Kürdəxanı kənd sakini Teymur Həsənlinin intihar səbəbləri hələ də bilinmir

Bakı kəndində zəncirvari intihar dalğası açılmamış sirlər...

2116
(Yenilənib 10:22 16.11.2016)
Canına qıyanlar eyni yaşda olublar. Hamısı 6-cı gün intihar edib və hamısının da cibindən məktub çıxıb. Ayrıca, intihar edən uşaqların hamısı kasıb ailələrin uşaqlarıdır.

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 16 noy — Sputnik. Təxminən bir neçə ay əvvəl Kürdəxanı kəndində baş verən intihar hadisəsi bütün ölkəni sarsıtmışdı. Bu, son 2 ildə Kürdəxanı qəsəbəsində intihar edən 5-ci yeniyetmə idi. Nə müəmmadırsa, son 2 ildə qəsəbədə yerləşən 113 saylı orta məktəbin, xüsusilə 9-10-cu sinif şagirdləri bir-birinin ardınca intihar etdi.

Belə yeniyetmələrin sonuncusu Teymur Həsənli oldu. 2001-ci il təvəllüdlü Teymurun asılmış cəsədi, işlədiyi qarajda asılmış vəziyyətdə tapılmışdı.

Kürdəxanı kənd 113 saylı orta məktəbi
© Sputnik / Irade JELIL
Kürdəxanı kənd 113 saylı orta məktəbi

Teymurgilin evi Kürdəxanı kəndinin qurtaracağında yerləşir. Qısa axtarışdan sonra evi tapıram. Teymurun əvvəlcə anası mənimlə danışmaq istəmirdi. Hətta öz-özünə "bəxtəvər olmuşam, müsahibə verəcəyəm" deyə narazılıq da etdi. Atası ilə telefon danışığından sonra ailənin razılığını aldım.

Ailə 3 il əvvəl Kürdəxanıya köçüb. Əslən İmişlidən olan ailə, 18 ildir ki, Bakıda müxtəlif yerlərdə kirayədə qalıb. Sonra Teymurun atası Kürdəxanıda torpaq alaraq ev tikir və ailə burada yarıtikili evdə yaşamağa başlayır.

"Oğlumu məhv etdilər"

Anası Afət Əmirova danışır ki, oğlunu kimsə ölümə, intihara məcbur etməsəydi, o, özünü öldürməzdi: "Nə deyim, heç özümüz də bilmirik niyə belə etdi. Səhər işə gedəndən yarım saat sonra bu xəbəri aldıq. Çox sakit uşaq idi. Nə deyərdim, "baş üstə" deyərdi. Namaz qılırdı, bu il oruc da tutmuşdu".

Teymur özünü Dadaş adlı ustanın sexində asmışdı. Anasının dediyinə görə, o, 15 gün əvvəl burada işə düzəlibmiş: "Dadaş nə vaxt zəng etsə, Teymur yeməyini qoyub onun yanına qaçırdı. Amma öləndən sonra Dadaş bir dəfə də olsun, qapımızı açmadı".

Söhbətin bu yerində, məni teymurgilin evinə gətirən Hacı (Teymurun dostu) söhbətə qoşulur: "Həmin gün mənə yazdı ki, "gəl sexə, görüşək, işim var səninlə". Hardasa, saat 11 olardı. Mən də nənəmgildə olduğum üçün yanına gedə bilmədim. Sevdiyi qız var idi. Qızın ailəsi çox imkanlı idi. Buna görə tez-tez problemləri olurdu, dalaşıb ayrılırdılar".

Ana yenidən söhbətə davam edir: "Onun nə problemi vardısa, bir gün öncədən olmuşdu. Yeməyə iştahı yox idi. Fikirli idi. Yanımdan sakitcə keçib getdi. Mən onu hər dəqiqə axtarırdım. Onları tapıb stolun ətrafına yığmamış süfrəyə yemək qoymazdım. Ölümündən sonra məktəb yoldaşlarından birini tapıb gətirdim ki, mənə Teymur haqqında danışsın. Həmin uşaq danışdı ki, bu ilin aprel ayında Teymur özünü üçüncü mərtəbədən atırmış. Mənim uşağım niyə intihar etməli idi ki? Deməli, bu, uzun zamanın söhbəti idi. Mənə heç kim bu barədə danışmamışdı. Ölümündən sonra danışdılar. Yavaş-yavaş oğlumu məhv elədilər".

"Evimizə qədər gəldi, övladımı qorxutdu"

Ana düşünür ki, oğlunu kimsə bezdirib, qorxudub, intihar həddinə çatdırıb: "Ölən uşaqlar hamısı eyni yaşda idilər. Hamısı 6-cı gün intihar edib və hamısının da cibindən məktub çıxıb. Və intihar edən uşaqların hamısı kasıb ailələrin uşaqları olub. Burada nəsə sirr var, amma bilmirəm nədir. Mənim oğlum özünü öldürəcək uşaq deyildi".

