CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bank vətəndaşı necə "tələyə" saldı?

© acredo.ruKredit
Kredit - Sputnik Azərbaycan
Abunə olmaq
Kredit müqaviləsinin təzələnməsi ilə bağlı sənədə imza atan vətəndaş, nəyə qol çəkdiyini biləndən sonra dəhşətə gəlib

BAKI, 10 okt — Sputnik. "Mən birinci devalvasiyadan əvvəl "Unibank"dan 1500 manat kredit götürüb, xeyli hissəsini də ödəmişəm. Bir müddət sonra bankdan zəng edib dedilər ki, "gəlin, kreditinizi asanlaşdırmaq üçün yeni müqavilə imzalayaq, sizə asan olsun". Mən də getdim, verilən müqaviləni tam oxumadan imzaladım". 

Əli Məsimli - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Dünyanın heç bir yerində banklar belə soyğunçuluq etmir"

Bunu Sputnik-ə yazılı müraciətində, Ağdamdan məcburi köçkün olan, Bakıda müvəqqəti qeydiyyatda olan Günel Qarayeva deyib. Dediyinə görə, yenilənmiş müqavilə ilə bank onu "tora salıb".

"Müqavilədə kreditimin qalan hissəsinin dollara çevriləcəyi ilə bağlı da maddə olub, amma bununla bağlı mənə şifahi məlumat verilməyib. Beləliklə, müqaviləyə imza atmaqla manatla götürdüyüm krediti dollarla qaytarmalı oldum. Borc məbləği ikiqat artdı, əlavə bahalaşmadan dolayı maddi durumumuz ağırlaşdı və mən krediti ödəyə bilmədim. İndi də Ağdam Rayon Məhkəməsindən xəbərdarlıq gəlib ki, "haqqınızda qərar çıxarılıb". Halbuki, bizə öncədən heç bir xəbərdarlıq edilməyib və məhkəməyə dəvət gəlməyib. İştirakımız olmadan qərar çıxarıblar", — yazır vətəndaş.

Məsələni Sputnik-ə şərh edən bank mütəxəssisi Əkrəm Həsənovun sözlərinə görə, borclunu yenilənmiş müqaviləyə imza atdıran bank əməkdaşları, imza atılmamışdan əvvəl ona müqavilə şərtlərini şifahi şəkildə xatırlatmalıdırlar: "Mərkəzi Bankın "Bankların kredit vermə" haqqında qanunu var. Qanunda deyilir ki, bank müştəriyə şərtləri şifahi şəkildə də izah etməlidir. Müştəriyə qaydalar deyilməlidir. Əks halda bank qanun pozuntusuna yol verir".

Məhkəmə çəkişməsinə gəlincə: "Əgər müştərinin banka borc varsa, bank məhkəməyə müraciət etmək üçün iki yoldan birini seçə bilər. Birinci, adi iddia icraatı qaydasında. Yəni məhkəməyə müraciət edir və məhkəmə mütləq cavabdehi, yəni borclunu dəvət etməlidir. Həmin insanın iştirakı ilə iclas keçirilir və sonda qətnamə çıxarılır".

"Hətta borclu iclasa gəlməsə də, çıxarılan qətnamə borclunun ünvanına göndərməlidir. Ondan sonra borclunun bir ay müddətində apellyasiya məhkəməsinə şikayət etmək hüququ var. Əgər borclu bir ay müddətində bunu etmirsə, o zaman qanun qüvvəyə minir", — ekspert bildirib.

Manat və dollar - Sputnik Azərbaycan
TƏHLİL
"Vətəndaşların bütün kredit borcları silinəcək"

Ə. Həsənova görə, bank məhkəməyə əmr icrası üçün də müraciət edə bilər: "İkincisi isə bankın hüququ var ki, hakimə müraciət etsin və xahiş etsin ki, əmr icra qaydasında olsun. İclasa nə borclu, nə də bank dəvət edilir. Hakim əmr çıxarır və borcluya göndərir. Bu zaman borclunun hüququ var ki, əmri alan gündən 10 gün ərzində, elə həmin hakimə etiraz məktubu göndərsin. Bu halda hakim həmin əmri ləğv etməli, borclunu və bank işçisini məhkəməyə dəvət etməli və işə yenidən baxmalıdır".

O, əlavə edib ki, indiki vəziyyətdə şikayətçi Günel Qarayeva apelyasiya instansiyasına müraciət edib, sözügedən qərardan xəbərsiz olduğunu bildirə və qətnamənin ləğv edilməsini tələb edə bilər.

Hüquqşünas Fuad Ağayev də əməkdaşımızla söhbətində bildirib ki, şikayətçi 10 gün ərzində məhkəməyə yenidən müraciət edə bilər: "Məhkəmə ola bilər, əmr icrası kimi heç kimin iştirakı olmadan işə baxıb və qiyabi qətnamə çıxarıb. Burada problem yoxdur. Qətnaməni alan borclu 10 gün ərzində məhkəməyə müraciət edib, işə yenidən baxılmasını tələb edə bilər və təbii ki, məhkəmə işə yenidən baxacaq".

Xəbər lenti
0