Bitki toxumlarından rəsm, məişət tullantılarından isə cürəbəcürə əşyalar düzəldir

Bizim tulladığımız əşyalarla o, sarayları bəzəyir

227
(Yenilənib 12:18 27.10.2016)
Yusif Əliyev: "Qəssabdan aldığım inək sümüyünün üzərinə muncuqlardan bəzək vurmaqla suvenir düzəltdim"

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 27 okt — Sputnik. Azərbaycan xalqının memarlıq, habelə təsviri və tətbiqi incəsənətinin çox qədim tarixi var. Hələ eramızdan bir neçə min il əvvəl bu ərazidə yaradılan qayaüstü rəsmlər (Qobustan və Abşeron təsvirləri), daha sonralar Qafqaz Albaniyası dövlətinin ərazisində tikilən möhtəşəm qala divarları, saray və məbədlərin qalıqları buna misaldır.

Memarlıqla yanaşı Azərbaycanın şəhərlərində xalq dekorativ tətbiqi sənəti də yüksək inkişaf dövrü keçib. Müxtəlif materiallardan və texniki vasitələrdən istifadə edən xalq sənətkarları gözəl xalılar, təkəlduz örnəkləri, toxuma parçalar, gil qablar, zərgərlik və misgərlik nümunələri, daş, ağac və metal və sair tətbiqi sənət örnəkləri yaradıblar.

XVIII-XIX əsrlərdə milli dekorativ tətbiqi və miniatür sənətimizin mütərəqqi ənənələri divar rəsmlərində, həmçinin kitab tərtibatında davam etdirilib. XIX əsrin ortalarında Rusiya və Qərbi Avropa ilə mədəni əlaqələrin genişlənməsi ilə əlaqədar olaraq Azərbaycan incəsənətinin müxtəlif sahələrində canlanma baş verir. XX əsrin əvvəlində isə Azərbaycan təsviri sənətində yeni sənət janrlarına — satirik qrafika, illüstrasiya, portret və mənzərə janrlarına meyl artmağa başlayıb.

Günümüzdə də belə sənət növləri ilə məşğul olanlar var, amma barmaqla sayılası qədər. Onların arasında həvəskar rəssamlar və müxtəlif dekorativ sənətkarlıqla məşğul olanlar var.

  • 1949-cu ildə Cəlilabad rayonunda doğulan Yusif Əliyev babasından qalma qədimi sənəti yaşadanlardandır
    1949-cu ildə Cəlilabad rayonunda doğulan Yusif Əliyev babasından qalma qədimi sənəti yaşadanlardandır
    © Sputnik / Rahim Murad
  • Düzəltdiyi bəzək əşyaları insanı valeh edir
    Düzəltdiyi bəzək əşyaları insanı valeh edir
    © Sputnik / Rahim Murad
  • O, gündəlik istifadə edib atılan müxtəlif əşyalardan suvenirlər hazırlayır
    O, gündəlik istifadə edib atılan müxtəlif əşyalardan suvenirlər hazırlayır
    © Sputnik / Rahim Murad
  • Y. Əliyevin bitki toxumlarından yararlanaraq yaratdığı rəsm əsəri
    Y. Əliyevin bitki toxumlarından yararlanaraq yaratdığı rəsm əsəri
    © Sputnik / Rahim Murad
  • Mərhum prezident Heydər Əliyevin və prezident İlham Əliyevin portretləri
    Mərhum prezident Heydər Əliyevin və prezident İlham Əliyevin portretləri
    © Sputnik / Rahim Murad
  • Y. Əliyevin hazırladığı əşyaların rayonda sərgisi də keçirilib
    Y. Əliyevin hazırladığı əşyaların rayonda sərgisi də keçirilib
    © Sputnik / Rahim Murad
1 / 6
© Sputnik / Rahim Murad
1949-cu ildə Cəlilabad rayonunda doğulan Yusif Əliyev babasından qalma qədimi sənəti yaşadanlardandır

1949-cu ildə Cəlilabad rayonunda doğulan Yusif Əliyev babasından qalma qədimi sənəti yaşadanlardandır. O, bu peşəni hobbisi hesab etsə də, düzəltdiyi bəzək əşyaları insanı valeh edir.

"Orta məktəbdə ingilis dili müəllimi işləyirdim, indi təqaüdə çıxmışam. Hələ biz uşaq olanda rəhmətlik babam taxtadan müxtəlif oyuncaqlar, qaşıqlar hazırlayırdı. O da başqa sənət sahibi olub və mənim kimi həvəskar olaraq bu peşə ilə məşğul olub", — deyir usta.

