdəndir ki, onun bağından hələ bir ağac belə, oğurlanmayıb.
Bundan başqa, o, yaşadığı kəndin yaşıllaşdırılmasına da az əmək sərf etməyib. Əsas yoldan ayrılaraq Alakola gedən 3 km-lik yolun hər iki tərəfinə əkilən ağaclar da onun əlinin zəhməti ilə əmələ gəlib.
BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur.
Посмотреть эту публикацию в Instagram
Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir.
Посмотреть эту публикацию в Instagram
"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.
Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın.
Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq.
BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:
"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".
Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.