Pəri qalası

Azərbaycanda qeyri-adi qala: kimsə onun içərisinə daxil ola bilmir

3011
(Yenilənib 10:37 14.11.2016)
Təcavüzkarlardan qaçan qız buraya sığınıb, sonra isə yadelli işğalçıların əlinə keçməmək üçün özünü bu qaladan atıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 12 noy — Sputnik. Tarixən bir çox xalqlar yadellilərin hücumundan qorunmaq üçün yaşadıqları ərazinin ətrafına sədd çəkib. Azərbaycanın müxtəlif bölgələrində də müdafiə məqsədilə tikilmiş sədlərə — istehkam qalalarına və ya onların qalıqlarına rast gəlmək olar.

Yunus Əmrənin məzarı
© Sputnik / Shahperi Abbasova

Bunlardan biri də Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndinin şimal-qərb hissəsində yerləşən Pəri qalasıdır. Tarixçi Məhəmməd Hacıəhmədovun sözlərinə görə, qala haqqında çoxlu rəvayətlər söylənilir. Belə rəvayətlərdən birində deyilir ki, Pəri qalası IV-V əsrlərə aid bir qaladır — Sasanilər dövründə inşa olunub.

Respublikamızın ərazisində, yüksək yerlərdə qalalar çoxdur. Pəri qalasının orijinallığı, özünəməxsus cəhəti ondan ibarətdir ki, digər qalalardan fərqli olaraq onu oyub dağın içərisinə tikiblər. Digər qalalar memarlar tərəfindən tikilib, amma Pəri qalası dağın içində oyulub.

Təcavüzkarlardan qaçan qız buraya sığınıb, sonra isə yadelli işğalçıların əlinə keçməmək üçün özünü bu qaladan atıb
© Sputnik / Shahperi Abbasova
Təcavüzkarlardan qaçan qız buraya sığınıb, sonra isə yadelli işğalçıların əlinə keçməmək üçün özünü bu qaladan atıb

Qalanın içində üç otaq yerləşir. Qala nə qədər möhtəşəm olsa da, oraya aparan yol-cığır elə vəziyyətdədir ki, qalanın içərisinə girmək qeyri-mümkündür.

"Vaxtilə gənclər bu qalanın içinə girməyi bacarmışdılar. Bu qalaya girdiklərini bildirmək üçün nişanə olaraq qaladan bayraq və ağ paltar asırdılar. Qalanın içində pilləkən var idi, amma sonradan o pilləkən uçub dağılıb", — deyir M. Hacıəhmədov.

Onun sözlərinə görə, bəzi tarixçilər qalanın XII-XIII əsrlərdə, Əmir Teymur dönəmində inşa olunduğunu qeyd edirlər: "Elə Çardaxlar kəndinin adı da bu qalanın adı ilə bağlıdır. "Çartak" yəni "qaya üzərində od məbədi" deməkdir. Digər bir rəvayətə görə isə, bu qalada Pəri adlı qız yadelli işğalçılardan qaçıb gizlənib. Sonra da yadelli işğalçıların əlinə keçməmək üçün özünü bu qaladan atıb. Ondan sonra bu qalanı Pəri qalası adlandırıblar".

Şəkinin Kiş kəndindəki Alban məbədi
© Sputnik / Shahperi Abbasova

"Bəzi məlumatlara görə, bu qalaya qamış borularla su və ya süd arxı çəkiblər. Hətta bu hekayə Nizami Gəncəvinin "Fərhad və Şirin" poemasının motivlərini xatırladır. Hələ Sovet dövründə, 1980-ci illərdə Pəri qalasının altında Nizami Gəncəvinin yubileyi qeyd olunmuşdu. Amma bu məlumatın dəqiq olub-olmaması şübhə altındadır. Çünki hələ də bu qala tarixçilər tərəfindən yaxşı tədqiq olunmayıb. Deyilənlərə görə, bu qalanın altında bir qəbir də olub, amma sonradan həmin qəbir sökülüb. Hətta, qalanın içərisində qızıl da olduğu söylənilir", — tarixçi bildirir.

Qeyd edək ki, Azərbaycanın şimal-qərb bölgəsi turistlərin daha çox axın etdiyi məkandır. Belə bir abidə turizmə xüsusi önəm verən hansısa başqa bir ölkədə olsaydı, ora daha çox turist cəlb edərdilər.

