Qəzaya uğramış Ford mikroavtobusu

Ölünün avtomobili polis şöbəsinin həyətindən "yoxa çıxıb"

395
(Yenilənib 10:35 21.10.2016)
İmişli polisi: "Cinayət işi başlanılıb, istintaq gedib. İndi də zəruri əməliyyat tədbirləri davam etdirilir"

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

BAKI, 21 okt — Sputnik. 2015-ci ilin oktyabrın 23-də Hacıqabul-Horadiz avtomobil yolunun İmişli rayonunun Xəlfəli kəndindən keçən hissəsində dəhşətli yol qəzası baş verib. "Mersedes-Benz" markalı avtomobil, yolun digər hərəkət zolağı ilə qarşı tərəfdən gələn "Ford" markalı mikroavtobusa çırpılıb. Nəticədə hər iki avtomobilin sürücüsü hadisə yerində ölüb, mikroavtobusda olan sərnişinlərin bir neçəsi müxtəlif formada xəsarətlər alıb.

Baş vermiş hadisə ilə bağlı elə həmin gün İmişli rayon prokurorluğu tərəfindən cinayət işi açılıb. İstintaq araşdırması zamanı müəyyən edilib ki, "Mersedes"in sürücüsü, İmişli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Musayev Rabil İznulla oğlu avtomobili sürücülük hüququ olmadan, müəyyən edilmiş həddən yüksək sürətlə idarə edibmiş. Qəza həmin avtomobil üzərində idarəetmənin itirilməsi səbəbindən baş verib. Lakin həmin şəxsin özü də öldüyü üçün cinayət işinə xitam verilib.

İşdən iş çıxıb

Yol qəzası ilə bağlı cinayət işinin istintaqı zamanı ortaya biabırçı fakt çıxdığından, İmişli Rayon Prokurorluğu yeni cinayət işi açmağa məcbur olub. Belə ki, qəzaya düşmüş avtomobillər elə həmin gün İmişli Rayon Polis Şöbəsinin həyətinə gətirilib, üstündən bir müddət keçəndən sonra isə onlar yoxa çıxıb. Uzun axtarışdan sonra əzilmiş maşınlardan biri, daha doğrusu, onun qalıqları zibillikdən tapılıb.

Mərhum Məhəmməd Vəliyevin qardaşı Elşən
© Sputnik / Kamal Almuradlı
Mərhum Məhəmməd Vəliyevin qardaşı Elşən

Qəza nəticəsində ölən "Ford" mikroavtobusunun sürücüsü Məhəmməd Vəliyevin qardaşı, Beyləqan şəhərinin Akif Cavadov küçəsindəki 19 saylı evdə yaşayan Elşən Vəliyev Sputnik-ə bildirib ki, əzilmiş maşını İmişli RPŞ-nin həyətindən götürmək üçün bir neçə dəfə prokurorluğa müraciət ediblər: "Hər belə müraciətimizə cinayət işini aparan müstəntiq Oruc Hümbətzadə cavab verirdi ki, ekspertiza rəy verənə, zəruri istintaq hərəkətləri başa çatana qədər gözləyin. Qəza zamanı avtomobildə olmuş sərnişinlər sonradan öz şəxsi əşyalarını da çətinliklə götürdülər. Çünki maşının qapıları prokurorluq tərəfindən möhürlənmişdi".

Elə ki, təhvil alma məqamı gəlir, əzilmiş avtomobil polis idarəsinin həyətində tapılmır: "Müstəntiqin və prokurorun polis rəsmiləri ilə uzun-uzadı danışığından sonra bizə "Ford"un qalıqları rayon mərkəzinin hüdudlarından kənarda yerləşən zibilxanada göstərildi. Maşın polis idarəsindən birbaşa ora aparılmayıb, bizə göstərməzdən əvvəl haradansa gətirib qoymuşdular".

