Yanacaqdoldurma məntəqəsi

Benzinin bahalaşacağı iddiaları ilə bağlı təşviş yaranıb

1629
(Yenilənib 19:09 05.10.2016)
Yanacaqdoldurma məntəqələrindən, hazırda heç bir qiymət artımının gözlənilmədiyi bildirilsə də, məsələyə dair rəsmi açıqlama verilməyib.

BAKI, 5 okt — Sputnik. Bu gün səhər saatlarında paytaxtın bir çox yanacaqdoldurma məntəqələrində kütləvi ajiotaj müşahidə olunub. Bəzi iddialara görə, ajiotajın yaranmasına səbəb benzinin qiymətinin yaxın günlərdə bahalaşacağı barədə yayılan xəbərlər olub.

Mövzunu yerində araşdırmaq üçün Sputnik-in əməkdaşı şəhərdəki bəzi yanacaqdoldurma məntəqələrinə üz tutub. Qısa araşdırmadan sonra bəlli olub ki, yayılan məlumatlar həqiqəti əks etdirmir və heç bir qiymət artımı gözlənilmir.

  • Yanacaqdoldurma məntəqəsi
    Yanacaqdoldurma məntəqəsi
    © Sputnik / Fuad Hasanov
  • Yanacaqdoldurma məntəqəsi
    Yanacaqdoldurma məntəqəsi
    © Sputnik / Fuad Hasanov
  • Avtomobilin bort-kompüterinin göstəriciləri
    Avtomobilin bort-kompüterinin göstəriciləri
    © Sputnik / Fuad Hasanov
  • Yanacaqdoldurma məntəqəsi
    Yanacaqdoldurma məntəqəsi
    © Sputnik / Fuad Hasanov
  • Yanacaqdoldurma məntəqəsi
    Yanacaqdoldurma məntəqəsi
    © Sputnik / Fuad Hasanov
1 / 5
© Sputnik / Fuad Hasanov
Yanacaqdoldurma məntəqəsi

Keçmiş Qələbə kinoteatrının qarşısındakı "Azpetrol", Tbilisi prospektindəki "İst Petrol", o cümlədən 1-ci mikrorayon ərazisindəki "Lukoyl" yanacaqdoldurma məntəqələrindən Sputnik-ə bildirildi ki, yayılan xəbərlər dezinformasiyadır.

Hazırda qiymət artımı olmasa da, bu, yaxın günlərdə olmayacağı anlamına da gəlmir. Yayılan məlumatları tam dəqiqləşdirmək üçün İqtisadiyyat Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, telefonumuza cavab verən olmayıb.

1629
Teqlər:
yanacaqdoldurma məntəqələri, dizel, benzin, yanacaq, qiymət
Əlaqədar
"Yanacaq ucuzlaşdırılmalıdır!"
Yanacaqdoldurma məntəqələrində bizi aldadırlar?
Yanacaqdoldurma məntəqəsindəki partlayışda 100-dən çox adam ölüb
Yanacaqdoldurma məntəqəsinə basqın edildi, kassadakı pul aparıldı