Abşeron Gənclər Şəhərciyindən bir görünüş

Sakinlərə məşəqqət verilən şəhərcik

1827
(Yenilənib 11:42 18.10.2016)
"Akkord" şirkətlər qrupu sakinləri narahat edən problemləri nə vaxt həll etməyi planlaşdırır?

BAKI, 18 okt — Sputnik. Abşeron Gənclər Şəhərciyində yaşayan sakinlərin problemləri bitmək bilmir. Belə ki, bu ərazidə mənzil sahibi olanların sevinci uzun çəkməyib.

Sakinlərin üzləşdiyi bir çox problem hər gün yersiz əsəb gərginliyi yaşamalarına səbəb olur. Əraziyə işləyən sərnişin avtobusu çox anormal marşrut üzrə hərəkət edir. Şərq bazarı — Abşeron Gənclər Şəhərciyi marşrutu üzrə hərəkət edən avtobusa günün pik saatlarında yaxın düşmək olmur. İnterval uzunluğu, marşrtun istiqaməti 199 saylı avtobusda gün ərzində basabasa səbəb olur. Qeyd edək ki, sakinlərin problemləri yalnız marşrut ilə məhdudlaşmır.

Yeni tikili binalar
© Sputnik / Fuad Hasanov

İndi keçək Abşeron Gənclər Şəhərciyində sakinlərin yaşadığı məşəqqətlərə. Təxminən 10 ilddən artıqdır ki, Bakının yaxınlığında, Bakı-Sumqayıt yolunun kənarında "Akkord" yaşayış massivi salıb. Lakin salınan bu şəhərcikdə bir çox elementlər şirkətin, deyəsən, "yadından çıxıb". 90 blokdan ibarət salınan şəhərcikdə istixananın tikilməməsini heç bir məntiqlə izah etmək mümkün deyil.

Bu şəhərcikdə cəmi iki binaya qaz verilib. Bu binalarda mənzil alan, 36 kv.m layihəli mənzilə sahib olanlar qaz verilməsinin sevincini yaşaya bilmir. Bu layihəli mənzillərə qaz verilməmisini sakinlərə təhlükəsizlik qaydalarına uyğun olmaması ilə izah edilir. Əgər sayğacları yalnız açıq sahədə quraşdırmaq vacibdirsə, o zaman "Akkord" bu mənzillərin layihəsini hansı qaydada təsdiq elətdirib? Balkonu olmayan mənzillərin tikintisinə Fövqəladə Hallar Nazirliyinin ekspertiza idarəsi necə rəy verib? Sakinlər bu suala cavab verə bilmirlər.

Qarşıdan qış gəlir. Görünən isə budur ki, mənzilləri bu il də mərkəzi istilik sistemi ilə qızdırmaq mümkün olmayacaq. Cəmi iki binada qaz olduğundan, sakinlər istilik problemini özləri həll ediblər. Yerdə qalan digər binaların sakinləri mənzillərini yalnız elektirk enerjisinin hesabına qızdırmaq varinatını seçiblər. Nəzərə alsaq ki, elektrik qızdırıcları ilə mənzilləri istiliklə təmin etmək hansı qiymətə başa gəlir, o zaman sakinlərin vəziyyətini anlamaq çətin deyil.

Onu da qeyd edək ki, Bakıda bir çox tikinti şirkətləri mənzilləri qazla təmin edə bilməyəndə, həmin binalarda mənzil alan vətəndaşlar elektrik enerjisinə görə ödəmədə 50% güzəşt əldə edirlər. Soyuqlu havalarda mənzilləri elektrik enerjisi ilə qızdırmaq sakinlərə əlavə maddi problemlər yaradır.

Bir müddət əvvəl Abşeron Gənclər Şəhərciyinin sakinləri əraziyə qaz verilməməsinə etiraz olaraq, aksiya keçiriblər. Etiraz edən sakinlərə verilən məlumatda qeyd olunub ki, "Akkord"un "Azəriqaz"a 600 min manat borcu olduğundan, bu problemi yaxın müddət ərzində həll etmək mümkün olmayacaq.

Sakinlərin dediklərindən bir məsələ də ortaya çıxır. Sakinlər qeyd edirlər ki, mənzillərdə su sayğacı quraşdırılmasına baxmayaraq, bəzi mənzil sakinlərindən aylıq su sərfiyyatı üçün adambaşına 5 AZN su pulu yığılır. Təsəvvür edin, bu "məntiq"ə görə, hər vətəndaş ayda 10 ton su "işlədir".

Bütün bu sadalanan problemləri ümumiləşdirib suallarımızı "Akkord" şirkətlər qrupuna ünvanlayırıq. Ümid edirik ki, suallarımıza təfsilatı üzrə cavablar veriləcək.

1. Abşeron Gənclər Şəhərciyində mənzillərin pulunu tam şəkildə ödəmiş sakinlər niyə indiyədək mülkiyyət sənədi ala bilmirlər?

2. Bir ərazidə böyük bir şəhərcik salan "Akkord" şirkətlər qrupu nədən mənzilləri istiliklə təmin etmək üçün mərkəzi istilik sistemi quraşdırmayıb?

3. Şəhərcikdə iki binaya qaz verən şirkət, niyə 36 kv.m mənzillərə qaz verilməsindən imtina edib? Bu mənzillərə qaz verilməsi təhlükəsizlik qaydalarına ziddirsə, 36 kv.m-lik mənzillər niyə tikilib, bu mənzillərin tikinti layihəsinə hansı qaydada ekspertiza rəyi alınıb? Balkonsuz tikilən binalar təhlükəsizlik qaydalarına uyğun gəlmirsə, niyə tikilib? Bu mənzillər müştərilərə hansı prinsiplə satılıb?

