"Bədəninə tatu vurdurmaq istəyən qadınların sayı kişiləri keçib"

1240
(Yenilənib 15:06 14.10.2016)
  • Telman Eyzamoğlunun tatu studiyası
  • Telman Eyzamoğlunun tatu studiyası
  • Telman Eyzamoğlunun tatu studiyası
  • Telman Eyzamoğlunun tatu studiyası
  • Telman Eyzamoğlunun tatu studiyası
  • Telman Eyzamoğlunun tatu studiyası
  • Telman Eyzamoğlunun tatu studiyası
  • Telman Eyzamoğlunun tatu studiyası
  • Telman Eyzamoğlunun tatu studiyası
  • Telman Eyzamoğlunun tatu studiyası
  • Telman Eyzamoğlunun tatu studiyası
  • Telman Eyzamoğlunun tatu studiyası
  • Telman Eyzamoğlunun tatu studiyası
  • Telman Eyzamoğlunun tatu studiyası
  • Telman Eyzamoğlunun tatu studiyası
  • Telman Eyzamoğlunun əl işləri
  • Telman Eyzamoğlunun əl işləri
  • Telman Eyzamoğlunun əl işləri
  • Telman Eyzamoğlunun əl işləri
  • Telman Eyzamoğlunun əl işləri
Telman Eyzamoğlu: "Hələ də gəlib məndən "ata", "ana" döymələri vurmağımı istəyən insanlar var"

BAKI, 14 okt — Sputnik. Dünyada olduğu kimi, Azərbaycanda da son zamanlar döymə (tatu) sənətinə maraq artıb. Bunu görmək üçün ətrafımıza, xüsusilə gənclərə diqqət yetirmək kifayətdir. Sputnik-in əməkdaşı, paytaxtdakı tanınmış döymə ustası Telman Eyzamoğlu ilə bu sənət ətrafında həmsöhbət olub.

- Tatu nədir? Və onu hansı zərurətdən bədənə döydürürlər?

— Bu, insan bədənində müxtəlif təsvirlərin həkk olunmasıdır. Tatunu hər kəs öz zövqünə görə vurdurur. Uşaqlığında olan hər hansı arzusuna görə, hobbisinə görə, sevdiyinə görə, gözəlliyinə görə. Yəni konkret hər kəs eyni düşüncə və məqsədlə tatu vurdurmur.

- Daha çox bədənin hansı nahiyəsinə vurdururlar tatunu?

— Ən çox əllərə, ayaqlara və boyuna döymə etdirirlər. Amma mən ilk dəfə tatu vurdurmağa gələn müştəriyə, məhz görünən nahiyələrdə döymə etdirməyi məsləhət görmürəm. Çünki, ilk tatudur. Sonradan müştəri fikrini dəyişə bilər və daha yaxşı döymə vurdurmaq istəyə bilər, əvvəlki döymədən bezə bilər.

- Tatu vurduğunuz zaman insanlara pis təsirləri olub?

— Olub. Bizim üçün adi bir haldır. Təzyiqdən, həyəcandan ürək getmələr olur.

- Tatudan sonra insan orqanizmində, xüsusilə döymə vurulan yerdə ağrıların yaranması halları olur?

— Tatu vurmaq üçün istifadə etdiyimiz məhlullar təbii bitki mənşəli rənglərdir. Yəni, məhz döyməyə görə əzələdə ağrıların olması mümkün deyil. Amma gigiyenik cəhətdən natəmiz yerdə döymə olunarsa, o zaman dəridə səpmələr, allergiyanın olması mümkündür. Ən azından, mənim öz bədənimdə çox sayda döymə var və heç bir döymə olan nahiyəmdə ağrılar yoxdur.

- Xanımlar daha çox döymə etdirir, yoxsa bəylər?

— Son zamanlar xanımlar daha çoxluq təşkil edir. Və ən müsbət hal odur ki, xanımlar gələn zaman hazırlıqlı gəlirlər. Yəni nə döymə vurdurmaq istəyirlərsə, öncədən müəyyən edib gəlirlər. Bəylər, xüsusilə başqalarında gördükləri tatuları vurdurmağa çalışırlar.

