CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MTN-in qurbanı olmuş biznesmen həqiqətləri ortaya çıxardı

© Photo : State Security Service of the Republic of AzerbaijanKeçmiş Milli Təhlükəsizlik Nazirliyi
Keçmiş Milli Təhlükəsizlik Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
İş adamı keçmiş nazirlik əməkdaşları ilə yanaşı, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin fırıldaqları ilə üzləşdiyini deyir

BAKI, 24 okt — Sputnik. Məşhur iş adamı Maqsud Mahmudov sabiq Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş əməkdaşlarının qanunsuz fəaliyyətləri nəticəsində itirdiyi mülkiyyətini bərpa etməyə hazırlaşır. Bu dəfə o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbərliyinə, onun avtomobilini geri qaytarmaqdan imtina edən müstəntiq barədə şikayət edib. Bu barədə Sputnik-ə Mahmudov özü danışıb.

© Photo : M.Mahmudovun şəxsi arxivindənSahibkar Maqsud Mahmudov
Sahibkar Maqsud Mahmudov - Sputnik Azərbaycan
Sahibkar Maqsud Mahmudov

Məhkəmə müstəntiqə maşını sahibinə geri qaytarmağı həvalə edib

Zərgərlik və tikinti sahəsi ilə məşğul olan biznesmenin sözlərinə görə, sentyabr ayında Nərimanov rayon məhkəməsi DTX-nın müstəntiqi Cavid Quluzadənin Mahmudova, 90 ZD 650 dövlət nömrə nişanlı "Mercedes" markalı maşını geri qaytarması və maşına verilən etibarnamənin qüvvədən düşməsi barədə qərar qəbul edib. Baxmayaraq ki, məhkəmə qərarının verilməsindən 1 ay keçib, amma Quluzadə maşını geri qaytarmayıb və məhkəminin qərarından şikayət verməyib.

Milli Təhlükəsizlik Nazirliyi - Sputnik Azərbaycan
CƏMİYYƏT
“MTN işi” ilə bağlı 65 nəfər zərər çəkmiş şəxs qismində tanınıb

Qeyd edək ki, AR Mülki Prosessual Məcəlləsinə görə, birinci instansiya məhkəməsinin qərarından şikayət bir ay müddətində verilə bilər. Xatırladaq ki, oktyabrın 16-dan 17-nə keçən gecə Mahmudovun iki bahalı avtomobilini zədələyiblər.

Parlament prospektində naməlum şəxslər, 90 ZZ 650 dövlət nömrə nişanlı "Lexus" markalı maşının şüşələrini qıraraq oradan 10 min manat pul, bir cüt qızıl üzük və paltar oğurlayıblar. Elə həmin gecə Ağayev küçəsində cinayətkar "Toyota Prado"nun salonundan pul, ətir və paltar oğurlayıb.

© Photo : M.Mahmudovun şəxsi arxiviMaqsud Mahmudovun lüks avtomobilləri
Maqsud Mahmudovun lüks avtomobilləri - Sputnik Azərbaycan
Maqsud Mahmudovun lüks avtomobilləri

Yasamal Rayon Polis İdarəsi qeyd edib ki, qarət faktı ilə bağlı cinayət işi açılıb. Hələlik heç kim saxlanılmayıb. Bununla belə Mahmudov bəyan edib ki, təbii olaraq o, yalnız Quluzadədən şübhələnir, çünki onun başqa şəxslərlə münaqişəsi yoxdur. Elə buna görə də, məsələ məhkəmədə həll olunandan bir həftə sonra onun uğursuzluqları başlayıb. Bu isə müəyyən fikirlərə yol açır.

"Əvvəlcə mənim zərgərlik dükanımın şüşələrini qırdılar, amma mən bununla bağlı polisə şikayət etmədim. Bundan bir həftə sonra avtomobillərimi zədələdilər. Mən bunu kimin etdiyini deyə bilmərəm, bu işin araşdırılması ilə polis məşğul olur, amma bəzi şübhələrim var", — deyə biznesmen bildirib.

On gün əvvəl Mahmudovu DTX-da qəbul ediblər. Biznesmen faktla bağlı ərizə yazıb. Mahmudovun işlə bağlı bütün vəziyyəti izah etdiyi idarənin müstəntiqi deyib ki, onlar bununla bağlı müvafiq tədbirləri görəcəklər.

© Photo : M.Mahmudovun şəxsi arxiviQarət edilmiş Lexus markalı avtomobil
Qarət edilmiş Lexus markalı avtomobil - Sputnik Azərbaycan
Qarət edilmiş Lexus markalı avtomobil

Öz növbəsində, DTX-nın ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik-ə bildiriblər ki, əgər Mahmudova tədbir görüləcəyi barədə söz verilibsə, deməli tədbirlər görüləcək.