O, oğlunun qız üstündə canına qıyacağına da inanmır: "Teymur evlənəcək yaşda deyildi ki, özünü öldürsün. Həm də qız istəyirdisə, bunu ailəsinə deyə bilərdi. Bilirdim, kimisə sevir. Bayramlarda hədiyyə alıb aparırdı. Amma qıza görə özünü öldürməzdi Teymur".

Teymurun intihar etdiyi qaraj
© Sputnik / Irade JELIL
Teymurun intihar etdiyi qaraj

Hacı da Teymurun gizli həyatından danışır: "Onun həyatında çoxdan bir qız var idi. O qız başqa sinifdə oxuyurdu. Buna görə də Teymur can atırdı ki, qızın oxuduğu sinfə keçsin. Son günlər bilirdim ki, qızdan ayrılıb. Dözə bilmirdi. Qız imkanlı ailədən idi. Çox aşağılayırdılar Teymuru. Biz də başa salırdıq ki, o, imkanlı qızıdır, onsuz da sizi qoymacaqlar bir yerdə olmağa. Teymur isə bunu qəbul etmək istəmirdi".

Afət, son vaxtlar qəribə hadisələr baş verdiyini əlavə edir: "Gecələr məhlədə itlər hürüşürdü. Sanki kimsə qapımıza gəlirdi və itlər onu qovurdu. Qonşular deyirdilər ki, kimsə gəlirmiş məhləyə. Hamımız çıxdıq məhləyə ki, görək kimdir. Teymur isə dedi ki, "ana, heç nə yoxdur, hər şeydən şübhələnmə". Səhəri gün yenə eyni hadisə baş verdi. Bilmirəm, kimdir, amma bilirəm ki, kimdirsə, evimə qədər gəldi, övladımı qorxutdu".

"Bu, müəmmalı bir hadisədir. Sabah başqası da intihar edəcək. Deyəcəklər, sevgi üstündə öldü. Ruslan (Kürdəxanıda intihra edən yeniyetmələrdən biri — İ.C.) niyə özünü öldürdü? Çox mehriban uşaq idi. Teymurla da yaxın idilər. Yəni, kimdirsə, bizim uşaqların qanına susayıb. Mən inanmıram, qız üstündə olsun bu intiharlar", — deyir dərdli ana.

Terymurgilin evi
© Sputnik / Irade JELIL
Terymurgilin evi

Afət xanımın dediyinə görə, oğlu özünü asanda, onu ilk dəfə Dadaş görüb: "Bəlkə də kömək etsəydilər, ölməzdi. Polisdən qabaq onlar özləri kömək etməli idilər. Həkim gəlib baxanda deyib ki, "yenicə keçinib". Özünü trosla asıb".

Aradan 3 ay keçməsinə baxmayaraq, anası hələ də Teymuru itirdiyinə inanmır: "Hərdən elə bilirəm ki, axşam olanda evə gələcək. Sonra yadıma düşür ki, Teymur artıq yoxdur".

Müəmmalarla dolu məktəb

Sağollaşıb ayrılıram, fotosunu çəkməyimi istəmir. Deyir, hazırda bir arzusu var — balasının qatilinin tapılması.

Yolboyu Hacı Teymur haqqında danışır: "Sevdiyi qız onunla həmyaşıd idi. Amma qızla münasibətləri qaydasında deyildi. Qız 2-3 gündən bir ondan ayrılırdı".

"Mənə "WhatsApp"da yazdı ki, "səninlə danışmaq istəyirəm". Dedim, uzaqdayam. Dedi, "tez gəl, sonra gec olacaq". Amma həqiqətən uzaqda idim, gələ bilməzdim. Sonra kəndə qayıdanda qardaşımdan eşitdim ki, Teymur intihar edib", — deyir Hacı.

Sonra yolumu müəmmalarla dolu 113 saylı orta məktəbdən salıram. Şənbə günü və axşamüstü olduğu üçün, məktəbdə heç kim yoxdur. Bir neçə foto çəkməklə kifayətlənməli oluram…

2116
Teqlər:
yeniyetmələr, həyat, intihar, Kürdəxanı, sirr, müəmma, Teymur Həsənli
Əlaqədar
Ölü ilə danışdığını anlayan xilasedici sarsıldı
Ömrü mübarizədə keçən qadın: "Dua edirdim ki, biz çatanadək canına qıymasın"
Qardaşı da onu axtarır, həyat yoldaşı da: biri öldürmək üçün, digəri...
Həyatını uduzan qadın...
Öz gələcəyindən kəsib valideynlərinin bu gününə "calayan" uşaq
Həyat onunla düşmənçilik edir
Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Son sutka ərzində ölkədə 996 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edib

2348
(Yenilənib 20:25 04.08.2021)
İndiyədək ölkədə ümumilikdə 346878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan333694 nəfər müalicə olunaraq sağalıb, 5039 nəfər vəfat edib, aktiv xəstə sayı 8145 nəfərdir.

BAKI, 3 avqust - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 996 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 346878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan333694 nəfər müalicə olunaraq sağalıb, 5039 nəfər vəfat edib, aktiv xəstə sayı 8145 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10465, ötən müddət ərzində isə ümumilikdə 40 70700 test aparılıb.

