Tikinti materialları

Ölkənin tikinti sektorunda 32 faiz azalma var

27
Tikinti sektorunda istehsalın azalması cari ilin yanvar-sentyabrında ümumi daxili məhsulun əvvəlki ilin eyni dövrünə nisbətən 3,9 faiz azalmasına təsir edən əsas amil olub

BAKI, 17 okt — Sputnik. 2016-cı ilin doqquz ayında ölkə rezidentləri tərəfindən 43436,3 milyon manat və ya əhalinin hər nəfərinə 4512,5 manat dəyərində ümumi daxili məhsul istehsal edilib. Bu barədə Sputnik-ə Dövlət Statistika Komitəsinin (DSK) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi daxili məhsulun 65,7 faizi iqtisadiyyatın qeyri-neft sahələrində, 34,3 faizi isə neft-qaz sektorunda istehsal edilib: "Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,4 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,3 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 1,8 faiz, sənayedə 1,0 faiz artıb, tikintidə 32,0 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 1,2 faiz, iqtisadiyyatın digər sahələrində isə 2,5 faiz azalıb".

Tikinti sektorunda istehsalın azalması cari ilin yanvar-sentyabrında ümumi daxili məhsulun əvvəlki ilin eyni dövrünə nisbətən 3,9 faiz azalmasına təsir edən əsas amil olub.

27
Teqlər:
ÜDM, ümumi daxili məhsul, azalma, tikinti, Dövlət Statistika Komitəsi
Əlaqədar
Tikinti materiallarının qiymətində ciddi artım baş verib
Qubada yol tikintisinə 2,2 milyon manat ayrılıb
Tikinti sektorunun tənəzzül dövrü başlayıb
Gəncədə yol tikintisinə 12 milyon manat ayrıldı
Bakıda metro tikintisində yanğın baş verib

Kafe restoranlarda karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq

13
(Yenilənib 23:47 23.11.2020)
İctimai iaşə müəssisələrində COVİD-19-la əlaqədar karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq.

BAKI, 24 noyabr - Sputnik. “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarına edilən dəyişikliyə əsasən hər bir ictimai iaşə müəssisəsi tərəfindən karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs müəyyənləşməlidir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib. 

Dəyişikliyə əsasən, karantin tələbləri üzrə əlaqələndirici (məsul) şəxs funksiyaları ictimai iaşə müəssisəsinin işçilərindən birinə həvalə edilir. Bu təyinat müəssisədaxili rəsmiləşdirilməlidir.

Həmin məsul şəxs epidemiya əleyhinə mövcüd tələblərin müəssisədə tətbiqinin təşkili, bu tələblərin yerinə yetirilməsinə yerində nəzarəti həyata keçirməklə bərabər nəzarətedici dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə əlaqələndirici olacaq, müəssisənin işçilərini təlimatlandıracaq, dezinfeksiya tədbirlərini təşkil edəcək, bu tədbirlərin müəssisədaxili qeydiyyat formaları və cədvəllərini tərtib edəcək, icrasına müəssisə daxilində nəzarət edəcək.

Məsul şəxs koronavirusla (COVID-19-la) mübarizə ilə bağlı xəbərdaredici məlumatların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə çatdırılmasını təmin etməlidir. Eyni zamanda məsul şəxs bütün təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik müntəzəm nəzarət formalarını, habelə keyfiyyətə nəzarət cədvəllərini tərtib etməli və onların icrasına nəzarəti həyata keçirməlidir.

13
Azərbaycan və Türkiyə bayraqları olan tablo, arxiv şəkli

Ankara Opera Balet Teatrında ölkəmizə dəstək məqsədilə bədii proqram təqdim ediləcək

6
(Yenilənib 23:33 23.11.2020)
Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

BAKI, 23 noyabr — Sputnik. Ankara Opera və Balet Teatrında Azərbaycana dəstək məqsədilə zəngin bədii proqram təqdim ediləcək.

Sputnik Azərbaycan xəbər verir ki, proqram Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) və Anadolu Mədəniyyətlərin araşdırılması və inkişafı dərnəyi tərəfindən birgə təşkil olunacaq.

Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

6
Teqlər:
dəstək, proqram, teatr