- Əvvəllər daha çox müxtəlif insanların adlarını (ata, ana, sevgili və s.) döymə kimi bədənə həkk edirdilər. İndi də bu adət qalıb, yoxsa artıq şəkilli döymələrə üstünlük verilir?

— Hələ də gəlib bizdən "ata", "ana" döymələri vurmağımızı istəyən insanlar var. Amma mən çalışıram, belə insanların fikirlərini dəyişim. Doğru qərar vermələrinə kömək edirəm ki, bir müddət sonra peşman olmasınlar və ya vurdurduqları tatudan bezməsinlər.

- Elə hallar olub ki, kimsə vurulan tatudan bezsin və sizdən onu dəyişməyiniz istəsin?

— Müştəri gələndə istədiyi tatunu həmin dəqiqə bədəninə vurmuruq. Öncə söhbət edirik, niyə məhz bu tatunu üzərinə həkk etməsini soruşuram. Çalışıram, müştərilər tələsib qərar verərək sonradan peşman olmasınlar. Bir az məsləhətləşdikdən və fikrini tam dəqiqləşdirəndən sonra qərarını açıqlayır, mən həyata keçirirəm.

- Tatu vurdurmaq üçün yaş məhdudiyyəti varmı?

— 18 yaşından yuxarı hər kəs döymə vurdura bilər. Amma 18 yaşdan aşağı uşaqlar döymə vurdurmaq istəyəndə, hər iki valideynin icazəsindən sonra döyməni vururam.

- Döymə ustası olmaq üçün insan hansı qabiliyyətlərə malik olmalıdır?

— İlk növbədə rəssamlıq qabiliyyəti olmalıdır, fərqlilikləri görmə qabiliyyəti və zövqü olmalıdır. Bəzən olur ki, yarımçıq döymələr gəlir və sən onları düzəltməyi bacarmalısan. Bu qabiliyyətlər bir ustada cəmlənməyəndə keyfiyətli iş ortaya çıxara bilmir. Həm də diqqətli olmaq lazımdır. Eyni zamanda, usta öz sağlamlığını qorumalıdır. Alətlərlə düzgün və ehtiyatlı davranmağı bacarmalıdır, əks halda özünü zədələyə bilərsən və infeksiya qana keçərək xəstəliklərə yol aça bilər.

- Yerli sakinlərlə yanaşı, əcnəbilər də sizə müraciət edirlər?

— Əlbəttə. Çox müraciət edənlər olur. Avropalılar xüsusilə. Ərəblər də gəlirlər. Onlar da islam dininə xas olan simvolları vurdururlar, eyni zamanda islamda din tanınmış din xadimlərin adlarını yazdırırlar.

1240
  • Telman Eyzamoğlunun tatu studiyası
    © Photo : Elşad Metleboğlu

    Telman Eyzamoğlunun tatu studiyası.

  • Telman Eyzamoğlunun tatu studiyası
    © Photo : Elşad Metleboğlu

    Telman Eyzamoğlunun tatu studiyası.

  • Telman Eyzamoğlunun tatu studiyası
    © Photo : Elşad Metleboğlu

    Telman Eyzamoğlunun tatu studiyası.

  • Telman Eyzamoğlunun tatu studiyası
    © Photo : Elşad Metleboğlu

    Telman Eyzamoğlunun tatu studiyası.

  • Telman Eyzamoğlunun tatu studiyası
    © Photo : Elşad Metleboğlu

    Telman Eyzamoğlunun tatu studiyası.

  • Telman Eyzamoğlunun tatu studiyası
    © Photo : Elşad Metleboğlu

    Telman Eyzamoğlunun tatu studiyası.

  • Telman Eyzamoğlunun tatu studiyası
    © Photo : Elşad Metleboğlu

    Telman Eyzamoğlunun tatu studiyası.

  • Telman Eyzamoğlunun tatu studiyası
    © Photo : Elşad Metleboğlu

    Telman Eyzamoğlunun tatu studiyası.

  • Telman Eyzamoğlunun tatu studiyası
    © Photo : Elşad Metleboğlu

    Telman Eyzamoğlunun tatu studiyası.