Polis şöbəsi prokurorluğun sorğusunu cavablandırmayıb

İstintaq araşdırması ilə müəyyən edilib ki, qəzaya düşən mikroavtobusun üzərindən qapılar, təkərlər, akkumulyator, qoruyucu qutu, səsboğucu katalizator, arxa qapının kilid sistemi, qaldırıcı qurğu, səsgücləndirici, salondakı üzlüklər, şüşələr, açar dəzgahı çantası və digər istifadəyə yararlı olan əşyalar götürülüb. Rayon Prokurorluğu bildirir ki, avtomobillər polis idarəsinin həyətindən onların xəbəri olmadan, polis əməkdaşları tərəfindən götürülərək, İmişli şəhərinin Xiyabani küçəsinə, Şirə Zavodunun yaxınlığına aparılıb və burada mühafizəsi təmin edilmədən saxlanılıb.

"Həmin avtomobillərin nə vaxt, kimin göstərişi və kimlər tərəfindən polis şöbəsinin həyətindən çıxarılması və aparılmasının məqsədi ilə bağlı göndərdiyimiz sorğulara İmişli RPŞ cavab verməyib. Fakta görə 10.08.2016-cı il tarixdə CM-in 177.1-ci maddəsi ilə cinayət işi açılaraq aidiyyatı üzrə İmişli RPŞ-nin istintaq bölməsinə göndərilib", — prokurorluğun iş üzrə açıqlamasında bildirilir.

Mərhum Məhəmməd Vəliyev
© Sputnik / Kamal Almuradlı
Mərhum Məhəmməd Vəliyev

E. Vəliyev iddia edir ki, sıravi polis əməkdaşları polis idarəsinin, kənarları daş hasarlı, mühafizə və müşahidə altında olan həyətindən avtomobili öz təşəbbüsü ilə çıxara, yaxud onu oğurlaya bilməzdi, buna ya şöbə, ya da bölmə rəisi göstəriş verib: "Yəqin ki, bunu prokurorluqda da bilməmiş deyillər. Avqust ayında formal olaraq cinayət işi açılıb. Amma istintaqın aparılması elə polisə həvalə edilib. Əgər prokurorluq sorğusuna cavab ala bilmirsə, istintaqa nəzarəti necə həyata keçirir?".

"Bizi yola verirlər"

Mərhum Məhəmməd Vəliyevin oğlu Elçin Vəliyev bildirir ki, davamlı olaraq şikayət edəndən sonra polis rəsmiləri tərəfindən onlara 500 manat təklif olunub, bundan imtina ediblər. Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə ünvanladıqları şikayətləri "araşdırılıb tədbir görülməsi və nəticəsi barədə vətəndaşa cavab verilməsi üçün" yerli prokurorluq və pois orqanlarına göndərilir, buradan isə onlara cavab verilmir.

"Son vaxtlar nə yazılı müraciətimizə cavab verilir, nə də bizi qəbul edib bir söz deyən olur. İstintaqdan heç bir xəbər yoxdur. Qalmışıq Beyləqan-İmişli yolunda. Bax beləcə bizi yola verirlər", — mərhumun oğlu bildirir.

Polis hələ də əməliyyat aparır

Sputnik-in məsələ ilə əlaqədar İmişli Rayon Polis Şöbəsinə ünvanlandığı sorğunu istintaq bölməsinin rəisi Elnur Məmmədov çox qısa şəkildə cavablandırdı: "Cinayət işi başlanılıb, istintaq gedib. İndi də zəruri əməliyyat tədbirləri davam etdirilir".

395
Teqlər:
Elnur Məmmədov, Elçin Vəliyev, İmişli Rayon Prokurorluğu, Elşən Vəliyev, Məhəmməd Vəliyev, Musayev Rabil İznulla oğlu, İmişli Rayon Polis Şöbəsi, "Ford", "Mersedes-Benz", Xəlfəli kəndi, Hacıqabul-Horadiz avtomobil yolu, İmişli, qəza
Əlaqədar
Bu ölkə robot-polis sisteminə keçir
Polis əməkdaşı ehtiyatsızlıqdan özünü güllələdi
Türkiyədə 166 polis həbs olundu
Keçmiş polis namus üstündə öldürüldü
ABŞ polisi qaradərili vətəndaşı güllələdi, şəhər qarışdı
Yol polisi qəzaların artma səbəblərinə aydınlıq gətirdi
İş adamı, arxiv şəkli

