CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda bütün stereotipləri qıran qadın: siz də onu tanıyırsınız

Abunə olmaq
O, şəhəri kişi kolleqalarından yaxşı tanıyır. Kişi müştərilər isə sükan arxasındakı qadına hörmətlə yanaşırlar.

BAKI, 26 okt — Sputnik. Xalidə Babayeva iqtisadi böhranın bütün "gözəllikləri" ilə üz-üzə qalmış tənha anadır. Özünün də etiraf etdiyi kimi, o, hər ay xəcalət çəkmədən yaşamaq və çörək pulu qazanmaq üçün həyəcan keçirir.

Babayevanın Sputnik-ə dediyinə görə, o, 35 yaşlı Bakı sakinidir. Rabitə və Nəqliyyat Kollecini qırmızı diplomla bitirdiyi andan o, bir neçə peşə dəyişməli olub. On il bundan əvvəl baş vermiş boşanmadan sonra, o, həmin vaxt kiçik olan oğlunu təkbaşına böyütməyə başlayıb.

Əvvəlcə orta məktəbdə pedaqoq işləyib və informatika fənnini tədris edib. Vaxt keçdikcə, ondan aşağı siniflərdəki akademik dərs saatlarını alıblar. Nəticədə onun müəllim kimi maaşı aşağı düşüb və o, ixtisar edilib.

© Sputnik / Murad OrujovXalidə Babayeva
Xalidə Babayeva - Sputnik Azərbaycan
1/5
Xalidə Babayeva
© Sputnik / Murad OrujovOn il bundan əvvəl baş vermiş boşanmadan sonra, o, həmin vaxt kiçik olan oğlunu təkbaşına böyütməyə başlayıb
On il bundan əvvəl baş vermiş boşanmadan sonra, o, həmin vaxt kiçik olan oğlunu təkbaşına böyütməyə başlayıb - Sputnik Azərbaycan
2/5
On il bundan əvvəl baş vermiş boşanmadan sonra, o, həmin vaxt kiçik olan oğlunu təkbaşına böyütməyə başlayıb
© Sputnik / Murad OrujovDüşündüm ki, nə edim. Mənim oğlum pullu fakültəyə qəbul olunub. Bir şəkildə bu vəziyyətdən çıxmaq lazımdır
Düşündüm ki, nə edim. Mənim oğlum pullu fakültəyə qəbul olunub. Bir şəkildə bu vəziyyətdən çıxmaq lazımdır - Sputnik Azərbaycan
3/5
Düşündüm ki, nə edim. Mənim oğlum pullu fakültəyə qəbul olunub. Bir şəkildə bu vəziyyətdən çıxmaq lazımdır
© Sputnik / Murad OrujovNəticədə gənc qadın taksi sürücüsü olmaq qərarına gəlib
Nəticədə gənc qadın taksi sürücüsü olmaq qərarına gəlib - Sputnik Azərbaycan
4/5
Nəticədə gənc qadın taksi sürücüsü olmaq qərarına gəlib
© Sputnik / Murad OrujovBabayeva sosial şəbəkədə qadınlar və uşaqlarla işləmək istədiyi barədə elan yerləşdirib
Babayeva sosial şəbəkədə qadınlar və uşaqlarla işləmək istədiyi barədə elan yerləşdirib - Sputnik Azərbaycan
5/5
Babayeva sosial şəbəkədə qadınlar və uşaqlarla işləmək istədiyi barədə elan yerləşdirib
1/5
Xalidə Babayeva
2/5
On il bundan əvvəl baş vermiş boşanmadan sonra, o, həmin vaxt kiçik olan oğlunu təkbaşına böyütməyə başlayıb
3/5
Düşündüm ki, nə edim. Mənim oğlum pullu fakültəyə qəbul olunub. Bir şəkildə bu vəziyyətdən çıxmaq lazımdır
4/5
Nəticədə gənc qadın taksi sürücüsü olmaq qərarına gəlib
5/5
Babayeva sosial şəbəkədə qadınlar və uşaqlarla işləmək istədiyi barədə elan yerləşdirib

Xalidə yeni iş yeri axtarmağa başlayıb. Belə alınıb ki, o, bankda kassir kimi işləməli olub. Sonra Babayeva bir neçə bank dəyişib və arada mühasibatlıq ixtisasına yiyələnməyə də vaxt tapıb. Lakin iki il əvvəl qadın ixtisara düşüb. Elə həmin vaxtdan pulsuz qalıb. Bununla yanaşı onun hər ay ödəməli olduğu borcu da var imiş.

Amma Xalidə ümidsizliyə qapılmayıb: "Düşündüm ki, nə edim. Mənim oğlum pullu fakültəyə qəbul olunub. Bir şəkildə bu vəziyyətdən çıxmaq lazımdır. Başa düşürəm ki, əgər öz ixtisasım üzrə iş olmasa, mən heç yerdə işləyə bilməyəcəm. İndi isə böhrandır, hər yerdə ixtisarlar gedir, iş yerləri yoxdur. Mən isə işləməməyi özümə sığışdırmıram".

