CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cərimə mövsümü başladı

© Sputnik / Murad OrujovBakıda avtomobil tıxacı. Arxiv şəkli
Bakıda avtomobil tıxacı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Avtomobillərdə jalüz pərdələrdən istifadəyə verilmiş icazənin müddəti başa çatıb

BAKI, 15 noy — Sputnik. Azərbaycanda noyabrın 15-də sürücülərə jalüz pərdələrdən istifadəyə verilmiş icazənin müddəti başa çatıb. Sputnik xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi — Ümumi texniki şərtlər" dövlət standartına edilmiş dəyişikliklərdə nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyətinin 70%-dən az olmaması müəyyənləşdirilib, Azərbaycanın iqlim şəraitini nəzərə alaraq, hər il may 1-dən noyabrın 15-dək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.

Xəbər lenti
0