Ə. F. Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının baş həkimi Azər Xudiyev

Baş həkim çöpçülərə qarşı çıxdı

450
(Yenilənib 14:37 02.11.2016)
Ə. F. Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının baş həkimi Azər Xudiyev bildirib ki, yemək borusunda və tənəffüs yollarında qalan yad cisimlərin çöpçülər tərəfindən çıxarılması qeyri-mümkündür.

“XXI əsrdə yaşamağımıza baxmayaraq, bu gün də çöpçülər fəaliyyət göstərir. Çöpçülərin Azərbaycanda bu qədər geniş yayılması xoşagələn hal deyil. Bəzən valideynlər uşaqlarını çöpçüyə apardıqdan sonra onlarda müəyyən ağırlaşmalar yaranır və uşaqları xəstəxanaya gətirirlər”.

Sputnik-in xəbərinə görə, bu sözləri Ə. F. Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının baş həkimi Azər Xudiyev deyib. O bildirib ki, yemək borusunda və tənəffüs yollarında qalan yad cisimlərin çöpçülər tərəfindən çıxarılması qeyri-mümkündür.

Ay ərzində yemək borusuna yad cisimlərin düşməsi ilə bağlı 10-15 müraciət daxil olduğunu söyləyən A. Xudiyev qeyd edib ki, bu da il ərzində minimum 150 nəfər təşkil edir: “Yemək borusunda və tənəffüs yollarında yad cisimlərin qalması halları bir neçə aylıq uşaqdan, 17-18 yaş arasına qədər olan yeniyetmələrə qədər, müşahidə olunur. Yad cisimlərin orqanizmdən çıxarılması narkoz altında aparılır. Son zamanlar daha çox 20 qəpik udulması halları qeydə alınıb. Belə halda uşaqlar döş qəfəsində narahatlıq hiss edir, yalnız su qəbul edə bilir, digər qidalar isə keçə bilmədiyi üçün qusma baş verir. Müşahidələrim onu deməyə əsas verir ki, zəif nəzarət olunan uşaqlarda belə hallara daha çox rast gəlinir. Novruz bayramı ərəfəsində uşaqların tənəffüs yollarında yad cisimlərin (ceviz, fındıq ləpəsi və qabığı) qalması halları daha çox olur. Bayram günləri olanda işimiz daha da çətinləşir”.

A. Xudiyevin sözlərinə görə, xəstəxanaya müraciət edənlərin yemək borusunda və tənəffüs yollarından yad cisimlər əməliyyat edilmədən, təbii üsulla çıxarılıb: “Nadir hallarda, yəni yad cisim ağciyəri keçib birbaşa toxumaya keçibsə, onda döş cərrahı tərəfindən qabırğaarası kəsik aparılaraq xəstə əməliyyat olunur”.

450
Mövzu:
Xalq təbabətinə marağın artması (5)

Qəbul imtahanları başlayır: 13 14 avqusta təyin olunub

5
(Yenilənib 15:21 07.08.2020)
I-IV ixtisas qrupu üzrə sənəd verən abituriyentlərin blok imtahanları (həmçinin II və III ixtisas qrupu üzrə sənəd verənlərin əlavə xarici dil imtahanları ) tarixləri haqqında növbəti həftə məlumat veriləcək.

BAKI, 7 avqust – Sputnik. Dövlət İmtahan Mərkəzi 13 və 14 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafikini elan edib.

Mərkəzdən Sputnik Azərbaycan-a verilən məlumata görə, imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək. İmtahanlarda kütləviliyin və təmas hallarının qarşısını almaq məqsədilə hər ixtisas qrupu üzrə imtahan aşağıdakı qrafikə uyğun 2 gün ərzində keçiriləcək.

Bu ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun imtahan mərkəzində imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun imtahan mərkəzində imtahan verirlər.

13-14 avqust tarixlərində:

• cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları;

• I-IV ixtisas qrupları üzrə:

– ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

– qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) imtahanları keçiriləcək.

I-IV ixtisas qrupu üzrə sənəd verən abituriyentlərin blok imtahanları (həmçinin II və III ixtisas qrupu üzrə sənəd verənlərin əlavə xarici dil imtahanları ) tarixləri haqqında növbəti həftə məlumat veriləcək.

