Nizami kinoteatrı

Kinoteatrların dublyaj problemi həllini tapmır

238
(Yenilənib 12:20 27.10.2016)
Niyə Azərbaycan kinoteatrlarında əcnəbi filmlər ana dilimizdə təqdim olunmur?

BAKI, 27 okt — Sputnik. "Azərbaycanda fəaliyyət göstərən kinoteatrlar Azərbaycan dilini saymır, dilə hörmət etmir. Bu, həm qanun pozuntusu, həm də dilin daşıyıcısı olan xalqa hörmətsizlikdir".

Bunu Sputnik-ə açıqlamasında, filologiya üzrə fəlsəfə doktoru Cahid İsmayıloğlu demişdi. O, kinoteatrlarda dil normativlərinə əməl olunmamasının qəbuledilməz olduğunu bildirmişdi.

Bəs, bu problem milli qanunvericiliyimizdə necə tənzimlənir? Hüquqşunas Səməd Vəkilov Sputnik-ə şərhində deyib ki, Azərbaycan Respublikasının "Dövlət dili haqqında" Qanunda xüsusi bir norma yoxdur: "Kinoteatrlar haqqında xüsusi qanun yoxdur. Ona görə kinoteatrlarda xarici dildə filmin nümayişinə qadağa qoyula bilməz. Amma dövlətin apardığı dil siyasətinə uyğun olaraq balans qorunmalıdır, Azərbaycan dilində filmlər daha çox nümayiş olunmalıdır və xarici filmlərin altyazılarla nümayiş olunması mütləqdir".

Qanunvericiliyin kinoteatrlara qazandırdığı imkan bəlli olur. Amma, bir də ədalət tərəfi var. Kinoteatrların doğma dilimizə qarşı bu cür münasibəti nə dərəcədə ədalətlidir?

"Nizami" kinoteatrının mətbuat xidmətinin rəhbəri Arzu Əhədova Sputnik əməkdaşı ilə söhbətində bildirib ki, onlar ilk dəfə, əcnəbi filmlərin tam dublyaj olmasa da, Azərbaycan dilində subtitrla (altyazı) nümayişini təşkil ediblər: "Mədəniyyət və Tuizm Nazirliyinin son qərarlarından biri də odur ki, kinolar kinoteatrlarda, ən azı subtitrlarla verilməlidir. "Nizami" kinoteatrında da xarici filmlərin 80 faizi altyazılarla tamaşaçılara təqdim olunur. Nadir hallarda bizdən asılı olmayaraq, elə filmlər olur ki, onları altyazısız təqdim etmək məcburiyyətində qalırıq".

"Gələcəkdə filmlərin dublyaj olunması nəzərdə tutulur. Dublyaj baha başa gəlir və kinoteatrların da dublyaj studiyaları olmadığından, hələ ki dublyaj etmək mümkün deyil. Amma gələcəkdə bu məsələ reallaşa bilər", — kinoteatr sözçüsü bildirib.

Rus dilində filmə baxanlar
© İllüstrasiya
Rus dilində filmə baxıb nə başa düşdük?

A. Əhədova onu da qeyd edib ki, Avropa istehsalı olan filmləri Ukraynadan rəsmi dillerdən alırlar: "Biz bir neçə dillerlə müqavilə imzalamışıq. Müqaviləyə əsasən, filmlərin altyazılı versiyasını bizə təqdim edirlər və bizim filmlərə hər hansı müdaxilə etmək hüququmuz yoxdur. Azərbaycanda da kino bazarının həcmi böyük olmadığından, dillerlər filmləri dublyaj edib göndərməkdə maraqlı deyil".

Onun sözlərinə görə, əslində kinoteatrların özləri Azərbaycan dilində filmlərin nümayiş etdirilməsində maraqlıdır: "Əhalimizin böyük əksəriyyəti Azərbaycan dilində danışır. Bu baxımdan, biz də istəyərik ki, filmləri öz dilimizdə nümayiş edək. Amma kino mətbəxində bacardığımız, hələ ki altyazılı filmlərin nümayişidir".

"Cinema Plus" LLC-nin PR meneceri Nara Həsənova da Sputnik-ə açıqlamasında, dublyaj məsələsinin onlardan asılı olmadığını deyib: "Filmlərin altyazılarla verilməsi çətin iş deyil. Biz əcnəbi filmləri subtitrlarla alırıq. Çünki, bu, istehsalçının üzərinə düşən öhdəlikdir".

N. Həsənova, həmçinin əlavə edib ki, xarici filmlərin çəkildiyi dildə təqdim olunmasının əsas səbəblərindən biri də ölkəmizə gələn əcnəbi turistlərin sayının artması ilə əlaqədardır.

