Aytən Rəfiyeva

Ölü ilə danışdığını anlayan xilasedici sarsıldı

9272
(Yenilənib 10:35 25.10.2016)
FHN-in qadın xilasedicisi: "Kişi anasını girov götürmüşdü. Əlində də qumbara, içəri girəni partladacaqdı..."

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 25 okt — Sputnik. "12 yaşımdan karate ilə məşğul olmuşam. Bu işimi də idmana görə tapmışam", — deyir Aytən Rəfiyeva.

O, Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin gənc əməkdaşlarındandır. 2010-cu ildən burada çalışır.

"2010-cu ildə Avropa Çempionatına hazırlaşırdıq. Müəllimim mənim forma həvəskarı olduğumu bilirdi. Valideynimə zəng edərək, FHN-in xilasedici qız işçilər axtardığını dedi. Atamdan bunu eşidəndə, sanki mənə dünyanı verdilər. Müraciət etdim, normativlər götürüldükdən sonra bir müddət gözlədim. Və o an yetişdi — 2010-cu il dekabrın 22-də mənə zəng gəldi ki, işə qəbul olunmuşam", — Aytən danışır.

Onun ailə həyatı qurmasında da işinin böyük rolu olub. Belə ki, həyat yoldaşı onun həm də iş yoldaşıdır: "3 yaşında bir qızım var. Əvvəllər yoldaşım mütəxəssis mühafizəçi idi. İndi rabitə bölməsindədir. Fəxr edirəm ki, yoldaşımla çiyin-çiyinə xidmət edirəm".

Həmsöhbətimiz işlədiyi bu illər ərzində çox hadisələrə şahid olub: "Yataqxanada yanğın baş vermişdi. İşəridə uşaqların, qadınların səsi gəlirdi. İnanırsınız, biz xidmətə gedəndə öz həyatımızı düşünmürük. O vaxt mən nişanlı idim. İş yoldaşlarım zarafatca deyirdilər ki, "ailə qurmamışdan özünü yandıracaqsan". Əvvəl heç nədən qorxmurdum, amma ana olandan sonra qorxular yarandı. Analıq məzuniyyətindən sonra ilk işim intihar hadisəsi idi. Hansısa hündürmərtəbli obyektin işçisi binanın üzərinə çıxıb intihar etmək istəyirdi. Mən Allaha yalvarırıdım ki, atmasın özünü. Sonra bizim işçilərin, psixoloqların yardımı ilə onu aşağı endirmək mümkün oldu".

Aytən işindən çox razıdır, insanların yardımına yetişmək onu həvəsləndirir: "Gecə çağırış gəldi. Nərimanov metrostansiyası yaxınlığında iki avtomobil toqquşmuşdu və hər iki avtomobildə ancaq gənclər idi. Gənclərin ikisi dünyasını dəyişmişdi. Təcili Yardım həkimləri artıq ölüm diaqnozunu qoyub getmişdilər. Biz cəsədi götürmək istəyəndə cəsəd tərpəndi. Biz təlimlərdə də öyrənmişik ki, cəsədə toxunan zaman son refleks ola bilər. O refleksdən komandir özü həyacanlandı. Yenidən Təcili Yardım çağırdı. Komandir bilirdi ki, o, dünyasını dəyişib, nəbzi yox idi. Amma yenə də həkimi çağırdı ki, ürəyi rahat olsun deyə".

"Bir çağırış gəlmişdi ki, evdən qoxu gəlir. Gecə ilə getdik evə. Fanarla baxırıq ki, ayaq altında heç nə qalmasın. Birdən nəsə toxundu. Fanarı yuxarı qaldıranda bir kişinin özünü asdığını gördük. Çox həyacanlı hadisə idi", — deyir Aytən.

  • Aytən Rəfiyeva
    FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Aytən Rəfiyeva
    © Sputnik / Irade JELIL
  • Aytən Rəfiyeva həyat yoldaşı ilə
    Aytən xanımın həyat yoldaşı həm də onun iş yoldaşıdır
    © Sputnik / Irade JELIL
  • Aytən Rəfiyeva
    Aytən Rəfiyeva iş yoldaşı ilə
    © Sputnik / Irade JELIL
  • Aytən Rəfiyeva
    Aytən xanım işindən çox razıdır, insanların yardımına yetişmək onu həvəsləndirir
    © Sputnik / Irade JELIL
  • Aytən Rəfiyeva
    Aytən Rəfiyeva həm də peşəkar idmançıdır – karate üzrə Birinci Dan qara kəmər sahibidir
    © Sputnik / Irade JELIL
1 / 5
© Sputnik / Irade JELIL
FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Aytən Rəfiyeva

O, başına gələn növbəti hadisəni nəql edir: "Bir dəfə çağırış gəldi ki, qonşuda səs-küy var. Getdik, müharibə veteranı bir kişi anasını girov götürmüşdü. Deməli, o, illərlə anasına baxmışdı. İndi kənardan bacı-qardaş çıxıb, evi satıb bölmək istəyirdilər. Kişi də evin satılmasına razı deyilmiş. Əlində qumbara, hazır dayanmışdı ki, kimsə girsə, partlatsın. Polisin "qapını aç" çağırışına kişi "açsanız, partladacağam" cavabını verirdi. Biz binanı boşaltdıq və evə arxa pəncərədən daxil olduq. Böyük risk idi, amma kişini tuta bildik".

