Bakı Kart

Bakıda ödəmə terminalları sıradan çıxdı

210
(Yenilənib 12:24 21.10.2016)
Dayanacaqlarda kartlarına gedişhaqqı yükləyə bilməyən vətəndaşlar çarəsiz durumda qalıblar

BAKI, 19 okt — Sputnik. Bu günlərdə yağan aramsız yağış, paytaxtda nəqliyyatın hərəkətində ciddi problemlər meydana çıxarıb. O cümlədən, ictimai nəqliyyatda gedişhaqqı yüklənməsi üçün, dayanacaqlarda quraşdırılan ödəmə terminallarının fəaliyyətində də nasazlıqlar yaranıb.

Sputnik əməkdaşının apardığı müşahidələr, şəhərdəki bir çox dayanacaqlarda "Milliön" aparatlarının işləmədiyini ortaya çıxarıb. Xüsusilə, yağışların intensivləşdiyi günlərdə sərnişinlər kartlarının balansına pul yatıra bilmədikləri üçün çıxılmaz vəziyyətdə qalıblar.

Problemin qurbanına çevrilən vətəndaşlar, avtobus sürücülərindən, həmçinin digər insanlardan yardım istəmək məcburiyyəti ilə üzləşiblər. Yardım ala bilməyənlər isə, öz narazılıqlarını aşkar şəkildə, yüksək səs tonu ilə büruz veriblər.

"Milliön" şirkətinin mətbuat xidmətinin rəhbəri Ülviyyə Əfəndiyeva Sputnik-ə açıqlamasında problemdən xəbərdar olduqlarını deyib: "Aparatlarımızda baş verən nasazlıqların səbəbi paytaxta yağan aramsız yağışlardır. Hava şəraitinə baxmayaraq, texniki şöbənin əməkdaşları baş verən nasazlıqları aradan qaldırmağa çalışıblar".

Paytaxda bir çox dayanacaqlarda Milliön aparatları işləmir
© Sputnik / Tarana Khudabakhshiyeva
Paytaxda bir çox dayanacaqlarda "Milliön" aparatları işləmir

"Əgər terminal işləmirsə, sərnişinlər həmin dayanacağa yaxın terminallardan birində ödəniş edə bilərlər. Eyni zamanda *0010-a zəng vura və ya yaxınlıqda yerləşən müştəri xidmətlərinə də yaxınlaşa bilərlər", — şirkət sözçüsü bildirib.

Bakı Nəqliyyat Agentliyinin (BNA) sektor müdiri Mayis Ağayev isə Sputnik-ə açıqlamasında, yaşanan problemdə, həm də vətəndaşların günahkar olduqlarını iddia edib: "Belə problemlərin olmaması üçün, insanlar zamanında öz kartlarına pul yatırtmalıdırlar. Heç olmasa, ayda və ya həftədə bir dəfə karta pul oturtsalar, belə hallarda çıxılmaz vəziyyətdə qalmazlar".

Sektor müdiri onu da bildirib ki, hansı marşrut xəttində kart sistemi tətbiq olunubsa, bu avtobuslarda nəğd ödəniş mümkün deyil və kartı boş olan sərnişinlərə heç bir güzəşt olunmayacaq: "Güzəşt tətbiq etsək, başqa insanlar vəziyyətdən bilərəkdən istifadə edəcəklər. Ona görə heç bir güzəştdən söhbət gedə bilməz. Bir çıxış yolu var: sərnişinlər kartlarına əvvəlcədən gediş haqqı yatırsınlar".

210
Teqlər:
"Milliön", terminal, kart, ödəmə, nəqliyyat, avtobus, yağış
Əlaqədar
Ödəmə terminalları vasitəsilə dövlət rüsumlarının ödənişi dayandırılıb
Bakı ətrafının nəqliyyat problemləri çözüləcək?
İctimai nəqliyyatla bağlı yeni qurumlar yaradıldı
Paytaxt nəqliyyatında bəzi yeniliklər tətbiq olunacaq
İctimai nəqliyyatda gediş haqqı ilə bağlı yenilik
Bakının bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılır