Qızılca xəstəliyinə tutulan uşaq

O, hər il on minlərlə uşağın canını alır

407
Hər il qızılcaya qarşı peyvənd almayan on minlərlə uşaq həyatını itirir

BAKI, 12 noy — Sputnik. BMT bütün dünya ölkələrini uşaqları qızılcadan qorumaq üçün immunlaşdırma üzrə fəaliyyətlərini gücləndirməyə çağırıb. AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, 2000-ci ildən 2015-ci ilədək qızılcadan ölüm halları 79 faiz azalsa da, hələ də bu təhlükəli virusdan hər gün təxminən 400 uşaq ölür.

"Qızılcanın qarşısının alınması mümkündür. Bizdə vasitələr və biliklər bu məqsədin həyata keçirilməsi üçün yetərlidir. Yalnız siyasi iradə və hər bir uşağa kömək etmək istəyi çatışmır. Uşaqlar belə bir iradənin təzahürü olmadan bu xəstəlikdən yenə də öləcəklər. Böyük xərclər çəkmədən xəstəliyin qarşısını asanlıqla almaq olar", — deyə UNICEF-in nümayəndəsi Robin Nandi bildirib.

2000-ci ildən 2015-ci ilədək vaksinasiya üzrə aparılan kütləvi kampaniya sayəsində 20,3 milyon insanın həyatını xilas etmək mümkün olub. Lakin bu hamını əhatə etməyib. Ötən il 20 milyon uşaq qızılcaya qarşı peyvənd almayıb. Təxminən 134 min uşaq bu xəstəlikdən ölüb. Efiopiya, Hindistan, İndoneziya, Nigeriya, Pakistan və Konqo Demokratik Respublikasında uşaqların yarısı peyvənd almadığı üçün onların ölüm hallarının 75 faizi qızılcanın payına düşüb.

"Hər il milyonlarla uşaq peyvənd olunmur, vəziyyət tamamilə qəbuledilməzdir. Bizim etibarlı və yüksək keyfiyyətli vaksinlər bu uşaqların həyatını xilas edə bilər", — deyə Dünya Səhiyyə Təşkilatının (DST) nümayəndəsi Jan-Mari Okva-Bele bəyan edib. O bildirib ki, bu il Şimali və Cənubi Amerika qızılcadan azad bölgələr elan edilib.

Son illərdə dünyanın bir çox ölkələrində uşaqların qızılca əleyhinə peyvəndlə əhatə səviyyəsi xeyli azalıb. Ekspertlər əmindirlər ki, məhz bu tendensiya Misir, Efiopiya, Almaniya, Qırğızıstan və Monqolustanda qızılca xəstəliyinin baş verməsinə gətirib çıxarıb.

407
Teqlər:
UNICEF, immunlaşdırma, qızılca, peyvənd, ölüm, BMT, uşaq
Əlaqədar
Azərbaycanda ötən il 10 minə yaxın uşaq ailəsiz qalıb
Suriyada uşaq bağçası bombalandı
İranda din xadimi uşaqları zorlayıb
Dünyada 3 milyon uşaq infeksion xəstəliklərdən öləcək
Əfəndiyeva: Biz gözləməzdik ki, Azərbaycanda bu qədər istedadlı uşaqlar var
Uşaqlarınızı bu dörd ən təhlükəli cizgi filmindən uzaq tutun

COVID-lə mübarizədə həkimlərimizə italyanlar kömək edəcəklər - FOTO

2
Altı mütəxəssis təxminən iki həftə Azərbaycanda qalacaq və azərbaycanlı həmkarları ilə birlikdə COVID-19 ilə mübarizə və onun qarşısının alınması sahəsində məsləhət, kömək və təlim fəaliyyətlərini həyata keçirmək üçün yerli orqanlarla əməkdaşlıq edəcək

BAKI, 3 avqust — Sputnik. Bu gün İtaliya Mülki Müdafiə İdarəsinin nümayəndə heyəti Azərbaycanın COVID-19 epidemiyası ilə mübarizə səylərini dəstəkləmək məqsədi ilə Maliyyə Qvardiyası tərəfindən təşkil edilən xüsusi reys ilə Bakıya gəlib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı İtaliyanın ölkəmizdəki səfirliyi yayıb.

Məlumata görə, komanda Pyemont, Toskana, Valle d'Aosta və iyun ayından etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə yüksək səviyyəli əməkdaşlıq proqramına başlamış və yoluxucu xəstəliklərin araşdırılmasında dünya səviyyəli bir mərkəz olan Roma "Lazzaro Spallanzani" Milli İnfeksiya Xəstəlikləri İnstitutundan gələn həkimlər və tibb bacıları daxil olmaqla altı nəfərdən ibarətdir.

"İtaliya pandemiyanın ən ağır həftələrində Azərbaycan kimi dost ölkələrin göstərdiyi yaxınlığı unutmur: beynəlxalq həmrəyliyin dəyəri tariximizin və xalqımızın qan yaddaşının ayrılmaz bir hissədir. İtaliya ölkələrimiz arasındakı dostluğu fəaliyyətlərlə qiymətləndirmək niyyətindədir", - İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari qeyd edib.

Altı mütəxəssis təxminən iki həftə Azərbaycanda qalacaq və azərbaycanlı həmkarları ilə birlikdə COVID-19 ilə mübarizə və onun qarşısının alınması sahəsində məsləhət, kömək və təlim fəaliyyətlərini həyata keçirmək üçün yerli orqanlarla əməkdaşlıq edəcək.

2
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağalıb
COVID-19-la mübarizə qripə yoluxmanı da azaldıb - TƏBİB
Azərbaycanda karantin rejimi qismən yumşaldılır - DETALLAR
Azərbaycana Uhan şəhərindən ekspertlər gələcəklər

Çantanı yığandan sonra sayta bax: çimərliyə gedənlər üçün təlimat

3
(Yenilənib 20:42 03.08.2020)
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) yeni qaydalarla bağlı videotəlimat hazırlayıb

BAKI, 3 avqust — Sputnik. Avqustun 5-dən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında yer alıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) yeni qaydalarla bağlı videotəlimat hazırlayıb:

 

3
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Son 27 gün: çimin, çimə bildiyiniz qədər
Yeni portal çimərliyə getmək üçün icazə vermir
Azərbaycanda karantin rejimi qismən yumşaldılır - DETALLAR
Üzünə həsrət qaldığımız təbiət: Bizə cəllad lazım deyil, özümüz özümüzü məhv edəcəyik