BAKI, 16 noy — Sputnik. Keçən həftə Milli Məclisin plenar iclasında «Yol hərəkəti haqqında» Qanunun 35-ci maddəsində dəyişikliklər edilib. Qaydalara edilən dəyişikliklər nəticəsində, artıq sürücülük vəsiqələri sürücünün idarə edə bildiyi ötürücü qutuya uyğun olaraq veriləcək.
Eyni zamanda, xarici ölkədə alınan sürücülük vəsiqləri Azərbaycanda, maksimum 1 ay müddətdə istifadə edilə bilər. Daha sonra mütləq dəyişdirilməlidir.
Sözügedən dəyişiklikləri Sputnik-ə şərh edən, nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, bu qaydalar qəbul olunsa belə, bir çox sual doğuracaq məqamlar qalmaqdadır: "Öncəliklə deyim ki, bu yeni qayda, yalnız minik avtomobillərinə aiddir. Çünki, minik avtomobilləri, əsasən ötürücü qutu ilə idarə olunur".
"Dünya praktikasında belə qayda tətbiq olunur. B kateqoriyası üzrə sürücülük hüququ qazanmış şəxslərin özlərinin seçim etmək hüququ olur. Amma, qeyd edim ki, mexaniki ötürücü ilə avtomobil idarə edən sürücülər, həm də avtomatik ötürücü qutusu olan avtomobilləri idarə edə bilərlər", — ekspert bildirib.
O, bir sualın ortaya çıxdığını qeyd edib: "Avtomatik ötürücü qutusu ilə avtomobil idarə edə bilən şəxslər, gələcəkdə mexaniki ötürücü qutusu olan maşınları sürmək istəsələr, nə edəcəklər? Bu barədə heç bir açıqlama verilmir. Yəni, qaranlıq məqamlar var".
Ə. Hüseynov əlavə edib ki, yeni qanun indiyə kimi alınan sürücülük vəsiqələrinə şamil edilmir: "Bu günə kimi imtahan verən vətəndaşların vəsiqələri mexaniki idarəetmə mexanizminə aiddir və onlar həm avtomat, həm də mexaniki ötürücüsü olan avtomobilləri idarə edə biləcəklər".
Ekspertin dediyinə görə, xarici ölkədə alınan sürücülük vəsiqəsini, Bakıda 1 ay sonra, 18 manat rüsum ödəməklə dəyişmək mümkün olacaq: "Şəxs heç bir əlavə imtahan verməyəcək. Sürücülük imtahanı yalnız bir dəfə verilir. Qalan zaman isə, sadəcə vəsiqə dəyişdirilə bilər. Bunun üçün də dövlət rüsumu ödəmək yetərlidir".
Yol-nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov isə Sputnik-ə açıqlamasında deyib ki, hər bir sürücü mexaniki ötürücüsü olan avtomobilləri idarə etməyi bacarmalıdır: "Nəqliyyat vasitəsini idarə edən şəxs hər iki növ idarə sistemini bilməlidir. Bu, ondan irəli gəlir ki, vəziyyətdən asılı olaraq, ya mexaniki, ya da avtomat ötürücüsü olan avtomobil sürə bilərəm".
"Sürücü mütləqdir ki, mexaniki ötürücüsü olan avtomobili idarə edə bilsin. Bu avtomobili idarə edə bilən sürücü, avtomat ötürücüsü olan maşını asanlıqla idarə edə bilir. Azərbaycanda avtomobillərin əksəriyyəti mexaniki ötürücü qutusu olan maşınlardır. Bu zaman sürücülər daha diqqətli olmalı və çalışmalıdırlar ki, mexaniki maşınla imtahan versinlər və mütləq mexaniki maşını idarə etməyi öyrənsinlər. Bu, həm sürücüləri peşəkar edəcək, həm də gələcəkdə nə vaxtsa mexaniki maşın idarə etmə imkanlarını sığortalayacaq".
Ekspert əlavə edib ki, xaricdə alınan vəsiqələri, "ASAN Xidmət" mərkəzlərinə müraciət edərək dəyişdirmək mümkün olacaq: "Amma heç bir halda imtahan verməli deyillər".
BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur.
Посмотреть эту публикацию в Instagram
Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir.
Посмотреть эту публикацию в Instagram
"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.
Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın.
Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq.
BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:
"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".
Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.