Nəticədə gənc qadın taksi sürücüsü olmaq qərarına gəlib, baxmayaraq ki, onun kifayət qədər cəlbedici görünüşü, bizim şəhərdə görməyə alışdığımız taksi sürücüləri stereotipinə uyğun deyil. Babayeva sosial şəbəkədə qadınlar və uşaqlarla işləmək istədiyi barədə elan yerləşdirib. İnternet istifadəçiləri ona daha gəlirli və sərfəli olan Uber proqramı ilə işləməyi məsləhət görüblər. Nəticədə o, bu işi sınaqdan keçirmək qərarında gəlib və özunun dediyinə görə nəticədən razı qalıb.

İndi iş qrafikini özü seçir. Onun qrafiki səhər saat 7-dən başlayır və axşam 8-ə qədər davam edir. Amma əslində heç də hər şey ilk baxışdan göründüyü kimi rəvan deyil. O, hər ay Bakı Nəqliyyat Agentliyini ziyarət edərək lisenziya almalıdır.

"İndi nəqliyyat agentliyindən lisenziya almaq asandır. Əvvəllər bu, mənə ayıb iş kimi görünürdü. Orada çoxlu kişilər olurdu. Taksiçilər bir başqa aləmdirlər. Bir qədər başqa cürdürlər. Onlar qadın görəndə. Nəqliyyat Agentliyinin işçilərinə minnətdaram ki, məni tez yola salırlar. Əlbəttə, kütlə bundan razı qalmır və mən hər ay bu halla qarşılaşmalı oluram", — deyə qadın izah edir.

Bununla belə, valideynləri indiyə qədər qızlarının taksi sürücüsü olduğunu bilmirlər. Ola bilsin, onlar bilsələr, bunun əleyhinə olarlar: "Atam elə bilir ki, mən hansısa firmada işləyirəm. Mən ona demirəm, çünki bilirəm ki, özəl taksidə işlədiyimi ona heç cür izah edə bilməyəcəm. Burada pis heç nə yoxdur. Kişilər də, qadın gözəllik salonlarında işləyirlər də, elə deyil? Amma Azərbaycan cəmiyyətində qadınların kişi işi ilə məşğul olmasına adekvat münasibət bəsləmirlər".

Lakin Babayevanın yaxınları ona etibar edirlər. Hətta "boyfrend"i onun seçimi ilə razılaşıb. O, həmişə Xalidənin yanındadır və özü də taksi sürücüsü işləyir. Yeri gəlmişkən, Babayevanın oğlu da anasının yeni peşəsinin əleyhinə deyil. Gecə vaxtı sifariş gələndə, oğlu da anasını müşayiət edir ki, xoşagəlməz insident olmasın.

Amma Babayeva deyir ki, o, imkan daxilində axşam saat 8-dən sonra olan sifarişləri qəbul etməməyə çalışır. Çünki gecənin bu saatlarında sərxoş müştərilər az olmur. Onlardan bəziləri isə hətta içkili ikən tanış olmağı təklif edirlər. Ona görə də, taksi sürücüsü WhatsApp nömrəsini dəyişməli olub. Amma gündüzlər belə insidentlər olmur. Bir çox kişi müştərilər isə hətta onun işinə hörmətlə yanaşırlar.

Aytən Rəfiyeva - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ölü ilə danışdığını anlayan xilasedici sarsıldı

Babayevanın sözlərinə görə, onun müştəriləri azdır. Adi günlərdə onun 10-a qədər sifarişi olur. Onun maksimal rekordu sutkada 11 saat və 13 reys olub.

Xalidənin müştəriləri arasında turistlər də az olmur. Bu yay o, Rusiya şəhərlərindən olan qonaqlara xidmət edib. Onlar daha çox milli mətbəx olan yerlərə aparmağı xahiş ediblər, Avropa ümumi yeməkləri olan yerləri deyil.

Yeri gəlmişkən, taksi sürücüsü əmindir ki, şəhərdəki bütün yaxşı yerləri tanıyır. Əgər müştəri onu kluba aparmağı xahiş edirsə, o, problemsiz yaxşı vaxt keçirməyin mümkün olduğu yerləri tapır.

Bununla belə, Babayeva yeganə qadın taksi sürücüsü deyil. Bakı Nəqliyyat Agentliyində ona deyiblər ki, lisenziya üçün daha bir neçə qadın da müraciət edir. Onlardan biri hətta hicablıdır.

Bizim qəhrəmanımız isə özü ilə bağlı uzağagedən planlar qurmur və hələlik iş yerini dəyişmək niyyətində deyil. Çünki hələlik onun daha əvvəl bəhs etdiyi bankların hamısı böhranla əlaqədar olaraq bağlanıb.

Xəbər lenti
0