  • Telman Eyzamoğlunun tatu studiyası
    © Photo : Elşad Metleboğlu

    Telman Eyzamoğlunun tatu studiyası.

  • Telman Eyzamoğlunun tatu studiyası
    © Photo : Elşad Metleboğlu

    Telman Eyzamoğlunun tatu studiyası.

  • Telman Eyzamoğlunun tatu studiyası
    © Photo : Elşad Metleboğlu

    Telman Eyzamoğlunun tatu studiyası.

  • Telman Eyzamoğlunun tatu studiyası
    © Photo : Elşad Metleboğlu

    Telman Eyzamoğlunun tatu studiyası.

  • Telman Eyzamoğlunun tatu studiyası
    © Photo : Elşad Metleboğlu

    Telman Eyzamoğlunun tatu studiyası.

  • Telman Eyzamoğlunun tatu studiyası
    © Photo : Elşad Metleboğlu

    Telman Eyzamoğlunun tatu studiyası.

  • Telman Eyzamoğlunun əl işləri
    © Photo : EYZAMOĞLU TATTOO

    Telman Eyzamoğlunun əl işləri.

  • Telman Eyzamoğlunun əl işləri
    © Photo : EYZAMOĞLU TATTOO

    Telman Eyzamoğlunun əl işləri.

  • Telman Eyzamoğlunun əl işləri
    © Photo : EYZAMOĞLU TATTOO

    Telman Eyzamoğlunun əl işləri.

  • Telman Eyzamoğlunun əl işləri
    © Photo : EYZAMOĞLU TATTOO

    Telman Eyzamoğlunun əl işləri.

  • Telman Eyzamoğlunun əl işləri
    © Photo : EYZAMOĞLU TATTOO

    Telman Eyzamoğlunun əl işləri.

Teqlər:
təsvir, Telman Eyzamoğlu, tatu, döymə, kişi, sənət, simvol, qadın
Əlaqədar
On beş manata villa inşa edir
Şah əsərlər yarada bilərdi - bu gününə baxın
Texnologiya əsri də bu sənəti "öldürə" bilməyib
Çörəyi palçıqdan çıxan adam
Sandıq düzəldən ata və oğul
Netflix şirkətinin loqosu, arxiv şəkli

Çağatay Ulusoyun "Netflix"dəki filmindən ilk treyler - VİDEO

9
(Yenilənib 23:01 02.03.2021)
Filmdə kağız və karton toplayaraq yaşayan, səhhəti vaxt ötdükcə pisləşən Mehmet tərk edilən bir uşaq tapır. Onun həyatına girən Ali Mehmetə öz uşaqlığını xatırladır.

BAKI, 2 mart — Sputnik. Türkiyəli aktyor Çağatay Ulusoyun baş rolu oynadığı növbəti "Netflix" filmi "Kağıttan hayaller"in ilk treyleri yayımlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, 12 martda yayımlanacaq ekran işi 190-dan çox ölkədə, 204 milyondan çox istifadəçiyə göstəriləcək.

Filmdə kağız və karton toplayaraq yaşayan, səhhəti vaxt ötdükcə pisləşən Mehmet tərk edilən bir uşaq tapır. Onun həyatına girən Ali Mehmetə öz uşaqlığını xatırladır.

9
Formula-1 üzrə Azərbaycan Qran-prisi, arxiv şəkli

Ciddi məhdudiyyət: Bakıda "Formula-1"də azarkeşlər yerli TV olmayacaq

5
(Yenilənib 22:58 02.03.2021)
Azərbaycan Qran-prisinin təşkilatçıları bu il paytaxtımızda "kral yarışları"nın necə keçiriləcəyindən danışıblar.

BAKI, 2 mart — Sputnik, Teymur Tuşiyev. "Formula 1"in Azərbaycan Qran-prisinin reqlamentində bir sıra dəyişikliklər baş verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baku City Circuit (BCC) əməliyyat şirkətinin brifinqində məlumat verilib.

