UNEC-də dini radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş olunub

UNEC-də dini radikalizmin fəsadlarından bəhs edən “Fitnə” filmi nümayiş olunub

39
UNEC-in rektoru, professor Ədalət Muradov ölkədə dövlət-din münasibətlərinin inkişafı üçün hər cür şəraitin yaradıldığını, Azərbaycanın tolerantlıq mərkəzi kimi tanındığını bildirib.

BAKI, 18 noy — Sputnik. Noyabrın 18-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş olunub. Bu barədə Sputnik-ə UNEC-dən bildirilib.

UNEC-in rektoru, professor Ədalət Muradov ölkədə dövlət-din münasibətlərinin inkişafı üçün hər cür şəraitin yaradıldığını, Azərbaycanın tolerantlıq mərkəzi kimi tanındığını bildirərək, Azərbaycanda dövlət-din münasibətlərinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkədə tarixən müxtəlif millətlərin nümayəndələri birgə yaşayıb, bir-birinin dilinə, dininə, adət-ənənələrinə hörmətlə yanaşıb, bu gün də dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin fəaliyyəti Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Rektor UNEC-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi ilə bağlı sərəncamından irəli gələn vəzifələrin icrası, həmçinin Azərbaycan xalqının zəngin multikultural və tolerantlıq ənənələrinin təbliği, eyni zamanda dini radikalizm və ekstremizmlə mübarizə məqsədilə silsilə tədbirlərin həyata keçirildiyini qeyd edib. 

  • UNEC-də dini radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş olunub
    UNEC-də dini radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş olunub
    © Photo : UNEC
  • UNEC-də dini radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş olunub
    UNEC-də dini radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş olunub
    © Photo : UNEC
  • UNEC-də dini radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş olunub
    UNEC-də dini radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş olunub
    © Photo : UNEC
  • UNEC-də dini radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş olunub
    UNEC-də dini radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş olunub
    © Photo : UNEC
1 / 4
© Photo : UNEC
UNEC-də dini radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş olunub

O, “Fitnə” filminin nümayişinin də gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi və təbliği baxımından əhəmiyyətli olduğunu bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, bu gün dünyada İslam və digər dinlərdən başqa məqsədlər üçün istifadə edən radikal qüvvələr var. Bu radikal qüvvələr xüsusilə gəncləri öz sıralarına cəlb etməyə çalışırlar. Bu cür təbliğatların qarşısının alınmasında maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edən Komitə sədri maarifləndirici sənədli filmlərin də radikal qruplara qoşulanların sayının azalmasına təsirini göstərəcəyini deyib. Çünki gəncləri dini radikal qrupların təsirindən qorumaq üçün təbliğat vasitələrindən biri də filmlərdir. Dövlət Komitəsi dini radikalizmlə mübarizə çərçivəsində sənədli filmin təbliğat baxımından qısa vaxtda ciddi uğur qazanacağını hesab edərək, radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin işıqlandırıldığı “Fitnə” adlı sənədli film hazırlayıb. Komitə sədri deyib ki, film vasitəsilə dini radikalizmin qurbanı olan insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilən şəxslərin timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanır. Eyni zamanda, Azərbaycanda dinlər, məzhəblər arasında tarixən mövcud olan birlik və bərabərlik, xalqımızın tolerantlıq keyfiyyətləri, dövlətin bu sahədə həyata keçirdiyi siyasətin mahiyyəti qısa, lakin aydın şəkildə işıqlandırılır.

M.Qurbanlı dini radikalizmlə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərdən danışaraq bildirib ki, bununla bağlı respublikanın bütün bölgələrində çoxsaylı seminarlar, görüşlər keçirilir, həmçinin, müxtəlif kitab və digər çap materialları nəşr edilərək yayılır.

Komitə sədri bu sahədə gənclərə öz tövsiyələrini verərək, onların ekstremist təmayüllü dini cərəyanlara qoşulmaması üçün mili-mənəvi dəyərlərə, dövlətinə bağlı olmasının önəmini vurğulayıb.

Tədbir film ətrafında müzakirələrlə davam edib. Sonda rektor Ə.Muradov N.Bədəlova UNEC-də “Fitnə” filminin uğurlu təqdimatına görə diplomunu təqdim edib.

