CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Altı min vətəndaşın arzusu çin oldu

Abunə olmaq
Artıq onlar qızıl kimi vaxtlarını yollarda, qazanclarını isə avtomobil təmirində itirməyəcəklər

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 24 okt — Sputnik. Artıq, Qazax rayonunun Kosalar və Canallı kəndələrinin sakinləri, düzəlməsinə heç vaxt ümid etmədikləri yoldan doya-doya istifadə edirlər. Bu o yoldur ki, tarixi ərzində yalnız bir dəfə — sovetlər dönəmində soyuq asfaltla üzlənib. Və uzun illərdir, hərəkətin mümkünsüzlüyünə baxmayaraq, alternativ yol olmadığından, əhali məcburən buradan istifadə edib.

Düzdür, ara-sıra əhalinin yığdığı vəsait, bəzən də aidiyyəti qurumların təşəbbüsü ilə, yola xüsusi texnika salınaraq hamarlaşdırılıb. Lakin bu halda, ən geci birinci yağış yağana qədər yol öz hamarlığını saxlaya bilib.

Və hər iki kəndin sakinlərinin, bəlkə də ən böyük arzuları həyata keçdi. Azərbaycan Respublikası Prezidentinin sərəncamı, rayon rəhbərliyinin səyi nəticəsində, "Azəravtoyol" ASC tərəfindən Kosalar və Canallı kəndlərini rayon mərkəzi ilə birləşdirən yeganə yol əsaslı təmir olunaraq əhalinin istifadəsinə verildi.

Yolun istifadəyə verilməsini hər iki kəndin sakinləri həyatlarında sevindirici bir hadisə kimi dilə gətirirlər. Sputnik əməkdaşının söhbətləşdiyi Kosalar sakinləri, görülən işlərə görə prezident İlham Əliyevə, rayonun icra başçısı Rəcəb Babaşova, ümumilikdə isə bu yolun düzəlməsində əməyi keçən hər kəsə öz minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, sözügedən yolun açılışını prezident İlham Əliyev edib.

Xəbər lenti
0