O, gündəlik istifadə edib atılan müxtəlif əşyalardan suvenirlər hazırlayır: "Birdəfəlik üzqırxandan birləşdirmə üsulu ilə samovar təsviri düzəltmişəm, istifadə olunub atılan dezodorant qabı, konserv qutusu və atılan çilçırağın bir fincanını, yapışdırma üsulu ilə masaüstü şamdan, atılan gecə elektrik lampasının altlığında başqa bir şamdan, bundan əlavə qəssabdan aldığım inək sümüyünün üzərinə muncuqlardan bəzək vurmaqla suvenir düzəltdim. Evimizdə işləməyən sərinkeş, oturacaq ayaqları və siyirtmələrdən istifadə etməklə, qədim türk çalğı aləti olan dombra, həmçinin elektrik fənərinin bir hissəsi və qapı dəstəklərindən istifadə edərək milli çalğı alətimiz olan kamança hazırladım".

© Sputnik / / Rahim Zakiroğlu
Əsərləri ilə insanları valeh edən usta

Y. Əliyev bitki toxumlarından yararlanaraq rəsm əsərləri də çəkir: "Burada vəzəri, keşniş, soğan, qarağac kolunun toxumu, yemiş dənəsi və digər tərəvəz və bitkilərin toxumlarından istifadə edib rəsmlər yaradıram. Hazırladığım rəsmlər arasında Nizami Gəncəvinin "Leyli və Məcnun"unda Fitnənin öküzü kürəyinə qaldırması, "Əsli və Kərəm", "Azərbaycan gözəli", "Kamança ifa edən qız"dan hissələr, eləcə də mərhum prezident Heydər Əliyevin və prezident İlham Əliyevin portretləri var. Bundan başqa, muncuqlardan və xırda plastiklərdən ibarət Azərbaycan Respublikasının dövlət gerbi və dövlət bayrağını hazırlamışam".

"Bir rəsm və ya portret 10-17 günə, bəzən isə 25 günə başa gəlir. Bu da işdən asılıdır. Çətin portretlər daha çox vaxt tələb edir", — sənətkar bildirir.

Məlumat üçün qeyd edək ki, Y. Əliyevin hazırladığı əşyaların rayonda sərgisi də keçirilib. Son zamanlar sifarişlərin artdığını deyən ustanın sözlərinə görə, yaratdığı portretlərin qiymətləri 200-500 manat arasında dəyişir.

227
Teqlər:
Yusif Əliyev, zərgərlik, misgərlik, qayaüstü rəsmlər, Cəlilabad, sənət, Qobustan, Abşeron, Azərbaycan
Əlaqədar
Azərbaycanın üç əsrlik həqiqəti bu məkanda qorunur
Ağacları danışdıran adam: o, sonuncu "mogikan"dır...
Çörəyi palçıqdan çıxan adam
Sandıq düzəldən ata və oğul
Müştərisinin geri dönəcəyini 6 il gözləyən usta
Rusları heyran edən azərbaycanlı: bu adam min illik tarixi yaşadır
 Pandemiya zamanı imtahan

DİM imtahanların vaxtını dəyişdi

3
(Yenilənib 10:53 16.06.2021)
İyulun 1-də keçiriləcək imtahanda sıxlığın yaşanmaması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən addım atılıb.

BAKI, 16 iyun — Sputnik. Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 1 iyul 2021-ci il tarixində müxtəlif növ imtahanların keçirilməsi nəzərdə tutulurdu. Bu imtahanlarda iştirak etmək üçün 26 mindən artıq abituriyent qeydiyyatdan keçib. İmtahanlarda iştirakçıların sıxlığının azaldılması məqsədilə Mərkəz tərəfindən bu imtahanların iyulun 1-də və 2-də müxtəlif şəhər və rayonlarda keçirilməsi qərara alınıb.

İyulun 1-də və ya 2-də imtahan keçiriləcək şəhər və rayonların siyahısı yaxın günlərdə elan olunacaq.

Qeyd edək ki, iyulun 1-də və 2-də aşağıdakı imtahanlar keçiriləcək.

- əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

- müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;

- aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı;

- eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

3

Bakı metrosunda gözlənilməz hadisə: Tunelə tüstü doldu

10
(Yenilənib 09:50 16.06.2021)
Bu gün səhər saatlarında paytaxt metropoliteninin stansiyalarından birinin tunelinə tüstü daxil olub.

BAKI, 16 iyun - Sputnik. Metronun "Əhmədli" stansiyası yaxınlığında şaxtada kabelin giriş sahəsində kabel muftasında qısaqapanma baş verib.

"Bakı Metropoliteni"ndən verilən xəbərə görə, elektrik mühafizəsi dərhal işə düşüb, ehtiyat kabel qoşulub. Ventilyatorlar havanın çıxarılması rejiminə qoşulub və tunelə daxil olmuş tüstü çıxarılıb. Sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb, tənzimləmə məqsədilə qatarların hərəkətində iki dəqiqə vaxt sərf olunub.

Metropolitenin iş rejimində dəyişiklik yoxdur.

10