Qax rayonunun Sarıbaş kəndi

İki imperatoru qonaq etmiş Azərbaycan kəndi

3503
(Yenilənib 13:26 18.11.2016)
Əmir Teymur Sarıbaşdan keçib şimala yol almışdı. Nadir şah Dağıstanı fəth etməyə bu yerdən keçib getmişdi.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 18 noy — Sputnik. Bəzi məkanlar böyük bir tarixə bələdçilik edir, tarixin izlərini gələcəyə daşıyır. Dünya dəyişəcək, zaman yeniliklərə qucaq açmaqda davam edəcək, amma o yer öz qədimliyini gələcəyin məchul nöqtəsinə qədər aparıb çıxaracaq.

Çünki tarix onun özüdür, onun hər daşı, hər qayası, hər bir parçasıdır. Əsrlər öz axarı ilə ötüb gedir. Amma orada canlı bir əfsanə, dindirilməmiş, oyadılmamış bir tarix yaşayır.

Sarıbaş kəndi də belə yerlərdəndir. O, Böyük Qafqaz dağ silsiləsindəki yamaclardan birində — Qax rayonunda yerləşir. Bu kənd tarix boyu nələrin şahidi olmayıb ki?!

Hələ 1394-cü ildə Əmir Teymur Sarıbaşdan keçib şimala yol almışdı. 18-ci əsrdə Nadir şah Dağıstanı fəth etməyə bu yerdən keçib getmişdi. Rusların Qafqaz xalqlarını imperiyaya tabe etdirmək üçün apardığı müharibələrə Sarıbaş şahidlik etmişdi. İlisu sultanı Daniyal bəy Qafqaz dağlılarının lideri Şeyx Şamilin "Azadlıq ordusu"na məhz Sarıbaşdan keçərək qoşulmuşdu.

  • Qax rayonunun Sarıbaş kəndi
    Qax rayonunun Sarıbaş kəndi
    © Sputnik / Shahperi Abbasova
  • Qax rayonunun Sarıbaş kəndi
    Qax rayonunun Sarıbaş kəndi
    © Sputnik / Shahperi Abbasova
  • Qax rayonunun Sarıbaş kəndi
    Qax rayonunun Sarıbaş kəndi
    © Sputnik / Shahperi Abbasova
  • Qax rayonunun Sarıbaş kəndi
    Qax rayonunun Sarıbaş kəndi
    © Sputnik / Shahperi Abbasova
  • Qax rayonunun Sarıbaş kəndi
    Qax rayonunun Sarıbaş kəndi
    © Sputnik / Shahperi Abbasova
  • Qax rayonunun Sarıbaş kəndi
    Qax rayonunun Sarıbaş kəndi
    © Sputnik / Shahperi Abbasova
  • Qax rayonunun Sarıbaş kəndi
    Qax rayonunun Sarıbaş kəndi
    © Sputnik / Shahperi Abbasova
  • Qax rayonunun Sarıbaş kəndi
    Qax rayonunun Sarıbaş kəndi
    © Sputnik / Shahperi Abbasova
1 / 8
© Sputnik / Shahperi Abbasova
Qax rayonunun Sarıbaş kəndi

Sarıbaş 20-ci əsrin özündə belə, yeni tarixin qurbanı idi. Sovet liderlərindən Xruşşovun ötən əsrin 60-cı illərində həyata keçirdiyi "regionlarda inkişaf layihəsi" Sarıbaşın həyatında köklü bir dönüş idi. Bu islahatlara görə, çətin dağ şəraitində, ucqarlardakı yerləşmə mərkəzilərində infrastrukturu inkişaf etdirməkdənsə, oralarda yaşayan əhalini aran yerlərə köçürmək daha əlverişli sayılırdı.

Odur ki, Sarıbaş kəndinin camaatı da aşağıya, düzənlik yerə köçürüldü. Onlar yeni məskunlaşdıqları yerə Sarıbaşın ilk sakinin adını verdilər — Cəlayir.

Amma Sarıbaşda bəzi ailələr inad göstərdi, öz dədə-baba yurdlarını tərk etmədi. Bəziləri isə yayı isti olan düzənliyin təbiətinə alışa bilmədikləri üçün Xruşşovdan sonra geri döndülər.

© Sputnik / Shahperi Abbasova
İki imperatoru qonaq etmiş Azərbaycan kəndi

Lakin çətin həyat şəraiti 20-ci əsrin gənclərini kənddən biryolluq didərgin saldı. Onlar köçürülmə zamanı getdikləri şəhərlərdə ömürlük məskunlaşdılar. Sarıbaşda isə yalnız qocalar qaldı, bir də kimsəsiz, boş qalmış evlər.

Bu yer əsrarəngiz təbiətə, qeyri-adi arxitekturasına baxmayaraq, turistlər üçün o qədər də cəlbedici görünmür. Çünki onun yolları, keçilməsi çox çətin və təhlükəlidir. Sarıbaş bu gün, sanki yaşamır, sadəcə tarix danışır…

3503
Teqlər:
Əmir Teymur, Sarıbaş, yer, məkan, ərazi, Nadir şah, kənd, Qax
Əlaqədar
Bakı kəndində zəncirvari intihar dalğası və açılmamış sirlər...
Azərbaycanda Çar məmurlarının ayağı dəyməyən yeganə kənd
Mənfi 72 dərəcədə 500 insanın yaşadığı kənd
Azərbaycanda torpağı qanla suvarılan kənd
Bütov kənd əhalisinin həyatı təhlükə altındadır
Ucqar dağ kəndində xəstə yatan istedad
Bu kənddə sünni-şiə ayrıseçkiliyi ləğv edilib
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

14
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

14
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Микрофон

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

16
(Yenilənib 23:14 29.11.2020)
Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər

BAKI, 29 noyabr - Sputnik. Fransanı təmsil edən Valentina Trünel J'imagine mahnısı ilə beynəlxalq "Uşaq Avroviziyası-2020" müsabiqəsinin qalibi olub.

Sputnik Azərbaycan bildirir ki, müsabiqənin finalı Polşada telekörpü formatında keçirilib. Valentina peşəkar münsiflər heyəti və tamaşaçıların səsi ilə 200 xal toplayıb.

İkinci yerə Qazaxıstan təmsilçisi Karakat Başanova, üçüncü yerə isə İspaniyadan Solea layiq görülüblər.

Rusiya təmsilçisi Sofya Feskova 88 xalla 10-cu yeri tutub. Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər.

İştirakçıların nəticələri peşəkar münsiflər heyəti və tamaşaçıların müsabiqənin saytındakı səsverməsi ilə təyin olunub. Böyüklərin "Avroviziya"sından fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə səs verə bilirdilər. Ancaq bu zaman tamaşaçılar minimum üç bəyəndikləri iştirakçıya səs verməli idilər.

16
Teqlər:
Fransa, final, müsabiqə, Polşa, Uşaq Avroviziyası, uşaqlar