Uzaq keçmişin yadigarı olan bu abidələr xalqımızın tarixini, mədəniyyətini öyrənmək baxımından dəyərli mənbələrdir. Onları sevə-sevə qoruyub saxlamaq, təbliğ etmək, gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur!

3011
Teqlər:
Məhəmməd Hacıəhmədov, Pəri qalası, Yuxarı Çardaxlar, məbəd, müdafiə, qala, Zaqatala, tarix
Əlaqədar
Başsız bədənin uyuduğu sirli qəbir
Yaşı 3 min il, boyu 2.5 metr olan ölülər
Əsrarəngiz məkan: suyu yanır, alovu yandırmır
Azərbaycanda 6 əsrlik div evi
"Koba" Azərbaycandakı bu qalada cəza çəkib
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva, arxiv şəkli

Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının başlaması barədə paylaşım edib - VİDEO

143
(Yenilənib 11:55 12.05.2021)
Birinci vitse-prezident: Böyük qürurla sizə bildirirəm ki, bu gün əlamətdar gündür. Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş bizim qədim doğma Şuşa şəhərimizdə “Xarıbülbül” musiqi festivalı dirçəlir.

BAKI, 12 aprel - Sputnik. Birinci vitse-prezident Mehriban Əliyeva Şuşada“Xarıbülbül” musiqi festivalının başlaması ilə bağlı paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, M. Əliyevanın rəsmi “Instagram” hesabından etdiyi paylaşımda deyilir:

"Əziz bacılar və qardaşlar!

Böyük qürurla sizə bildirirəm ki, bu gün əlamətdar gündür. Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş bizim qədim doğma Şuşa şəhərimizdə “Xarıbülbül” musiqi festivalı dirçəlir. Neçə illik həsrətdən sonra əfsanəvi Cıdır düzündə yenidən Azərbaycan muğamı səslənəcək. Böyük məmnuniyyətlə Qarabağa səfərimizin görüntülərini sizinlə paylaşıram.

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN"

Xatırladaq ki, bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayır. Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə keçiriləcək festival mayın 12-i və 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutacaq.

Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim ediləcək.

Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər var.

Həmçinin oxuyun: 

Bu gün Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayır

İlham ƏIiyev Şuşaya gedib

143
Tokioda Olimpiya Oyunlarının loqosu, arxiv şəkli

Azərbaycanlı hakim Tokio-2020-ni idarə edən hakimlər sırasına daxil edilib

4
(Yenilənib 11:09 12.05.2021)
Məşqçi kimi onun yetirmələri arasında Dünya və Avropa çempionatının, Avropa və İslam Oyunlarının qalib və mükafatçıları var.

BAKI, 12 may - Sputnik. Avropa Karate Federasiyası Hakimlər komissiyasının üzvü Cahangir Babayev Tokio-2020 Yay Olimpiya Oyunlarını idarə edən 15 hakim sırasına daxil edilib.

Azərbaycan Karate Federasiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, beynəlxalq dərəcəli hakimimizin fəaliyyətinə yüksək dəyər verən Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komitəsi bu qərara gəlib.

Azərbaycan Milli Karate Federasiyası Hakimlər Komitəsinin sədri, 5-ci dan qara kəmər sahibi, Əməkdar məşqçi, eləcə də "Qaraqaplan" klubunun baş məşqçilərindən biri Cahangir Babayev 198 dövlətin üzvü olan WKF tərəfindən 2013-cü ildə dünyanın "Ən yaxşı hakimi" seçilib.

O həmçinin son iki İslam Həmrəyliyi Oyunları və Avropa Oyunlarının hakimi olub. Bakıda 1-ci Avropa Oyunlarında məhsuldar fəaliyyətinə görə C.Babayev Azərbaycan Prezidentinin "Fəxri fərmanı" ilə təltif edilib.

Məşqçi kimi onun yetirmələri arasında Dünya və Avropa çempionatının, Avropa və İslam Oyunlarının qalib və mükafatçıları var.

4
Teqlər:
Tokio-2020 Olimpiya Oyunlar

Bayram günü hava necə olacaq?

0
Mayın 13-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

BAKI, 12 may - Sputnik. Mayın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

ETSN-ninMilli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 11-14 isti, gündüz 20-25 isti, Bakıda gecə 12-14 isti, gündüz 23-25 dərəcə isti olacaq.Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.

Mayın 13-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 isti, gündüz 23-28 isti, dağlarda gecə 3-8 isti, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən mayın 13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

0