Avqustun 3-nə Azərbaycanda COVID-lə bağlı durum

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 931 yeni yoluxma faktı qeydə alınıb, 225 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 345 882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 492 nəfər müalicə olunaraq sağalıb, 5034 nəfər vəfat edib. 7356 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10257, bu günə qədər isə ümumilikdə 4 060 235 test icra olunub.

Avqustun 2-nə Azərbaycanda COVID-lə bağlı durum

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 431 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 344 951 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 267 nəfər müalicə olunaraq sağalıb, 5 030 nəfər vəfat edib. 6 654 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 238, bu günə qədər isə ümumilikdə 4 049 978 test icra olunub.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 844 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 649, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 195 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 041 622, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 924 126, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 117 496 təşkil edir.

Avqustun 1-nə Azərbaycanda COVID-lə bağlı durum

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 671 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 344 520 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 128 nəfər müalicə olunaraq sağalıb, 5 027 nəfər vəfat edib. 6 365 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 400, bu günə qədər isə ümumilikdə 4 043 740 test icra olunub.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68 416 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 346, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 070 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 040 778, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 923 477, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 117 301 təşkil edir.

Həmçinin oxuyun: 

* Azərbaycanda daha 633 nəfər koronavirusa yoluxub

Koronavirusla bağlı şok iddia: Bu virus 2013-cü ildən mövcuddur

2348
Teqlər:
COVID-19, epidemiya, Koronavirus, Azərbaycan, statistika, yoluxma, ölənlər
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
 Yardımlıda meşə yanğını

FHN: "Yardımlıda meşə zolağında yanğının söndürülməsi əməliyyatları davam edir"

8
(Yenilənib 19:29 04.08.2021)
Yanğın mürəkkəb relyefli yüksək dağlıq ərazidə baş verdiyinə görə yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.

BAKI, 4 avqust — Sputnik. Yardımlı rayonunun Honuba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki meşə zolağında baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər fasiləsiz olaraq davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, ilkin hesablamaya əsasən, təqribən 30 hektar ərazi yanıb. Hazırda aktiv yanğın ocaqları, təqribən 1 hektar ərazini əhatə edir. Yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin və Regional Ekologiya İdarəsinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğın mürəkkəb relyefli yüksək dağlıq ərazidə baş verdiyindən yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək qarşıdakı günlərdə havanın temperaturunun daha da yüksəlməsi fonunda yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Həmçinin oxuyun:

Lənkəranın dağlıq ərazisində baş verən meşə yanğınları söndürülüb

Firuddin Əliyev: “Yanğınların 90 faizi antropogen təsirlər nəticəsində yaranır”

8
Здание Администрации президента Азербайджанской Республики

Azad edilmiş ərazilərdə görülən işlərin icra vəziyyəti müzakirə olunub

0
(Yenilənib 19:30 04.08.2021)
Bərpa və yenidənqurma proseslərinin maksimum səmərəli, keyfiyyətli, sürətli, planlı və əlaqələndirilmiş şəkildə icrasının əsas məqsəd olduğunu qeyd edən Qərargahın rəhbəri görülən işlərin dinamik olaraq dəyişən vəziyyətə uyğun icrasının vacibliyini bildirib.

BAKI, 4 avqust - Sputnik. İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilin 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının avqustun 4-də növbəti iclası keçirilib.

İclası açan Qərargahın rəhbəri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində saxladığı işğaldan azad edilmiş ərazilərin bərpa və yenidənqurma prosesləri ilə əlaqədar verdiyi tapşırıq və göstərişlərin, aparılan işlərin istiqamət və prioritetlərinin müəyyən edilməsi baxımından xüsusi əhəmiyyətini vurğulayıb.

Ümummilli prioritetlərdən biri olan bərpa və yenidənqurma proseslərinin maksimum səmərəli, keyfiyyətli, sürətli, planlı və əlaqələndirilmiş şəkildə icrasının əsas məqsəd olduğunu qeyd edən Qərargahın rəhbəri görülən işlərin dinamik olaraq dəyişən vəziyyətə uyğun icrasının vacibliyini bildirib.

İclasda əhalinin qayıdışı, şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatı, işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın inkişafı, şəhərsalma, nəqliyyat-infrastruktur layihələrinin müfəssəl planlaşdırılması və ahəngdar icrası ilə bağlı məsələlər ətraflı şəkildə müzakirə edilib. Qaldırılmış məsələlərlə əlaqədar növbəti addımlar müəyyən edilib və müvafiq tapşırıqlar verilib.

İşğaldan azad edilmiş ərazilərin yeni iqtisadi rayonlar bölgüsü nəzərə alınmaqla, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bərpası və yenidən qurulması işlərinin sürətlə və yüksək peşəkarlıqla aparılması üçün bütün imkanların səfərbər edilməsinin vacibliyi vurğulanıb.

Həmçinin oxuyun:

İşğaldan azad edilmiş ərazilərdəki ekoloji durum müzakirə olunub

İşğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı yekun layihə hökumətə təqdim olunub

İşğaldan azad olunmuş ərazilərdə enerji təhlükəsizliyi müzakirə olunub

0