© Photo : REPORT
Cədvəl

Qeyd edək ki, məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi rayona müvafiq imtahan mərkəzində imtahan verirlər.

 

- Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. 

İmtahan iştirakçısına “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur.

- İmtahana buraxılış vərəqələri imtahandan 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

- Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə hazırlaşan abituriyentlər fənlər üzrə tapşırıq nümunələri ilə “Abituriyent” 1 jurnalında tanış ola bilərlər. Ətraflı məlumat “burada”.

5
Oktaqona ümumi baxış, arxiv şəkli

UFC “DQR bayrağına” görə erməni idmançını cəzalandırdı

1
(Yenilənib 15:05 07.08.2020)
Erməni idmançı qaydaları pozduğuna görə cərimələnib, idmançını rinqə çıxmazdan öncə yoxlamalı olan, 20 il təcrübəyə malik əməkdaşını işindən azad edib

BAKI, 7 avqust – Sputnik. Erməni əsilli amerikalı döyüşçü Edmen Şahbazyan UFC-dəki çıxışı zamanı törətdiyi təxribata görə cəzalanıb.

Sputnik Azərbaycan-ın Apasport.az saytına istinadən məlumatına görə, bunu “Glendale fighting club”un rəhbəri Edmond Tarverdyan açıqlayıb.

Şahbazyanın şəxsi məşqçisi və meneceri olan Tarverdyan Ermənistan mətbuatına bildirib ki, avqustun 2-də ABŞ-ın Las-Veqas şəhərində təşkil olunan “UFC Fight Night 173” turniri çərçivəsində keçirilən döyüş zamanı idmançının öz küncündə qondarma "Dağlıq Qarabağ Respublikası"nın “bayrağ”ını asması cəzasız qalmayıb: “Azərbaycan, Türkiyə və bir sıra digər ölkələrin səfirlikləri bizdən şikayət ediblər ki, Edmen Şahbazyan oktaqona Dağlıq Qarabağ Respublikasının bayrağı ilə çıxıb. UFC rəhbərliyi bizi cərimələyib, idmançını rinqə çıxmazdan öncə yoxlamalı olan, 20 il təcrübəyə malik əməkdaşını işindən azad edib”.

Məşqçi səhv etdiklərini boynuna alıb: “Etiraf edim ki, biz səhv etdik. Müqavilənin bəndinə diqqət yetirməmişdik. Bunun cəzasını çəkməyə hazırıq”.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi yarışda erməni əsilli döyüşçünün Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz rejimin “bayrağını” qaldırması ilə bağlı UFC-yə etiraz məktubu ünvanlayıb. Məktubda qanunsuz qurumun Ermənistanın hərbi təcavüzünün nəticəsindən başqa bir şey olmadığı bildirilib və ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə dəstəyinə dair birmənalı mövqeyi UFC rəhbərliyinin diqqətinə çatdırılıb.

1
ABŞ dollarları, arxiv şəkli

Qarşılayın! Bu da yeni ultramilyarderimiz

0
(Yenilənib 16:01 07.08.2020)
Zukerberqin sərvəti ona məxsus "Instagram" tətbiqində yeni "Reels" servisinin işə salınması fonunda "Facebook" şirkətinin səhmlərinin bahalaşması hesabına artıb

BAKI, 7 avqust — Sputnik. "Facebook" şirkətinin yaradıcısı və rəhbəri Mark Zukerberqin sərvəti ilk dəfə olaraq 100 milyard dolları keçib. Bu barədə Sputnik Azərbaycan "Bloomberg" nəşrinə istinadən xəbər verir.

Bununla da o dünyada yeni ultramilyarder olub. Daha əvvəl ultramilyarder adını "Amazon" şirkətinin rəhbəri Ceff Bezos və "Microsoft" şirkətinin yaradıcısı Bill Qeyts qazanmışdı.

Zukerberqin sərvəti ona məxsus "Instagram" tətbiqində yeni "Reels" servisinin işə salınması fonunda "Facebook" şirkətinin səhmlərinin bahalaşması hesabına artıb. "Reels" funksiyası "TikTok" tətbiqinə bənzəyir.

0