Mərkəzi istilik sistemi

Bakının bəzi rayonlarında istilik böhranı yaşanır

344
Qış mövsümünə keçilsə də, paytaxtdakı bəzi rayonların sakinləri mənzillərinə istilik verilməməsindən şikayətçidirlər

BAKI, 16 noy — Sputnik. Paytaxtdakı çoxmərtəbəli yaşayış binalarının mərkəzləşmiş istilik sistemi ilə təminatında bir sıra problemlər var. Elə götürək, soyuqların tez düşüb-gec istiləşməsindən asılı olmayaraq, mənzillərə ilin konkret tarixlərində istilik verilməsini. Sovet dövründən qalmış bu plan sistemi bugünkü reallıqlarla heç cür uyğunlaşmır. Amma əsas mövzumuz bu da deyil.

Hər il olduğu kimi, bu il də "Azəristiliktəchizat" Açıq Səhimdar Cəmiyyətinin qazanxanaları noyabrın 15-dən işə düşməli idi. Lakin, bu gün noyabrın 16-sı olmasına baxmayaraq, hələ də bəzi mənzillərə istilik verilməyib. Məsələn, Yasamal və Sabunçu rayonlarının sakinləri Sputnik-in redaksiyasına ünvanladıqları məktublarda bu problemdən şikayətlənirlər.

"15 noyabrda istilik veriləcəyini bildirmişdilər. Artıq 16 noyabr tarixini yaşayırıq, amma istilik verilməyib. Deyəsən, bu gedişlə heç vermək fikirləri də yoxdur", — Yasamal sakini Qəmər Cəlilova yazır.

Sabunçu sakini Aqil Bədəlov da analoji problemdən narazıdır: "Evdə körpə uşaq var. Havalar da dünəndən etibarən soyuqlaşmaqda davam edir. Elektriklə mənzili qızdırmaq olmur. "Azəristiliktəchizat" isə hələ də müdrikcəsinə susur".

Məsələ ilə bağlı Sputnik-ə açıqlama verən "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Rafiq Əliyev artıq binalara istilik verilməsinə başlanıldığını deyib: "Ola bilər, bəzi binalarda texniki problemlər var, ona görə istilik mənzillərə çatmır. Belə mənzillərin ünvanlarını öyrənib onlara kömək edə bilərik".

"Ümumilikdə isə, artıq biz qış mövsümünə keçmişik və mənzilləri istiliklə təmin edirik. Bəzi binalar qalıb ki, "Azəriqaz"la razılaşaraq onlara da istilik veriləcək", — ASC sözçüsü qeyd edib.

Borca görə istilik verilməməsi ehtimalına isə R. Əliyev belə münasibət bildirib: "İstilik 15 noyabrdan verilir, ayın sonundan isə verilən istiliyə görə artıq vətəndaşlardan pul alınır. Verilməyən istiliyə görə öncədən pul ala bilmərik".

344
Teqlər:
Rafiq Əliyev, mənzil, istilik, "Azəristiliktəchizat" Açıq Səhimdar Cəmiyyəti, Bakı, bina, paytaxt
Əlaqədar
Göyçayda mənzildə partlayış baş verib, bir nəfər dünyasını dəyişib
"Kupça"sız mənzillərə ipoteka krediti veriləcək?
Aztəminatlı əhali mənzillə təmin ediləcək?
MTK-lara ödədiyimiz "mənzil haqları" hara gedir?
45 dəqiqədə mənzili necə təmizləməli
Koronavirus testi, arxiv şəkli

Ön cəbhəyə yollanan hərbçilər COVID-19 testindən keçirilir?

11
(Yenilənib 00:19 23.10.2020)
Səfərbərlik Xidmətinə yola salınan hər bir əsgər COVID-19 testindən keçirilir. Cavablar mənfi olduqdan sonra onlara ordu sıralarına qatılmağa icazə verilir".

BAKI, 22 oktyabr — Sputnik. "Bu gün Səfərbərlik Xidmətinə yola salınan hər bir əsgər COVID-19 testindən keçirilir. Cavablar mənfi olduqdan sonra onlara ordu sıralarına qatılmağa icazə verilir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu AzTV-nin efirində yayımlanan "Gün başladı" verilişində qonaq olarkən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib. O bildirib ki, cəbhəyə yollanan şəxslər arasında COVID-19-un yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülüb:

"Çağırışçılar, ön cəbhəyə gedən hər bir kəs sağlam olmalıdır. Çünki bu, çox ciddi məsələdir. Odur ki, bu istiqamətdə Nazirlik tərəfindən yoxlamalar gücləndirilib".

P.Abubəkirov onu da qeyd edib ki, hər ana öz övladını yola salarkən bağrına basmaq, qucaqlamaq istəyir, lakin mümkün qədər bu normalara riayət etmək lazımdır.

11
E-Təbib tətbiqi

TƏBİB-dən xəstələrə antibiotiklərlə bağlı xəbərdarlıq

13
(Yenilənib 22:59 22.10.2020)
"Xəstəliyin ilk simptomları üzə çıxan zaman bəzi insanlar özbaşına antibiotiklərdən istifadə edirlər" - TƏBİB.

BAKI, 22 oktyabr — Sputnik. Bəzən koronavirusa yoluxan gənc insanlarda da ağırlaşmalar ola bilər.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya və epidemioloji nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova deyib. Onun sözlərinə görə, sağlamlıq vəziyyəti normal olan 82 yaşlı insanların da koronavirusdan sağalması mümkün olub:

"Amma hər hansı gəncin xroniki xəstəliyi varsa və başqa ağırlaşmalar qeydə alınarsa, onun səhhətində daha ciddi ağırlaşmalar baş verə bilər".

N.Mürsəlova qeyd edib ki, gənc insanlar arasında ağırlaşmalar müraciətin gec edilməsi səbəbindən baş verir.

İnsanları özünümüalicədən də uzaqlaşmağı məsləhət görən N.Mürsəlova deyib ki, xəstəliyin ilk simptomları üzə çıxan zaman bəzi insanlar özbaşına antibiotiklərdən istifadə edirlər: "Bu zaman isə xəstənin vəziyyətində yaxşılaşma deyil, əksinə pisləşmə baş verir. Bu halda da xəstəxanaya düşən xəstəyə reanimasion yardım lazım olur".

13
Армянская военная форма

Ermənistan son günlərdə hərbi əməliyyatlarda ölən hərbçilərinin siyahısını açıqlayıb

0
(Yenilənib 00:18 23.10.2020)
Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının növbəti siyahısını açıqlayıb.

BAKI, 22 oktyabr - Sputnik. Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının yeni siyahısını açıqlayıb.

Sputnik Azərbaycan Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bugünkü siyahıda 26 nəfərin adı yer alıb.

Bu günədək Ermənistan tərəfinin açıqladığı itkilərin sayı 900 nəfərə çatıb.

Qeyd edək ki, qarşı tərəf itkilərinin sayını məqsədyönlü şəkildə gizlədir.

0
Əlaqədar
MN: Ermənistan rəhbərliyi cəbhədə verdiyi ağır itkiləri yaddan çıxarıb
Madagiz-Ağdərə istiqamətində ermənilərin itkiləri açıqlandı
Ermənistan ordusu ağır itkilər verməyə davam edir - VİDEO
İtkilər üzə çıxır? Ermənistan ordusunun əsgəri ölüb
"Ermənistanın verdiyi itkilər arasında xaricdən gətirilən muzdlular çoxluq təşkil edir"