Sahibkarlara koronavirusla bağlı xəbərdarlıq

1
(Yenilənib 21:38 26.01.2021)
Sahibkarlara koronavirusa görə xəbərdarlıq edən agentlik sıravi vətəndaşları da sayıq olmağa səsləyib. Onlar 1003 çağrı mərkəzinə şikayət edə bilrlər

BAKI, 26 yanvar — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasına qarşı effektiv mübarizə tədbirlərinin təmin olunması ilə bağlı sahibkarlara müraciət edib. Sputnik Azərbaycan-ın məlumatına görə, müraciətdə bildirilir ki, sahibkarlar xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməli, ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamalıdırlar.

İctimai iaşə müəssisələrində virusun yayılmasının qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara mütləq əməl edilməlidir. Belə ki, insanların sıx toplaşdığı mühit infeksiyanın yayılma intensivliyinə birbaşa təsir etdiyindən COVID-19-un profilaktikası məqsədilə hər bir ictimai iaşə müəssisəsində müştəri qəbulu 2 dəfə azaldılmalı, hər adambaşına müəyyən edilən sahə isə 2 qat artırılmalıdır.

Həmçinin qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır. İctimai iaşə müəssisələrində mütəmadi dezinfeksiya işləri aparılmalı, hər bir masada dezinfeksiyaedici məhlulların yerləşdirilməsi təmin olunmalıdır. Qida qəbulu zallarında, otaqlarda və açıq məkanlarda sərinkeşlərdən (ventilyatorlardan) istifadə olunmamalı, təmizlik-dezinfeksiya işləri iş saatı ərzində əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməlidir. Müəssisə təmizlik vasitələri, dezinfeksiyaedici maddələr, axar isti və soyuq su təchizatı ilə daimi olaraq təmin edilməlidir. Sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlanması əsas şərtlərdəndir.

İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onlar dəyişəkli, təmiz iş geyimi, gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələr və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar. Həmçinin kafe və restoranlarda məhsulların, mətbəxdə istifadə olunan əşya və avadanlıqların istifadədən əvvəl təmizliyinə diqqət edilməli, yeməklər hazırlanarkən termiki emala düzgün əməl olunmalıdır.

Agentlik sahibkarları mövcud qaydalara əməl etməyə, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin artırılması istiqamətində səylərini gücləndirməyə çağırır. Vətəndaşlardan ictimai iaşə müəssisələrində qaydalara əməl edilmədiyi halları ilə rastlaşdıqda bu barədə Agentliyin 1003-Çağrı Mərkəzinə zəng edib məlumat vermələri xahiş olunur.

1
Teqlər:
AQTA, xəbərdarlıq, Koronavirus, epidemiya, COVID-19, sahibkar
Kişi kabab bişirir, arxiv şəkli

İki manatından keç, piknikini elə

10
(Yenilənib 20:44 26.01.2021)
Piknik etmək üçün yer axtarmaq indən belə çətin olmamalıdır. Nazirlik rəsmisinin sözlərinə görə, milli parklarda piknikə icazə var

BAKI, 26 yanvar — Sputnik. "Milli parklarda piknik etmək olar, bunun üçün parklarda turist marşrutları üzrə piknik nöqtələri də yaradılıb".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ETSN Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev "Ekspert saatı"nda deyib.

Onun sözlərinə görə, piknik nöqtələrinin sayı milli parklarda keçən ilə nisbətən daha da artırılıb: "Nazirlər Kabineti tərəfindən milli parklara giriş qiyməti 2 manat müəyyən edilib. Bu vəsait hər bir mili parkın xüsusi fondunda toplanır və parkın imkanlarının yaxşılaşdırılmasına sərf edilir".

10
Teqlər:
icazə, milli park, piknik