39
Qaz plitəsi, arxiv şəkli

Dəm qazı kabusu: Bacalarınız doludursa, dövlətdən imdad gözləməyin

2
(Yenilənib 01:08 25.02.2021)
"Bu səlahiyyət artıq Bakı Şəhər Mənzil İstismar Departamentində deyil. İndi bu işi hər mənzil sahibi özü fərdi görməlidir".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 25 fevral — Sputnik. Az qala hər gün dəm qazından zəhərlənmə ilə bağlı xəbərlər eşidirik. Hər il qış mövsümündə xeyli sayda insan məhz dəm qazının qurbanı olaraq həyatını itirir. Dəm qazından boğulub dünyasını dəyişənlərin ayrıca statistikası aparılmasa da, bu rəqəmin kifayət qədər böyük olduğunu mətbuatda yayılan xəbərlər də təsdiqləyir. Daha 5 nəfər iki gün əvvəl dəm qazından boğularaq ölüb. Sputnik Azərbaycan dəm qazından boğulmaların səbəbini araşdırıb.

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yanvar ayında dəm qazından zəhərlənmə ilə bağlı 42 müraciət olub. Onlardan 36-sı xəstəxanaya qəbul edilib:

"Fevral ayında bu günədək 16 müraciət daxil olub. Onlardan 12 nəfər xəstəxanaya qəbul olub. Həmin şəxslər arasında iki azyaşlı da var. Amma dəm qazından zəhərlənmə ilə bağlı bizə müraciət edənlər arasında ölüm halı olmayıb".

A.Maqsudov bildirib ki, dəm qazından boğulmalara daha çox hamam otaqlarında rast gəlinir. Amma şöbə müdiri mənzillərdə də dəm qazı zəhərlənmələrinə rast gəlindiyini söyləyir. A.Maqsudovun sözlərinə görə, dəm qazı ilə bağlı zəhərlənmələrə səbəb qaz cihazının təmiz havaya çıxışı olmamasıdır:

"Dəm qazı o zaman yaranır ki, qaz yanarkən ayrılan tüstünü içəri verir. İnsan yuxulu vəziyyətdə olanda dəm qazını qətiyyən hiss etmir. Ona görə də harada qazla cihaz işləyirsə, mütləq nəzarət altında olmalıdır. Əgər hamamda qaz cihazı varsa, nəfəslik mütləq açıq olmalıdır. Su qızdırıcı cihazlar hamam otağında quraşdırılmamalıdır. Hamamda nəfəslik olmalıdır".

A.Maqsudov bildirir ki, dəm qazından zəhərlənən insanlara təcili yardımı yerində göstərmək ölüm riskini azaldır: "Dəm qazından zəhərlənən şəxs öncə havaya çıxardılmalıdır. Huşunu itirməyibsə, dərhal yorğana bükülməlidir. Çünki həmin an bədənin temperaturu kəskin aşağı düşür. Sonra isti maye vermək lazımdır. Əgər dəm qazından zəhərlənən şəxs huşunu itiribsə, bu zaman onu açıq havaya çıxartmaqla yanaşı, ağzındakı seliyi təmizləmək lazımdır ki, boğulmasın. İlk tibbi yardımlar bunlardır. Amma istənilən halda dəm qazından zəhərlənən şəxs üçün hadisə yerinə təcili təxirəsalınmaz tibbi yardım çağırmaq şərtdir".

Azad İstehlakçılar Birliyinin kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qış aylarında dəm qazından boğulmalarda bütün məsuliyyət vətəndaşların üzərinə atılsa da, bu, yanlışdır:

"Düzdür, insanlar qazdan təhlükəsiz istfadəyə etinasızlıq edirlər. Amma vətəndaşların qazla işləyən cihazlarına texniki baxış keçirilməlidir. Nəzərə almaq lazımdır ki, soyuq günlərdə qazdan istifadə artır. Cihazda yanma prosesi düzgün getmədiyi zaman isə dəm qazı yaranma riski böyükdür. Qaz yandıqda dəm qazı ayrılır. Dəm qazı bayıra xaric olmadığından evdə insanı zəhərləyir. Dəm qazının bayıra xaric olması üçün mütləq boru xəttinin keçdiyi tüstü bacaları təmiz olmalıdır".