Bəhruz Babayev (mərkəzdə) neftçi yoldaşları ilə
© Photo : B.Babayevin şəxsi arxivindən

Daha bir hadisə: "Gecə saatlarında bağlı qapı çağırışı gəlmişdi. Uşaqlar pəncərədən daxil olub, görüblər ki, evdə qız var. Başlayıblar yavaş-yavaş yanına getməyə. Çalışırlarmış ki, yaxına gedib görsünlər niyə qapını açmır. Xilasedici soruşurmuş ki, "axı problem nədir, qapını niyə bağlamısan, niyə açmırsan?". 10 dəqiqə danışıb onunla. Sonda qıza toxunub, fənəri üzünə salıb və qızın özünü asdığını görüb. Həmin xilasedici böyük sarsıntı keçirmişdi".

Bir dəfə intiharla bağlı çağırış gəlir: "İmkanlı ailənin övladı idi. Binanın damına çıxıb özünü atmaq istəyirdi. Soruşduq, "niyə intihar etmək istəyirsən". Dedi "anamı çağırın, əgər o, mənim üçün ağlasa, intihar etməyəcəm, əgər ağlamasa, atacağam özümü". Onu güclə sakitləşdirib aşağı düşürə bildik".

"Bir müddət əvvəl Ailə Sağlamlıq Mərkəzində liftlə bağlı baş verən hadisə, yəqin ki, yadınızdadır. Çağırış gəlmişdi. Deməli, qız telefonla oynaya-oynaya lifti çağırıb. Sən demə, problem olduğu üçün kabinə gəlməyibmiş. Liftə baxmadan daxil olan qız düşmüşdü şaxtaya. Qızın çox əziyi, qırığı vardı. Tibb işçisi ora düşməkdən imtina etdi. Biz özümüz ora düşdük, ağrıkəsici vurduq, qızı çıxardıq", — müsahibimiz nəql edir.

Qeyd: A. Rəfiyeva 1991-ci ildə Bakıda anadan olub. Bakı Biznes Universitetini bitirib. Ailəlidir, bir qızı var. 14 ildir peşəkar karate ilə məşğul olur. Yığma komandanın üzvüdür. Karate üzrə Dünya Çempionatında III yeri tutub. Dəfələrlə Respublika çempionatlarının və beynəlxalq turnirlərin qalibi olub. Birinci Dan Qara kəmər sahibidir.

9272
Teqlər:
Aytən Rəfiyeva, xilasedici, karate, FHN, Xüsusi Riskli Xilasetmə Xidməti, Fövqəladə Hallar Nazirliyi
Əlaqədar
Daha bir köməksiz adam xilas edildi
Riskli Xilasetmə Xidməti hərəkətə keçdi
Çarəsiz durumda qalan şəxs xilas edildi
FHN köməksiz adamı xilas etdi
Bağlı qapılar arxasındakı adam xilas edildi
Moskvada dəhşətli yanğın: 8 xilasedici həyatını itirib
Heydər Əliyev Sarayı, arxiv şəkli

Heydər Əliyev Sarayı "Tarixi səhnə" adlı yeni layihəyə start verib

3
Layihə çərçivəsində 50 ilə yaxın ömrünü tarixi səhnəyə - Heydər Əliyev Sarayına həsr edən, peşəkar və fədakar fəaliyyət göstərən əməkdaşların da çəkilişi nəzərdə tutulub.

 

BAKI, 19 yanvar — Sputnik. Heydər Əliyev Sarayı "Tarixi səhnə" adlı yeni layihəyə start verib.

Sputnik Azərbaycan xəbər verir ki, "Tarixi səhnə" layihəsi 1972-ci ildən tamaşaçıların ixtiyarına verilən, paytaxtımızın memarlıq simasında xüsusi yeri olan, Azərbaycan mədəniyyəti və incəsənətinin uzun illər nümayiş olunduğu, möhtəşəmliyi ilə seçilən, ictimai-siyasi, mədəni kütləvi tədbirlərə ev sahibliyi edən, önəmli hadisələri, tədbirləri səhnəsindən geniş tamaşaçı kütləsinə çatdıran ümummilli liderimizin adını daşıyan Heydər Əliyev Sarayına həsr olunub.

Sarayın direktoru Ramil Qasımovun ideya müəllifi olduğu layihənin hazırlanmasının əsas məqsədi Heydər Əliyev Sarayının Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığındakı xüsusi rolunu, müstəsna əhəmiyyətini və maraqlı xatirələrin geniş kütləyə çatdırılmasıdır.

Eyni zamanda, layihə çərçivəsində 50 ilə yaxın ömrünü tarixi səhnəyə - Heydər Əliyev Sarayına həsr edən, peşəkar və fədakar fəaliyyət göstərən əməkdaşların da çəkilişi nəzərdə tutulub.

Qeyd edək ki, 2022-ci ildə Heydər Əliyev Sarayının fəaliyyətə başlamasının 50 illiyi tamam olacaq. Layihə cari il və gələn il ərzində davam etdiriləcək. Bundan əlavə, "Tarixi səhnə" adlı festivalın və "Tarixi səhnə" filminin çəkilməsi nəzərdə tutulub.

3

Bölgələrdə qar, Bakıda sulu qar yağıb - FAKTİKİ HAVA

16
Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.

BAKI, 19 yanvar - Sputnik. Ölkə ərazisindəki faktiki hava barədə məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Oğuz, Qəbələ, Şəki, Mərəzə, Altıağac, İsmayıllı, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.

Sumqayıt, Maştağa, Binə, Pirallahı, Tərtər, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsuda yağış müşahidə olunub.

16

İlham Əliyev: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar"

17
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib.

BAKI, 20 yanvar - Sputnik. Prezident İlham Əliyevin "Facebook" səhifəsində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar paylaşım edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, paylaşımda deyilir: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar".

17