Qeyd edək ki, Mahmudovun adı 20 dekabr 2015-ci il tarixində 1 saylı Bakı İstintaq Təcridxanasında özünü asmış, MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyevlə də hallanır. Bu işin istintaqı hələ indiyə qədər Baş Prokurorluqda başa çatdırılmayıb. Mahmudov bu işin zərərçəkmişlərindən biri hesab olunur.

Baş Prokurorluq - Sputnik Azərbaycan
HADİSƏ
Baş Prokurorluqdan "MTN işi" ilə bağlı mühüm açıqlama

Məlumdur ki, MTN-nin sabiq əməkdaşı hədə-qorxu yolu ilə bir gecəyə ona, akademik Həsən Əliyev küçəsində yerləşən "Oboy evi"ni 120 min dollara satdırıb. Halbuki, iş adamı o obyekti 650 min dollara alıbmış. İlqar Əliyev və onunla əlbir olan şəxslər iş adamından 250 min dollar tələb ediblər. Bu, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasından, təqribən bir ay əvvəl baş verib.

Hər şey Bank Technique-dən başlayıb

2015-ci ildə Mahmudov 40 kq qızıl, ev, bağ evi və obyektini girov qoyaraq Bank Technique-dən 1,5 milyon dollar kredit götürüb. Müqaviləyə görə, Mahmudov bu krediti 2020-ci ilə qədər ödəməli idi. İş adamı kredit üzrə öhdəliklərini düzgün və qanuni bir şəkildə yerinə yetirməyə başlayıb. Lakin üstündən dörd ay keçəndən sonra bankdan ona deyiblər ki, əgər o, kreditləri bağlamasa, girov qoyduğu bütün əşyaları itirəcək.

© Photo : M.Mahmudovun şəxsi arxiviÖdəmə tapşırıqları
Ödəmə tapşırıqları - Sputnik Azərbaycan
Ödəmə tapşırıqları

"Bank Technique-in ikinci rəhbər şəxsi Cəmil Hacıyev, bu günlərdə 15 il müddətinə azadlıqdan məhrum edilmiş Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin qardaşı oğlu olub. Mən onun vasitəsilə krediti rəsmiləşdirmişdim. Məni qorxutdular ki, bütün əmlakım MTN-in əməkdaşları tərəfindən əlimdən alınacaq. Onlar krediti dərhal bağlamaq üçün mənə əmlakımı təcili satmağı təklif etdilər. Çünki əlimdə pul yox idi. Və onlar mənim evim xaric, bütün əmlakımı dəyər-dəyməzinə öz adamlarına satdılar. Krediti tam bağlamaq üçün 40 min dollar çatmadı və mənə dedilər ki, Cavid Quluzadə guya bu pulları verib və beləliklə, kredit bağlanıb. Mən "Mercedes" markalı həmin maşını Quluzadəyə verdim. Mənim maşınım onun əlinə belə düşüb. Sonradan məlum oldu ki, məni aldadıblar. Kredit bağlanmayıb və mən evimi qaytarmaq üçün o pulları da ödəməli oldum. Amma qalan bütün əmlakımı itirdim. Elə həmin vaxt mənə rəhmətlik İlqar Əliyev tərəfindən təzyiqlər başladı. Beləliklə, mənə dəymiş zərər 10 milyon manat təşkil edir", — deyə biznesmen bildirib.

Bu arada bank işçilərinin qeyri-qanuni hərəkətlərinin maraqlı detalları da üzə çıxıb. Mahmudov Bank Technique-dən götürdüyü kreditləri ödəyərkən, məlum olub ki, onun ödədiyi pullar ona tanış olmayan müxtəlif adamların hesablarına oturdulub. Bir halda 42 min manat Cahangir Əliyevin, digər halda 21 min manat Ramiz Abbasovun hesabına yatırılıb.

© © Skanerdən keçirilmiş sənədBakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qətnaməsi
Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qətnaməsi - Sputnik Azərbaycan
Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qətnaməsi

"Deməli, mən borcumu ödəyən zaman, pullar ayrı-ayrı adamların — Beynəlxalq Bankın sabiq rəhbərinin qohumlarının hesabına köçürülüb. Bu bank fırıldaqları Cəmil Hacıyevin, hətta mən şübhələnirəm ki, Cahangir Hacıyevin özünün əli ilə baş verib", — deyə Mahmudov bildirib.

Biznesmen onun sözlərini təsdiq edən qəbzləri də təqdim edib. Mahmudov qeyd edib ki, bu epizodlar üzrə hazırda istintaq gedir.

Xəbər lenti
0