Milli Məclis

Torpaq vergisi ilə bağlı qanuna dəyişiklik olundu

344
Kənd təsərrüfatı təyinatlı torpaqları üzrə torpaq vergisi bələdiyyə vergilərinin vergitutma obyekti olacaq

BAKI, 14 okt — Sputnik. Milli Məclisin növbəti plenar iclasında "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanunda dəyişikliklərə baxılıb. Sputnik xəbər verir ki, 5.1-ci maddəyə "habelə" sözündən sonra "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda" sözləri əlavə edilib.

8.0.1-ci maddə aşağıdakı redaksiyada verilib: "8.0.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi;".

Bu Qanun 2017-ci ilin 1 yanvar tarixindən qüvvəyə minir. Millət vəkili Ziyad Səmədzadə layihəsi ilə bağlı bildirib ki, "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2016-cı il 6 may tarixli qanuna əsasən, 1 yanvar 2017-ci ildən müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən ediləcək.

Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən ediləcək. Bu qanunun tətbiqi ilə əlaqədar Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanuna müvafiq dəyişiklik təklif edilib. Başqa sözlə, həmin torpaq vergisinin bələdiyyə vergilərinin vergitutma obyekti olması təklif edilib.

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

344
Teqlər:
torpaq, Vergi Məcəlləsi, ödəniş, vergi, bələdiyyə, plenar iclas, Milli Məclis
Əlaqədar
Milli Məclisin növbəti plenar iclası başlayıb
"Korrupsiyaya qarşı mübarizə haqqında" Qanuna dəyişiklik edildi
Şəhid ailələrinə yeni güzəştlər ediləcək
Spirtli içkilərin satışı ilə bağlı qadağa aradan qalxdı