4. Su sayğacları olduğu halda, su pulu ödənişi bəzi hallarda niyə sayğac göztəricilərinə uyğun deyil, bir nəfər üçün aylıq ümumi məbləğ olaraq, 5 AZN-dən alınır? Bir nəfərin bir ayda 10 ton su sərf etməsi mümkündürmü?

5. Yerdə qalan binaların qaz təchizatına nə zaman start veriləcək və bu iş hansı müddətə yekunlaşacaq?

6. "Akkord" şirkətlər qrupu sakinləri narahat edən bu problemi bütövlükdə hansı vaxta qədər həll etməyi planlaşdırır?

7. Mənzilləri elektrik enerjisi ilə qızdıran sakinlərə elektrik sərfiyyatı üçün 50% güzəşt edilə bilərmi? Çünki mənzillərin elektrik cihazları ilə qızdırılması sakinlərə çox baha başa gəlir.

Bütün bu suallara "Akkord" şirkətlər qrupundan cavab gözləyirik. (avropa.info)

1827
Teqlər:
məşəqqət, şəhərcik, "kupça", kommunal, sakin, "Akkord", Abşeron Gənclər Şəhərciyi, qaz
Əlaqədar
Kənd sakinlərinin səsinə səs verən yoxdur
Yasamal sakinləri zibilə düşüblər
"Akademiklərin yataqxanası" sökülür, sakinlər etiraz edir
Bakının bu qəsəbəsində sakinlərdən "xərac" toplanır
Bakı bulvarı sakinlərin üzünə bağlanır
Bakıxanov sakinlərinə göz verib, işıq verilmir
Məktəbdə dərs prosesi, arxiv şəkli

Müəllimlərin nəzərinə: Qiymətləndirmə qaydası açıqlandı

7
(Yenilənib 15:47 20.01.2021)
Bu barədə Təhsil Nazirliyinin "Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları"nda bildirilib.

BAKI, 20 yanvar — Sputnik. Xüsusi karantin rejimində summativ qiymətləndirmə zamanı suallar hər sinif və fənn üzrə 4 müxtəlif səviyyədə tərtib edilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Təhsil Nazirliyinin "Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları"nda bildirilib.

1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20 faizini (20 bal), 2-ci səviyyə üzrə 30 fazini (30 bal), 3-cü səviyyə üzrə 30 faizini (30 bal) və 4-cü səviyyə üzrə 20 faizini (20 bal) təşkil edir. Qiymətlər "2", "3", "4" və "5" olaraq müəyyənləşdirilir. 30 baladək suallar (30 da daxil olmaqla) "2", 30 baldan 60-dək (60 da daxil olmaqla) "3", 60 baldan 80-dək (80 də daxil olmaqa) "4", 80 baldan 100-dək (100 də daxil olmaqla) "5" kimi qiymətləndirilir.

7
Teqlər:
Təhsil Nazirliyi, məktəbli, məktəb, müəllimlər, müəllim
Bakıda klinikaların birində koronavirus testi

Azərbaycanda koronavirus: rəqəmlər azalır

6
(Yenilənib 17:05 20.01.2021)
İndiyədək ölkədə ümumilikdə 228 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 217 617 nəfər müalicə olunaraq sağalıb, 3 044 nəfər vəfat edib

BAKI, 20 yanvar - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 332 yeni yoluxma faktı qeydə alınıb, 897 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 228 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 217 617 nəfər müalicə olunaraq sağalıb, 3 044 nəfər vəfat edib, aktiv xəstə sayı 7 367 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 991, ötən müddət ərzində isə ümumilikdə 2 336 498 test aparılıb.

6
Teqlər:
statistika, Azərbaycan, test, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər

Milyon damla qərənfil: Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini yad edir - FOTO

0
(Yenilənib 16:48 20.01.2021)
Azərbaycanda 20 Yanvar faciəsinin 31-ci ildönümü qeyd olunur. Minlərlə insan 1990-cı ilin yanvarın 20-də Bakıda baş verən faciənin qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edib.

Hər il olduğu kimi, Ümumxalq Hüzn günündə minlərlə insan səhər saatlarından Şəhidlər Xiyabanında gedərək, günahsız qurbanların məzarlarına güllər qoyub. İnsanlar şəhidlərin xatirəsini yad etmək üçün onların məzarlarının qarşısında dayanıblar. Bu gün ümummilli faciə günü olmaqla yanaşı, həm də insanları birləşdirib. Kədər ilə yanaşı, insanlar Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olanlarla qürur duyurlar.

Hər il olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər.

Bu il Şəhidlər Xiyabanında hərbi formada olan insanların sayı ötən illərlə müqayisədə daha çox olub. Şəhidlərin xatirəsini Vətən müharibəsinin iştirakçıları da yad etməyə gəliblər.

Bakı vaxtı ilə saat 12:00-da Azərbaycan bir dəqiqəlik sükuta qərq olub. Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciənin 31-ci ildönümündə bütün ölkə o məşum gecədə qətlə yetirilmiş günahsız insanların xatirəsini 1 dəqiqəlik sükutla yad edib. Gəmilər fit verib, avtomobillər hərəkəti dayandırıb, hamı şəhidlərə ehtiramını nümayiş etdirib.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbçilər 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

0
  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.

  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.