uşaq

Diqqət: Uşaqlarınızda bu xüsusiyyət varsa...

305
(Yenilənib 15:20 13.11.2016)
Alimlər, ibtidai məktəb çağındakı uşaqların saymağı öyrənərkən əllərindən istifadə etmələrinin maraqlı tərəfini ortaya çıxarıblar

BAKI, 13 noy — Sputnik. İngiltərədə aparılan yeni bir araşdırmaya görə, qərar verərkən və ya nəyisə sayarkən barmaqlarından istifadə edən insanların daha yaradıcı və ağıllı olduğu aşkar edilib. Sputnik Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu cür insanlarda yaradıcılıq qabiliyyətinin yüksək olduğu və problemləri həll etməkdə çətinlik çəkmədikləri qeyd olunub.

Araşdırmaçılar, ibtidai məktəb çağındakı uşaqların saymağı öyrənərkən əllərindən istifadə etmələrinin, ədədləri yaddaşda saxlamağa kömək etdiyini və bu cür uşaqlarda öyrənmə istəyinin yüksək olduğunu bildirirlər.

 

305
Teqlər:
barmaq, tədqiqat, alim, İngiltərə, araşdırma, uşaq
Əlaqədar
Uşaq bağçasının yerini sahibsiz itlər zəbt edib
Azərbaycanda ötən il 10 minə yaxın uşaq ailəsiz qalıb
Dünyada 3 milyon uşaq infeksion xəstəliklərdən öləcək
Uşaqlarınızı bu dörd ən təhlükəli cizgi filmindən uzaq tutun
Uşaqları öldürən kabusa çarə tapıldı
Ölkəmizdə ana və uşaq ölümlərinin sayı azalıb
Dağ Yəhudiləri Dini İcmasının üzvləri Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edir

Avropanın ən böyük Sinaqoqunda Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edilib

9
(Yenilənib 20:49 04.12.2020)
Prezident İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncamına əsasən bu gün saat 12.00-da şəhidlər bir dəqiqlik sükutla yad edilib.

BAKI, 4 dekabr — Sputnik. Dağ Yəhudiləri Dini İcması şəhidləri yad edib. Bakıda yerləşən sinaqoqda saat 12:00-da şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

  • Dağ Yəhudiləri Dini İcmasının üzvləri Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edir
    © Sputnik / Ibrahim Hashimov
  • Dağ Yəhudiləri Dini İcmasının üzvləri Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edir
    © Sputnik / Ibrahim Hashimov
  • Dağ Yəhudiləri Dini İcmasının üzvləri Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edir
    © Sputnik / Ibrahim Hashimov
1 / 3
© Sputnik / Ibrahim Hashimov
Dağ Yəhudiləri Dini İcmasının üzvləri Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edir

Ardınca isə şəhidlərin ruhuna dualar oxunub və ayinlər icra edilib. Bildirilib ki, Azərbaycan tolerant bir ölkədir və bütün dinlərin nümayəndələri burada dostluq, qardaşlıq şəraitində yaşayırlar. Qələbə xəbərini birgə qeyd etdikləri kimi, şəhidləri ruhu da birlikdə yad edilib.

9
Teqlər:
tolerant, dua, şəhidlər
DİN əməkdaşları, arxiv şəkli

Saatlı polisi koronavirus xəstəsini küçədə tapdı

12
T.Hüseynovun karantin qaydalarına zidd davranaraq evini tərk etdiyi və qonşuluqda yaşayan sakinlərin evinin həyətinə daxil olaraq xəstəliyin yayılmasına real təhlükə yaratdığı müəyyən edilib.

BAKI, 4 dekabr — Sputnik. Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə tədbirlər mütəmadi olaraq davam etdirilir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxan şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən bir nəfər rayon sakini, T.Hüseynovun karantin qaydalarına zidd davranaraq evini tərk etdiyi və qonşuluqda yaşayan sakinlərin evinin həyətinə daxil olaraq xəstəliyin yayılmasına real təhlükə yaratdığı müəyyən edilib.

Həmin şəxsin qanunazidd hərəkətlərinin qarşısı alınıb və müalicəsini davam etdirmək üçün yenidən yaşadığı ünvana gətirilib.

Saatlı RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

12
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin miqdarı məlum oldu

0
(Yenilənib 21:07 04.12.2020)
Qeyd edək ki, noyabrın 1-dən dekabrın 1-dək  Silahlı Qüvvələrə Yardım Fonduna 12.611.973,40 AZN, 175.507,81 ABŞ dolları, 15.723,23 avro, 40 türk lirəsi, 550 ingilis funt sterlinqi və 336.000,00 rubl vəsait daxil olub.

BAKI, 4 dekabr — Sputnik. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il dekabrın 1-dək  210.625.007,86 AZN, 11.171.613,65 ABŞ dolları, 181.319,42 avro, 495.561,33 türk lirəsi, 1.844,72 ingilis funt sterlinqi və 5.398.550,00 rubl vəsait daxil olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Qeyd edək ki, noyabrın 1-dən dekabrın 1-dək  Silahlı Qüvvələrə Yardım Fonduna 12.611.973,40 AZN, 175.507,81 ABŞ dolları, 15.723,23 avro, 40 türk lirəsi, 550 ingilis funt sterlinqi və 336.000,00 rubl vəsait daxil olub.

0
Teqlər:
Silahlı Qüvvələrə Yardım Fondu, Müdafiə Nazirliyi