Mağaza rəflərində yuyucu vasitələr, arxiv şəkli

Marketlərdə əhaliyə qarşı bu fırıldağa da əl atdılar

5152
Bahalaşma böyük sürətlə irəliləyir. Üstəlik vətəndaşlar əlavə maxinasiyalarla da üzləşirlər.

BAKI, 21 noy — Sputnik. Artıq bir neçə gündür ki, mağazalarda ət və ət məhsullarının qiymətinin qalxması ilə bağlı təlaş yaşanır. Sputnik-in əməkdaşının əhali arasında keçirdiyi sorğu da bunu deməyə əsas verir.

Vətəndaşlar bu qida məhsulunda olan kəskin bahalaşmanı heç cür anlaya bilmirlər. Yasamal rayon sakini Tahir Səlimovun sözlərinə görə, ətin qiyməti bir həftə öncə ilə müqayisədə 25-30% qalxıb: "Əgər ət məhsullarında qiymət bu qədər qalxırsa, deməli, bu qədər il ərzində heyvandarlığa ayırılan güzəştli kreditlər əbəs imiş. Deməli, heç bir tutarlı iş görülməyib. Ya da ayrılan pullar lazım olan yerlərə çatdırılmayıb. Mağazalardakı ətin çoxu xaricdən dollarla gətirilir, dollar qalxanda ətin qiymətinin bahalaşmasına təəccüblənməməliyik".

Vətəndaşların narahatlığını yerində araşdırmaq üçün paytaxtdakı bəzi iri marketlərə üz tutduq. Deyildiyi kimi, vitrindəki ət və ət məhsullarının qiyməti olduqca baha idi. "Rahat market"in satıcısı Sputnik-ə açıqlamasında 4-5 gün öncə ilə müqayisədə ətin qiymətinin orta hesabla 2-2.50 manat arası bahalaşdığını deyib.

"4-5 gün əvvəl qiymətlər bu cür baha deyildi. Hazırda bu məhsullar orta hesabla 2-2.50 manat bahalaşıb", — satıcı bildirib.

O, digər qida məhsullarında da ara-sıra bahalaşma olduğunu, ancaq bunun elə də ciddi hiss olunmadığını bildirib: "Digər ərzaq növlərində də arabir bahalaşma müşahidə olunur, ancaq əhali onu elə də çox hiss etmir. Açığı deyim, həmin məhsullar, elə olur ki, bir gün yuxarı, bir gün aşağı qiymətlə satılır. Bu, həmin məhsulu gətirən şirkətin qoyduğu qiymətdən asılıdır. Bəzən düşür, bəzən qalxır".

Qeyd edək ki, problem tək bahalaşmada deyil. Natiq Məmmədov adlı paytaxt sakini Sputnik-in əməkdaşı ilə söhbət zamanı deyib ki, bir neçə gün öncə "Rahat market"dən aldığı məhsulun qiyməti rəfdə yazılanla eyni olmayıb.

Mağaza vitrini
© Sputnik / Fuad Hasanov

"Vitrində, hər zaman aldığım "Calgon"un qiyməti 9.4 manat göstərilmişdi. Yəni, həmişəki qiymət. Ancaq kassadan ayrıldıqdan sonra, onun real qiymətinin 17.5 manat olduğunu gördüm. Təsəvvür edirsiniz, nə boyda fərq var", — sakin deyib.

O, insanları bu şəkildə aldatmağın dəhşətli reallıq kimi dəyərləndirir: "Qiymət qalxsa belə, rəhbərlik gərək bunu rəflərə də yerləşdirsin. Təəssüf ki, bizdə bu cür səhlənkarlıqlar tez-tez baş verir. Bir az diqqətli olmaq lazımdır".

5152
Teqlər:
mağaza, bahalaşma, market, ət, məhsul, qiymət
Əlaqədar
Böyük marketlərin başı böyük bəlada
Vergilər Nazirliyi "Favorit" marketdə qanun pozuntuları aşkar edib
Paytaxtda xırda marketlər çökür
"Neptun" market: rəfdə bir, kassada isə başqa qiymət
Bu marketlərdən ərzaq almayın
Bu marketlərdən ərzaq almaq məsləhət deyil
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

35
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

35
Su təhcizatı işləri, arxiv şəkli

Həm Azərbaycanın, həm İranın arzusu reallaşır - "Xudafərin" hidroqovşağından şad xəbər

71
(Yenilənib 23:50 20.10.2020)
Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir.

BAKI, 20 oktyabr — Sputnik. "Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov deyib.

O vurğulayıb ki, Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses davam edir: "Hər üç ölkənin müvafiq enerji şirkətlərinin razılığı ilə müəyyən edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb. Eyni zamanda, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş"dən irəli gələn vəzifələr də yerinə yetirilməkdədir.

"Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir. "Xudafərin" hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması, habelə su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınması və quraşdırılması məsələlərinə baxılır. 1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 meqavat gücündə olan bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır".

O bildirib ki, bu layihələr iqtisadi və strateji aspektdən ölkəmiz üçün çox əhəmiyyətlidir:

"Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kilovat/saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsas götürülməklə 2016-cı ildə bu layihələr üzrə sazişin imzalanması işğal olunmuş ərazilərimizin geri qaytarılacağına böyük inamın ifadəsi idi".

"Bu günlərdə müzəffər Ordumuzun Cəbrayıl şəhəri və rayonunun bıra sıra kəndlərini azad etməsi də Azərbaycan Prezidentinin uzaqgörən siyasətini, həmin ərazilərin bərpası zamanı bu hidroqovşaqlar və stansiyaların istifadəsinə əvvəlcədən hazırlıqla bağlı strateji baxışlarını bir daha nümayiş etdirdi. Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir", - deyə nazir bildirib.

71
Əlaqədar
İranla Azərbaycan arasında tarixi "Xudafərin Sazişi" imzalandı
İlham Əliyev: Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı qaldırıldı
Nazirlikdən sərhədlərimizi qoruyanlara Xudafərin naminə zirehli hədiyyə - FOTO
Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı - VİDEO
Ermənistan Xudafərin istiqamətində əməliyyat keçirməyə qadir deyil - MN