Nəqliyyat

Paytaxtda tıxacın qarşısını almaq məqsədilə növbəti addım

151
Bakı Nəqliyyat Agentliyi küçədə qoşa xətt boyunca 60 sm enində bordür düzür

BAKI, 20 okt — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən, Ziya Bünyadov prospektinin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində yaranan nəqliyyat sıxlığını aradan qaldırmaq və Xəlil Rza Ulutürk küçəsindən hərəkət edən nəqliyyat vasitələrinin, o cümlədən müntəzəm sərnişindaşıma xidməti göstərən avtobusların birbaşa yol ötürücüsünə daxil olmalarının qarşısını almaq məqsədilə, 132 metr məsafədə, qoşa xətt boyunca 60 sm enində bordür düzülür. Bu barədə BNA-dan Sputnik-ə məlumat verilib.

Bildirilib ki, "Koroğlu" metrostansiyası yaxınlığında yerləşən Nəqliyyatı Mübadilə Mərkəzindən (Koroğlu NMM) Qara Qarayev prospekti və Hava Limanı istiqamətində hərəkət etmək istəyən avtobuslar Xəlil Rza Ulutürk küçəsindən qoşa xəttin tələblərini pozaraq, birbaşa Böyükşor körpüsünə daxil olmaları günün pik saatlarında qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində tıxac və sıxlıq hallarının yaranması ilə yanaşı, yol nəqliyyat hadisələrinin baş verməsinə də səbəb olurdu. X.R.Ulutürk küçəsi tam olaraq istifadəyə verildikdən sonra həmin küçədə nəqliyyat vasitələrinin sayının artması Z.Bünyadov prospekti ilə kəsişmədə daha böyük problemlərin yaranmasına gətirib çıxaracaq.

151
Teqlər:
nəqliyyat sıxlığı, Xəlil Rza Ulutürk küçəsi, Ziya Bünyadov prospekti, BNA, Bakı Nəqliyyat Agentliyi, tıxac
Əlaqədar
Paytaxtın tıxac yaşanan küçələri açıqlandı
Şəhərimiz tıxacın cəngində inildəyir
Göydələnlərdən və tıxaclardan "bixəbər" paytaxt
Bakı-Sumqayıt yolundakı tıxac problemi noyabrın sonunda həll olunacaq
Ziya Bünyadov prospektində baş vermiş qəza tıxaca səbəb olub