238
Teqlər:
Nara Həsənova, Arzu Əhədova, dublyaj, tərcümə, Cahid İsmayıloğlu, dil, Səməd Vəkilov, əcnəbi, kino, film, Azərbaycan
Əlaqədar
Azərbaycanda Rusiya kinosu günləri başlandı
Azərbaycan Kazanda keçirilən müsəlman kino festivalında təmsil olunur
İlham Əliyev kino xadimləri ilə bağlı eyni gündə iki sərəncam verdi
Kann festivalının jüriləri kinosevərləri məyus etdilər
Azərbaycan kinosunun onurğa sütunu
Kino tariximizin nadir qəhrəmanlarından - Qaloşlu adam
 Prezident İlham Əliyev, arxiv şəkli

Prezident: Biz informasiya məkanında qələbə qazandıq

0
İlham Əliyev: "Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi müstəvidə qələbə qazandıq. Müharibənin nəticələri mən deyən kimi oldu".

BAKI, 25 noyabr — Sputnik. "Mən Prezident kimi bu illər ərzində əlimdən gələni edirdim ki, Dağlıq Qarabağ məsələsi daim gündəlikdə olsun, özü də daim gündəliyin mərkəzində olsun".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

"Həm ölkə daxilində vətənpərvərlik, milli qürur, həmrəylik hissləri daha da yüksək səviyyəyə qalxsın. Həm beynəlxalq müstəvidə daim bu məsələ gündəlikdə olsun. Hər kəs bilsin, həqiqət nədən ibarətdir, hər kəs bilsin, təcavüzkar kimdir, zərərçəkmiş tərəf kimdir və biz buna nail olduq. İndi dünyada hər kəs bunu bilir. Əgər Vətən müharibəsi dövründə xarici mətbuata diqqət yetirsək, görərik ki, əlbəttə, qərəzli, islamofob, anti-Azərbaycan, ermənipərəst məqalələr və reportajlar üstünlük təşkil edir. Ancaq, eyni zamanda, əvvəlki dövrdən fərqli olaraq bir çox obyektiv, həqiqəti əks etdirən reportajlar, məqalələr də dərc edildi. Deyə bilərəm ki, biz informasiya müharibəsində qələbə qazandıq. Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi müstəvidə qələbə qazandıq. Müharibənin nəticələri mən deyən kimi oldu", - deyə Prezident bildirib.

O qeyd edib ki, ilk günlərdən Qarabağ probleminin hərbi və siyasi yollarla həll edilməli olduğunu deyib:

"Deyirdim ki, biz məsələnin hərbi yollarla həllini hər an dayandıra bilərik və buna hazırıq. Bir şərtlə, Paşinyan şəxsən özü deməlidir ki, nə vaxt o, bizim torpaqlarımızdan çıxır. Öhdəlik götürməlidir, tarix verməlidir. Deməlidir ki, nə vaxt bizim torpaqlarımızdan çıxır. Bu olan kimi, mən bizim hücum əməliyyatlarımızı dayandırıram".

"Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik. Döyüş meydanında düşmənin belini qırdıq. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı. Hələ ki, bilmirəm harada. Bunu gizlədirlər. Yəqin ki, nə vaxtsa bizə deyəcəklər. Paşinyan, harada imzalamısan sən bu kapitulyasiya aktını? Ancaq məcbur olub bizim şərtlərimizi qəbul edib. Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!", - deyə İlham Əliyev əlavə edib.

0
Bakıda parkomat, arxiv şəkli

Parklama probleminin həlli üçün Bakıya beynəlxalq şirkət dəvət edilib

3
BNA nümayəndəsi: Azərbaycana beynəlxalq məsləhətçi şirkət dəvət olunub və o, parklanma məsələlərini təhlil edir.

BAKI, 25 noyabr — Sputnik. Bakı şəhərində avtomobillərin parklanması ilə bağlı baş plan və tarif siyasəti hazırlanacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, bu plan ilk növbədə ictimaiyyətə təqdim olunacaq və daha sonra onun tətbiqinə başlanacaq:

"Hazırda bu istiqamətdə görülən işlər çərçivəsində beynəlxalq məsləhətçi şirkət dəvət olunub, hansı ki, parklanma məsələlərini təhlil edir. Təbii ki, parkanmanın idarə edilməsi ümumiyyətlə şəhər nəqliyyat infrastrukturunun ən vacib amilidir. Çünki bu, həm sahibkarların fəaliyyətinə təsir göstərir, həm də tıxaca təsir edir. Bu gün demək olar ki, Bakı şəhərində parklanma pulsuzdur və ona görə də tıxac problemi mövcuddur".

3
Teqlər:
pullu parklama, parklama, Bakı Nəliyyat Agentliyi, BNA