N.İbrahimovun sözlərinə görə, dəm qazından boğulmaların əsasən hamamda baş vermə səbəbi qazla işləyən cihazların hamama qoyulmasıdır: "1,5 kub metr qazın yanması üçün 9,5 kub metr hava lazımdır. Çox vətəndaşlar kombini qutuların içinə qoyurlar. Dəfələrlə maarifləndirmə apararaq bildirmişik ki, qazdan yanarkən ayrılan tüstünün bayıra çıxışı olmalıdır. Çox vaxt insanlar ev, hamam isti olsun deyə hamamlarda qapının altındakı deşikləri və nəfəslikləri bağlayırlar. Bu da nəticədə içəridə dəm qazının yaranmasına səbəb olur".

Həmsöhbətimiz deyir ki, yaşayış binalarında sovet dövründə tüstü bacalarını Daxili İşlər Nazirliyinin nəzdindəki  yanğından mühafizə könüllü cəmiyyət təmizləyirmiş:

"Sonra bu səlahiyyət Bakı Şəhər İcra Hakimiyyətinin balansındakı Mənzil İstismar Departamentinə verildi. İndi isə bu işlə hansı qurum məşğul olur, bilinmir".

Bakı Şəhər İcra Hakimiyyətindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirildi ki, artıq tüstü bacalarının təmizlənməsinə MİS-lər baxmır: "Bu səlahiyyət artıq Bakı Şəhər Mənzil İstismar Departamentində deyil. İndi bu işi hər mənzil sahibi özü fərdi görməlidir. Bunun üçün özəl xidmət qurumları fəaliyyət göstərir. Mənzil İstismar Sahələri vətəndaşları o şirkətlərlə əlaqələndirə bilər".

Apardığımız araşdırma zamanı tüstü bacalarının təmizlənməsi ilə məşğul olan özəl şirkətlərlə əlaqə saxladıq. "Fire Alarm" şirkətindən bildirdilər ki, bu xidmətin qiyməti binaya yerində baxış keçirildikdən sonra müştəriyə deyilir: "Tüstü bacalarının təmizlənmə qiyməti binanın mərtəbəsindən, mənzilin hansı mərtəbədə yerləşməsindən və tüstü bacalarının qonşuların bacası ilə əlaqəsi olub-olmamasından asılıdır. Yerində baxış üçün qiymət 20 manatdan başlayır. Əgər bacanın qonşularla əlaqəsi varsa, digər qonşular da tüstü bacasını təmizlətməlidir. Bunun qiyməti isə mənzillərin sayı, tüstü bacasına qoşulmalara görə dəyişir".

2
Lourens Ferlinqetti, arxiv şəkli

Dünyanın ən qocaman şairi vəfat edib

6
(Yenilənib 22:41 24.02.2021)
Otuzdan çox poeziya məcmuəsinin müəllifi olan mərhum şairin adını daşıyan "City Lights" kitab mağazası 1953-cü ildən bəri yaşadığı evlə eyni binada yerləşir.

BAKI, 24 fevral — Sputnik. Amerikalı şair Lourens Ferlinqetti vəfat edib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 101 yaşlı şair San-Fransiskodakı evində dünyasını dəyişib.

Qeyd edək ki, Ferlinqetti 1919-cu ildə Nyu-Yorkda anadan olub. Xalası tərəfindən böyüdülən şairin atası dünyaya gəlmədən ölüb. Anası isə psixiatriya xəstəxanasına göndərilib. Ferlinqetti yeddi yaşında olanda varlı bir ailədə qubernator işləyən xalası onu işə götürənlərin yanında qoyub qaçıb. Çətin uşaqlıq illərinə baxmayaraq Ferlinqetti təhsil alıb və 1941-ci ildə jurnalist kimi fəaliyyət göstərib. Daha sonra isə Donanmaya könüllü olub.

30-dan çox poeziya məcmuəsinin müəllifi olan mərhum şairin adını daşıyan "City Lights" kitab mağazası 1953-cü ildən bəri yaşadığı evlə eyni binada yerləşir.

6