CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gündəlik tələbatımızda yerli məhsulların payı nə qədərdir?

© Sputnik / Shahperi AbbasovaBazar
Bazar - Sputnik Azərbaycan
Abunə olmaq
Daxili istehsalı stimullaşdırmaq məqsədilə gömrük rüsumları artırılır. Lakin yerli məhsullara tələbat azdır, qiyməti ucuz olsa belə.

BAKI, 5 okt — Sputnik. Ötən həftə gömrük rüsumlarının artırılması ilə bağlı rəsmi açıqlamalar o yöndə idi ki, bu, daxili istehsalın stimullaşdırılmasını, yerli məhsullara tələbatın gücləndirilməsinə xidmət edir. O zaman sual meydana çıxır: Ölkə əhalisinin gündəlik tələbat məhsullarında yerli istehsalın payı nə qədərdir? Sputnik bu suala cavab tapmaq məqsədilə sosial şəbəkə istifadəçiləri arasında kiçik sorğu keçirib.

Aydın Əliyev, gömrük komitəsinin sədri - Sputnik Azərbaycan
Gömrük Komitəsi gömrük rüsumlarını niyə artırdığını açıqlayıb

İbrahim Əzizov — kinoşünas: "Xarici məhsullar yerli məhsula nisbətən baha olur. Bu səbəbdən demək olar ki, xarici məhsullardan istifadə etmirik. Əlavə olaraq onu da qeyd edim ki, artıq bu bahalaşmadan sonra, demək olar, xarici məhsullardan imtina etmişik".

İsmayıl Əhməd — dini ekspert: "Yerli istehsalımız dünya standartlarına cavab vemədiyindən, imkan daxilində, istifadə etməkdən çəkinirəm. Toyuq əti, kolbasa və sosislərin dadını belə, bilmirəm, ətdən çarəsizlikdən istifadə edirəm. Spirtsiz içkilərə gəlincə, yenə də istifadə etmirəm, gündəlik təndir çörəyindən alıram. Bir sözlə, gündəlik istifadəmdə yerli məhsulların payı 25% təşkil edir ki, o da məcburiyyətdən irəli gəlir. Qalan 75 % xarici məhsulların payına düşür".

Lalə İsmayılova — evdar qadın: "Mən məhsul alanda qiymətə yox, keyfiyyətə baxıram. Bir onu bilirəm ki, evə nə lazımdısa, onu alıram. Gündəlik alış-verişə 8-10 manatım çıxır".

Xəyalə Məmmədova — jurnalist: "Gündəlik demək olar ki, yerli məhsullardan istifadə edirik. Çox nadir hallarda xarici məhsullara müraciət edirik. Düşünürəm ki, yerli məhsullarımız ola-ola, xarici məhsul almaq düzgün deyil. Həm də xarici məhsulların, məhz istehsal olunduğu deyilən ölkədən gətirildiyinə də inanmıram. Çünki, burada o qədər işbazlar var ki, həmin məhsulun saxtasını hazırlayırlar. Necə olur ki, həmin məhsul istehsal olunan ölkədə baha satılır, bizdə isə ucuz?! Burada bir "əmma" var. Ona görə xarici məhsullara güvənim azdır".

Market - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Möhtəkirlərə güzəşt edilməməlidir!

Könül Əliyeva — YUĞ tetarının mətbuat xidmətinin rəhbəri: "Yerli məhsullardan da istifadə etdiyimiz var, əcnəbilərdən də. Yağlar 100 faiz xarici istehsal, ya da təbii kənd məhsulu olmalıdır. Ümumilikdə yerli məhsullardan istifadəyə daha çox üstünlük verirəm — 70 faiz".

Zamiq İbrahimov — satış meneceri: "Siqaret və qeyri-qida məhsullarını çıxmaq şərti ilə, demək olar ki, istifadə etdiyimizin hamısı yerli məhsullardır. Çünki, bazarda olan siqaretlərin və qeyri-qida (yuyucu tozlar, qabyuyan mayelər, ağardıcı və ləkəçıxarıcılar, saç şampunları, sabunlar və sa) məhsullarının 90%-i idxal olunur. Bu tip yerli məhsulların qiymətinin aşağı olmasına baxmayaraq keyfiyyəti alıcıları qane etmir. Qida sektorunun 90%-ni isə yerli istehsal məhsulları təşkil edir ki, bu da keyfiyyətinə və ən əsası, ağız dadına görə alıcıları qane edir".

Elməddin Vəliyev — taekvando üzrə məşqçi: "Ət, yumurta, qatıq və bu kimi qida məhsullarına olan tələbatımızı yerli məhsullar hesabına təmin edirik. İstifadə etdiyimiz digər qida və qeyri-qida məhsulları idxal məhsullarıdır".

Xəbər lenti
0