CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fahişəliyə aparan yol: acı da olsa, gerçəkdir

© Flickr / Chiara StevaniGənc qadın, arxiv şəkli
Gənc qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda son zamanlar fahişələr arasında orta yaşlı qadınların sayı artır

BAKI, 21 noy — Sputnik. Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri Azərbaycandan olan, bədənini satmaqla pul qazananların ənənəvi olaraq getdikləri ölkələrdir. Yəni, son 10 il ərzində insan alveri marşrutları praktiki olaraq dəyişməyib. Bu barədə Sputnik-ə Daxili İşlər Nazirliyi (DİN) İnsan alverinə qarşı Baş Mübarizə İdarəsindən məlumat verilib.

Las Veqasdakı Sheri’s Ranch fahişəxanası - Sputnik Azərbaycan
Qanuni fəaliyyət göstərən fahişəxananın ilk görüntüləri yayıldı

DİN-in rəsmi məlumatına əsasən, Azərbaycanda insan alveri ilə bağlı cinayətlərin sayı son 10 il ərzində iki dəfə artıb. Əgər 2005-ci ildə 162 cinayət qeydə alınmışdısa, 2015-ci ildə bu göstərici 317-yə bərabər olub.

Eyni zamanda, rəsmi statistikaya görə, azyaşlıların fahişəliyə cəlb olunması ilə bağlı cinayətlərin sayı azalıb. Lakin, QHT sektorundakı ekspertlərin sözlərinə görə, rəsmi rəqəmlər fahişəliklə bağlı ölkədəki real vəziyyəti əks etdirmir. Belə ki, "İşıqlı ev" Küçə Uşaqları Mərkəzinin direktoru Südabə Şirəliyevanın sözlərinə görə, Bakıda ərəb turistlərinin sayının artması ilə "Torqovı"da (Nizami küçəsində) 14 və daha yuxarı yaşlı qızların sayı artıb.

"Onlar paltarlarını dəyişirlər, bəzənib-düzənirlər və turistlərdən pul qazanmaq həvəsi ilə ora tələsirlər. Ümumiyyətlə, azyaşlılar arasında fahişəliyə cəlb olunma riski böyükdür. Yayda bizim mərkəzdə bir qız var idi. Bir gün mənə sevinclə 15 yaşlı qazaxlı oğlana ərə getdiyini dedi. Onlar öz aralarında erkən yaşda cinsi əlaqəyə girirlər. Azyaşlı qızların təsəvvüründə bu, ərə getməkdir. Onlar bakirəliklərini itirirlər, sonra isə bu qızlar üçün cinsi tərəfdaşın kim olmasının artıq əhəmiyyəti olmur. Onları yalnız qazanc maraqlandırır", — deyə Şirəliyeva bildirir.

Bu mərkəzdə olmuş əkiz bacılar da son üç ildə Bakının gecə barlarında fahişəliklə məşğul olurmuşlar. 18 yaşlı qızlar üç ildir bu işlə məşğuldurlar.

Şirəliyeva bildirir ki, küçə uşaqlarının əksəriyyətini bölgə sakinləri təşkil edirlər. Eyni zamanda o, qeyd edib ki, paytaxtda onların sayı azalıb. Səbəb isə polislərin onları şəhərdən qovmasıdır. Lakin iri əyalət şəhərlərində onların sayı artıb.

Ümumilikdə isə, fahişələrin əksəriyyəti küçələrdən restoran, bar, gecə klubu və diskotekalara keçiblər. Yaş məsələsinə gəldikdə, fahişəlik eyni zamanda həm "qocalır", həm də "gəncləşir". 

Vəziyyət belədir ki, son zamanlar fahişələr arasında orta yaşlı qadınların sayı artır. Bunu təsdiqləyən hüquq-mühafizə orqanlarının işçiləri 45-55 yaşlı qadınların Bakının, məhz harasında toplaşdıqlarını da deyirlər. Bu sahədə "çalışan" digər qrup qadınlar masaj salonları, barlar və digər bu tipli yerlərdə olurlar.

Erotika - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Erotika və porno – sənət, yoxsa əxlaqsızlıq?

"Təmiz dünya" İctimai Birliyindən Sputnik-ə, 26 yaşlı bakılı qadının hekayəsini danışıblar. Bu qadın 1,5 ay əvvəl Türkiyədə saxlanıldığı fahişəxanadan canını qurtara bilib. Qadın həmin yerdə 1 ay işləyib və gündə 5-6 müştəriyə xidmət etməyə məcbur edilib. Bakılı qadın, kömək üçün müraciət etdiyi ingilisin köməyi ilə qaça bilib.

Bu xoşagəlməz hadisə onun ərindən boşanması ilə başlayıb. Qadının həmin ərəfədə tanış olduğu bir xanım ona Türkiyədə əlverişli, yəni qazanclı alver təklif edib. Zərərçəkmiş özü ilə pul götürərək Türkiyəyə yola düşüb. Şam yeməyindən sonra yuxulayan qadın yad bir kişinin qucağında ayılıb. Həmin kişi qadına görə 3 min dollar ödədiyini bildirib və həmin pulu çıxarmaq üçün qadının ona işləməli olduğunu deyib. Qadının fahişə həyatı belə başlayıb.

Bakılı qadına kömək etmiş ingilis isə onun müştərisi olub. Qadın ona başına gələnləri danışıb və ingilis fahişəxananın sahibindən qadının hələ nə qədər borcu qaldığını soruşub. Məbləği öyrənən əcnəbi onu ödəyərək qadını köləlikdən azad edib.

Qadın Bakıya qayıdıb və hüquq-mühafizə orqanlarına müraciət edib. Məlum olub ki, onu aldadan fırıldaqçı xanımı həbs etmək mümkün deyil. Həmin qadın azərbaycanlı olsa da, BƏƏ vətəndaşıdır və pulları alan kimi aradan çıxa bilib.

Xəbər lenti
0