"Formula 1" Azərbaycan Qran-prisi bu ilin 4-6 iyun tarixlərində Bakı küçələrində təşkil olunacaq. Keçən il yarış koronavirus pandemiyası səbəbindən baş tutmamışdı. Epidemiya əleyhinə tədbirlərlə əlaqədar olaraq, yarışın Bakı mərhələsi tamaşaçısız keçiriləcək, buna görə stendlərin və əyləncə zonasının inşası nəzərdə tutulmur və konsertlər də təxirə salınır. Bundan başqa, həftəsonları mükafatlandırma mərasimləri sadələşdirilmiş formada, yarış iştirakçıları üçün mətbuat konfransları isə onlayn keçiriləcək.

Azərbaycan Qran-prisinin təşkilatçıları azarkeşlər olmasa da yarışın Bakıda keçirilməsinin vacibliyini vurğulayıblar.

"Bu qədər ciddi məhdudiyyətləri nəzərə alsaq, ortaya belə bir sual çıxa bilər: bu şəraitdə yarışı keçirməyin nə mənası var? Bildiyiniz kimi, "Formula 1" yarışları ölkənin turizm potensialını nümayiş etdirir, buna görə də onun keçirilməsi böyük əhəmiyyət daşıyır ", – deyə BCC-dən bildirilib.

Yeri gəlmişkən, BCC-nin Azərbaycan Qran-prisini keçirməkdən imtina etməməsinin daha bir səbəbi əks halda təşkilatçıların cərimə ödəməli olmasıdır. Cərimənin məbləği isə açıqlanmayıb.

Məhdudiyyətlər KİV nümayəndələrindən də yan keçməyib. Sosial məsafəyə riayət olunması qaydalarına görə, mətbuat mərkəzində jurnalistlər üçün yerlərin sayının 400-dən 150-yə endirilməsi nəzərdə tutulub. Həmin yerlər xarici və yerli jurnalistlər arasında bərabər şəkildə bölünəcək. Bununla belə, yerli telekanallar və radiolar Azərbaycan Qran-prisi üçün akkreditasiya əldə edə bilməyəcəklər.

Təşkilatçılar treklərin hazırlanması ilə bağlı əsas işlərin bu ilin may ayında yerinə yetiriləcəyi, bununla əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağını də bildiriblər.

Eyni zamanda, qeyd ediblər ki, könüllülərdən müraciətlərin qəbulu artıq başa çatıb. Bu prosesə start veriləndən sonrakı 60 saat ərzində könüllülərdən təxminən yeddi min ərizə daxil olub. Marşallardan da ərizə qəbulu yekunlaşıb.

Qeyd edək ki, bu il marşalların sayı 150 nəfər artırılacaq.

5
Teqlər:
Formula-1 yarışı, Formula 1
Erməni pasportu

Doğulduğu yer - Azərbaycan? Qarabağ ermənisinin pasportu Ermənistanda qalmaqal yaradıb

381
(Yenilənib 00:01 03.03.2021)
"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam" - Arsen Karapetyan.

BAKI, 2 mart - Sputnik. Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə “Azərbaycan” yazılmağa başlanılıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Yerevan Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan keçmiş üzvü, memar Arsen Karapetyan öz Facebook hesabında yazıb. 

Karapetyan qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə (Mardakertdə) anadan olub. Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib.

"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam. Nədir bu?", - deyə Karapetyan sosial şəbəkədə yazıb.

Məsələ ilə bağlı Ermənistan polisinin pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan açıqlama verib.

"Bu vətəndaş Sovet İttifaqı dövründə anadan olub, Azərbaycan SSR-də anadan olub. Ermənistan Respublikasının pasportu səyahət sənədidir, beynəlxalq standartlara uyğundur, ona görə keçmiş SSRİ ölkələri üçün kodlar yoxdur. Başqa sözlə, əgər bir insan keçmiş SSRİ-nin bir ölkəsində anadan olubsa, onun doğulduğu yer pasporta ölkənin indiki adı ilə qeyd olunur, yəni Gürcüstan SSRİ deyil, Gürcüstan", - deyə Məryəm Gevorkyan bildirib.

O əlavə edib ki, "bu, köhnə təcrübədir". 

Qeyd edək ki, Arsen Karapetyan şərh bölümündə dostunun doğulduğu yerin "Azərbaycan SSR" kimi göstərildiyi Rusiya pasportunu da yerləşdirib. 

381