Avtomobil yol qəzaları nəticəsində sağlamlığını itirmiş vətəndaşların iştirakı ilə Dəyirmi Masa yığıncağı keçirildi

"Sürücülər, intizamlı olun!"

57
"Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili" layihəsi ilə bağlı tədbir keçirilib

BAKI, 10 okt — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, "Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili" layihədə nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, Azərbaycanda mərkəzi maqistral yollarında mövcud olan, avtomobil qəzalarının qarşısının alınması istiqamətində qabaqlayıcı təbliğat-təşviqat işini gücləndirmək məqsədi ilə, aidiyyatı olan Dövlət qrumlarının, DYP İdarəsinin, QHT-nın, KİV-nin nümayəndələrinin və avtomobil yol qəzaları nəticəsində sağlamlığını itirmiş vətəndaşların iştirakı ilə "dəyirmi masa" keçirilib. Sputnik xəbər verir ki, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti və layihənin direktoru Sərraf Orucov həyata keçiriləcək layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirib ki, layihənin əsas məqsədi, avtomobil yollarında vətəndaşların təhlükəsizliyini müdafiə edib, yol hərəkət qaydalarını pozan sürücülərə və piyadalara qarşı mübarizə apararaq, baş verən yol nəqliyyat hadisələrinin, ölüm və yaralanma hallarının qarşısının alınması üçün DYP İdarəsinin əməkdaşlarına ictimayi dəstək verməkdir.

"Azərbaycanda isə 24 ildən artıq davam edən Qarabağ mühaibəsindən əlavə həyatımıza yeni bir ölüm növü daxil olaraq, günümüzün ən aktual və bəlalı problemlərindən birinə çevirilib. I-ci Qarabağ müharibəsində Azərbaycan ordusu 14000 nəfər itki vermişdisə, yol qəzaları nəticəsində, ümumilikdə 25590 insan tələfatı olub. Bu fakt göstərir ki, ölkəmiz kimi, nəqliyyatımız da müharibə şəraitindədir", — S. Orucov deyib.

Onun sözlərinə görə, Baş Dövlət Yol Polis İdarəsinin avtomabil yol qəzaları ilə bağlı verdiyi 25 illik statiskaya əsasən, 1988-ci ildən 2016-ci ilin may ayına kimi avtomobil yollarında 74406 yol qəza hadisəsi qeydə alınıb: "Bu qəzalarda 25588 nəfər insan ölmüş, 77216 nəfər isə yaralanmışdır. Azərbaycanda hər il təxminən, 3500-dən artıq yol nəqliyyat hadisəsi qeydə alınır. Bu qəzalarda hər il, 1000-dən artıq insan dünyasını dəyişir, 3000-ə yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər almşdır".

Buna görə, 04 may 2016-cı il tarixindən 05 oktyabr 2016-cı il tarıxinə kimi, DYP İdarəsi əməkdaşlarının, QHT və KİV nümayəndələrinin birgə iştirakı ilə, Bakı şəhərində, Bakı-Ələt, Bakı-Qazax, Bakı-Quba, Bakı-Astara istiqamətlərindəki magistral və mərkəzi avtomobil yollarında və ayrı-ayrı regionlarda, Şirvan, Mingəçevir, Lənkaran şəhərlərində və Xaçmaz rayonunın təhlükəli avtomobil yollarında, vətəndaşların təhlükəsizliyini müdafiə edib yol hərəkət qaydalarını pozan sürücülərə və piyadalara qarşı təbliğat-təşviqat kampaniyasını təşkil edərək, baş verən yol-nəqliyyat hadisələrinin, ölüm və yaralanma hallarının qarşısının alınmasına ictimai dəstək vermək məqsədi ilə, "Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili" layihəsini həyata keçirir.

Avtomobil yol qəzaları nəticəsində sağlamlığını itirmiş vətəndaşların iştirakı ilə Dəyirmi Masa yığıncağı keçirildi
© Foto : Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun mətbuat xidməti
Avtomobil yol qəzaları nəticəsində sağlamlığını itirmiş vətəndaşların iştirakı ilə Dəyirmi Masa yığıncağı keçirildi

Layihə çərçivəsində təşkil edilmiş "SÜRÜCÜLƏR İNTİZAMLI OLUN!" təhlükəsizlik günləri şurarı ilə, Bakı şəhərində, Bakı-Ələt, Bakı-Qazax, Bakı-Quba, Bakı-Astara istiqamətlərindəki, magistral və mərkəzi avtomobil yollarında 8000 nəfər və adları qeyd olunan şəhər və rayonların mərkəzi yollarında, yol dairələrində, Şirvan şəhərində 1500 nəfər, Lənkaran şəhərlərində 1500 nəfər, Mingəçevir şəhərində 1200 nəfər, Xaçmaz rayonunda isə 1500 nəfər yoldan hərəkət edən sürücülər və piyadalar arasında marifləndirmə təbliğatı aparılıb.

Tədbirdə iştirak edən, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin, Hərəkətin Təhlükəsizliyi Təbliğatı və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov, Bakı şəhəri ərazisində yollarda baş vermiş yol qəzaları haqqında maraqlı statistik məlumatlar verib.

57
Teqlər:
Sərraf Orucov, Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, yol, nəqliyyat, qəza
Əlaqədar
Bakıdakı yol qəzalarının 55 faizi piyadaların vurulması ilə bağlıdır
Lənkəranda baş vermiş yol qəzasında ölənlərin sayı 5-ə çatıb
İspaniyada qatar qəzaya uğrayıb
Əfqanıstanda dəhşətli qəza olub: 50 nəfər həyatını itirib
Bakıda ağır qəza: 2 nəfər öldü
Yol polisi qəzaların artma səbəblərinə aydınlıq gətirdi
Bakı-Quba yolunda qəza nəticəsində üç nəfər ölüb