Aranlı kəndindəki 2 saylı tam orta məktəb

Azərbaycanda şagirdlərin günəmuzd işlədilməsi faktı ortaya çıxdı

379
(Yenilənib 12:05 26.10.2016)
Aranlı məktəbliləri "Azərsun" bağlarında nar yığırlar

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

BAKI, 26 okt — Sputnik. İmişlinin Aranlı kəndindəki orta məktəblərdə oxuyan yuxarı sinif şagirdlərinin bəziləri yeni dərs ilində hələ də məktəbə getməyiblər. Onlar "Azersun holding"in Biləsuvardakı "Natural Green Land" kənd təsərrüfatı kompleksindəki bağlarda nar yığırlar. Bu barədə Sputnik-in bölgə müxbirinə yerli mənbə məlumat verib.

"Günəmuzdla işləyən şagirdlərimizin çoxunu məktəbə qaytara bilmişik"

Aranlı kəndindəki 2 saylı tam orta məktəb
© Sputnik / Kamal Almuradlı
Aranlı kəndindəki 2 saylı tam orta məktəb

Bəzi şagirdlərin təhsildən yayınaraq günəmuzd qaydada işləməsi faktını Aranlı kəndindəki 2 saylı tam orta məktəbin direktoru Malik Qəhrəmanlı da təsdiqləyir: "Dərs buraxanlar var, amma bu, kütləvi hal almayıb. Günəmuzdla işləyənlər, əsasən kasıb ailədən olan uşaqlardır".

"Biz ardıcıl bir neçə gün dərs buraxan şagirdlərlə maraqlanırıq, valideynlərinə məsuliyyətini izah edirik. Elə bunun nəticəsidir ki, onların çoxunu məktəbə qaytara bilmişik", — direktor bildirib.

O, məktəb yaşlı uşaqların işə götürülməsi ilə bağlı sözügedən kənd təsərrüfatı kompleksində olduğunu da əlavə edib: "Əvvəllər şəxsən özüm həmin müəssisəyə gedib rəhbərliklə danışmışam. Mənə verilən cavab bu olub ki, tarla və bağlardakı işlər podratçı təşkilata həvalə edilib, işə qəbulu da onlar aparır. Bəzi uşaqlar boy-buxunlu olur və onların məktəb yaşlı olduqları bilinmir".

İmişlinin Aranlı kəndindəki orta məktəblərdə oxuyan yuxarı sinif şagirdlərinin bəziləri yeni dərs ilində hələ də məktəbə getməyiblər
© Sputnik / Kamal Almuradlı
İmişlinin Aranlı kəndindəki orta məktəblərdə oxuyan yuxarı sinif şagirdlərinin bəziləri yeni dərs ilində hələ də məktəbə getməyiblər

"Uşaq işləyərək özünə paltar və ləvazimat pulu qazanıblar"

"Mən şəkər xəstəliyindən əziyyət çəkirəm. Ailə böyükdür, çatdıra bilmirəm. Uşaq bu işə öz istəyilə gedib, onu məcbur etməmişəm. Mənə məktəbdən deyiləndən sonra oğlumdan tələb etdim ki, işdən çıxsın", — 9-cu sinif şagirdi olan Mürsəlin atası Qismət Şirinov belə deyir.

Valideynin sözlərinə görə, dərs ilinə hazırlıqsız olublar: "Dərs başlayanda uşağa nə paltar ala bilmişdik, nə də məktəb ləvazimatları. Bunlar olmadan onu məktəbə necə yola salaydım? Orada gedib günü 7 manata fəhləlik edirdi. Pulunu da çox gecikdirdilər. İndi bazara gedirəm ki, geyim, dəftər-qələm alım".

"Uşaq əməyinin istismarı qadağandır"

Məktəb yaşlı uşaqlar işə qəbul edilə, onlara böyüklərə münasibətdə olduğu kimi eyni həcmdə iş gördürülə bilərmi? Bu sualla müraciət etdiyimiz hüquqşünas Vazeh Zahidov bildirir ki, ölkə qanunvericiliyi uşaq əməyinin istismarını qadağan edir.

