CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qazax-Kosalar avtomobil yolu açıldı

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Qazax-Kosalar avtomobil yolunun yenidənqurmadan sonra təqdimatında iştirak edib
İlham Əliyev Qazax-Kosalar avtomobil yolunun yenidənqurmadan sonra təqdimatında iştirak edib - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev yolun yenidənqurmadan sonra təqdimatında iştirak edib

BAKI, 19 okt — Sputnik. Qazax-Kosalar avtomobil yolunun yenidənqurma və bərpadan sonra təqdimatı olub. Sputnik xəbər verir ki, prezident İlham Əliyev tədbirdə iştirak edib.

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Qazax-Kosalar avtomobil yolunun yenidənqurmadan sonra təqdimatında iştirak edib
İlham Əliyev Qazax-Kosalar avtomobil yolunun yenidənqurmadan sonra təqdimatında iştirak edib - Sputnik Azərbaycan
İlham Əliyev Qazax-Kosalar avtomobil yolunun yenidənqurmadan sonra təqdimatında iştirak edib

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, 6 min nəfər əhalisi olan 2 yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunun tikintisinə Azərbaycan Prezidentinin 2016-cı il 19 avqust tarixli Sərəncamına əsasən başlanılıb. Uzunluğu 10 kilometr olan, dördüncü texniki dərəcəli yolun torpaq yatağının eni 10 metr, iki zolaqdan ibarət hərəkət hissəsinin eni isə 6 metrdir.

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Qazax-Kosalar avtomobil yolunun yenidənqurmadan sonra təqdimatında iştirak edib
İlham Əliyev Qazax-Kosalar avtomobil yolunun yenidənqurmadan sonra təqdimatında iştirak edib - Sputnik Azərbaycan
İlham Əliyev Qazax-Kosalar avtomobil yolunun yenidənqurmadan sonra təqdimatında iştirak edib

Avtonəqliyyat vasitələrinin hərəkətini tənzimləmək üçün yol boyu göstərici xətlər çəkilib, 42 yol nişanı quraşdırılıb, bir avtobus dayanacağı inşa edilib. Ümumilikdə uzunluğu 460 metr olan suötürücü boru tikilib. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Xəbər lenti
0