"İndi öyrənmək lazımdır ki, bu uşaqlarla əmək münasibəti necə qurulub. Onlar kim tərəfindən, hansı şərtlərlə işə götürülüb. Müqavilə bağlanılmadan işlədilirsə, bunun özü istismar faktıdır", — hüquqşünas deyib.

O, qeyd edib ki, Əmək Məcəlləsinə görə, 15 yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər: "Amma bu, uşağın icbari ümumi orta təhsildən yayındılması hesabına olmamalıdır".

379
Teqlər:
"Natural Green Land", "Azersun holding", Aranlı, məktəbli, dərs, şagird, məktəb, İmişli
Əlaqədar
"Azərbaycan mediası müəllimləri şagirdlərin gözündən salıb"
Min nəfərə yaxın şagird imtahana gəlməyib
Peşə liseylərinin şagirdlərinin buraxılış imtahanlarının nəticələri elan olunub
Təhsil nazirliyi şagirdin döyülməsi faktını araşdırır
Sumqayıtda şagirdini döyən müəllim işdən çıxarılıb
Təhsildən yayınan şagirdlərin valideynləri cərimələnəcək
Göygöldə məktəbdə bədbəxt hadisə baş verib, şagird ağır xəsarət alıb
Şəhidin dəfni

Qırx gün itkin sayılan şəhid dəfn olundu

10
(Yenilənib 11:36 03.12.2020)
Dünən Şabran rayonunun Rəhimli kəndinə İkinci Qarabağ müharibəsində həyatını itirmiş 3-cü şəhid gəlib.

Leyla Abdullayeva,  Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. Dünən Şabran rayonunun Rəhimli kəndinə Vətən müharibəsində həlak olmuş 3-cü şəhid gəlib. 2001-ci il təvəllüdlü Həmzəyev Musa Xalid oğlu Vətən müharibəsində 40 gün idi ki, itkin sayılırdı. Lakin dünən onun şəhid olduğu məlum olub.

  • Həmzəyev Musa
    © Sputnik / Leyla Abdullayeva
  • Şəhidin dəfni
    © Sputnik / Leyla Abdullayeva
  • Şəhidin dəfni
    © Sputnik / Leyla Abdullayeva
1 / 3
© Sputnik / Leyla Abdullayeva
Həmzəyev Musa

Şəhid doğulduğu Şabran rayonunun Rəhimli kəndində torpağa tapşırılıb.

Şəhid Musa Həmzəyev Axıska türküdür.

Allah rəhmət eləsin!

10
Teqlər:
itkin, şəhid, Şabran rayonu
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi

Evi tərk edən COVID-19 xəstələrindən ikisi həyatını itirib

5
Ötən gün tərəfimizdən 27 nəfər müəyyən olunub. Onlardan 25 nəfəri evə qaytarılıb, 20 nəfər barəsində cinayət işi başlayıb. 2 nəfər ağır xəstə isə həyatını itirib.

 

BAKI, 3 dekabr — Sputnik. Dekabrın 2-də ölkə üzrə yaşayış yerini tərk edən 27 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, koronavirusa yoluxan şəxslər məsuliyyətli davranmalı və ətrafdakı insanları nəzərə almalı, digər şəxslərin həyat və sağlamlığına həssas yanaşmalıdır.

"Ötən gün tərəfimizdən 27 nəfər müəyyən olunub. Onlardan 25 nəfəri evə qaytarılıb, 20 nəfər barəsində cinayət işi başlayıb. 2 nəfər ağır xəstə isə həyatını itirib. Pandemiya dövründə aktiv koronavirus xəstələri sosial təcrid, özünü təcrid tədbirlərinə ciddi əməl etməlidir", - məlumatda bildirilib.

5
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb

Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb

3
(Yenilənib 12:25 03.12.2020)
Üçtərəfli bəyanata əsasən, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

BAKI, 3 dekabr — Sputnik. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi xəbər yayıb.

Görüşdə Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə Bəyanatının müddəalarının icrası məsələləri müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi (Laçın şəhəri də bu dəhlizə daxildir) boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

 

3