Kanalizasiya suları Badamdarın küçələrini bərbad hala salıb

Bakının bu ərazisində bahalı evlər "su qiymətinə" satışa çıxarılır

962
Bir ilə yaxın zülmlə üz-üzə qalan Badamdar sakinləri, daha iki il kanalizasiya sularının içində yaşayacaqlar

BAKI, 4 okt — Sputnik. "Dua edirik ki, bir də bura yağış yağmasın". Səbail rayonu, Badamdar qəsəbə sakini Ramal Əliyev Sputnik-in əməkdaşı ilə söhbətində belə deyib.

"Hidro İnşaat Servis" MMC-nin yarıtmaz fəaliyyəti ucbatından yeddi aydır ki, evlərini kanalizasiya sularının basdığını deyən paytaxt sakini, dövlətdən bu işə bir əncam çəkilməsini istəyir: "1-ci yaşayış massivi, 3-cü döngədəki köhnə kanalizasiya xətlərini yeniləmək adı ilə işə başladılar, amma təmiri yarımçıq qoyub çıxıb getdilər. Guya küçənin kanalizasiya borularını tam dəyişməli idilər. Söhbət yeddi ay öncədən gedir. Ancaq cəmi 400-500 metr ərazidə yeniləmə işləri apardılar".

"Küçənin başından beş yüzlük boru ilə xətt çəkdilər, amma gətirib yarıda saxladılar və həmin xətti köhnədən qalma dörd yüzlük boruya calayıb getdilər. Dedilər, "layihə bura qədərdir". Sonra bəlli oldu ki, köhnə borunun gücü çatmır. Hər yağış yağanda kanalizasiyanın iyrənc, çirkab suları evlərimizə axmağa başladı. Artıq yeddi aydır ki, bu vəziyyətdə yaşayırıq", — R. Əliyev bildirib.

O, yerli icra orqanına və "Hidro İnşaat Sevis" MMC-yə problemlə bağlı müraciət etdiklərini, lakin nəticə olmadığını qeyd edib: "Cavabında bizə deyirlər ki, "səbr edin, hər şey yaxşı olacaq". Sonuncu dəfə bir həftə əvvəl şirkətə yaxınlaşdıq və bu işin sonunun necə olacağını xəbər aldıq. Sahə rəisi İlqar müəllimin müavini dedi ki, "xalqımız dözümlüdür, hər şey düzələr". Qısası, bu cür ələ salan ifadələrlə vətəndaşları yola verirlər".

Ərazidə çəkiliş apardığımızı görən digər sakinlər də mövcud problemdən gileyləndilər: "Pis iyi-qoxudan adam bayıra çıxmaq istəmir. Yayın o istisində pəncərələrimizi aça bilmədik. Vallah, burada təmir getməmişdən əvvəl kanalizasiya xətlərində bir dəfə də olsun problem görmədik. Hər şey qaydasında idi. Nə boru partlayırdı, nə də yağış yağanda kanalizasiya dolub-daşırdı. Heç biri olmurdu. Nə vaxt ki, şirkət gəlib buraları qazdı, üstəlik yarımçıq qoyub getdi, bizim də qara günlərimiz elə başladı. Sizi inandırım, bu üfunətə görə bahalı-bahalı evləri su qiymətinə satışa qoyanlar var".

  • Kanalizasiya suları Badamdarın küçələrini bərbad hala salıb
    Kanalizasiya suları Badamdarın küçələrini bərbad hala salıb
    © Sputnik / Fuad Hasanov
  • Kanalizasiya suları Badamdarın küçələrini bərbad hala salıb
    Kanalizasiya suları Badamdarın küçələrini bərbad hala salıb
    © Sputnik / Fuad Hasanov
  • Kanalizasiya suları Badamdarın küçələrini bərbad hala salıb
    Kanalizasiya suları Badamdarın küçələrini bərbad hala salıb
    © Sputnik / Fuad Hasanov
  • Kanalizasiya suları Badamdarın küçələrini bərbad hala salıb
    Kanalizasiya suları Badamdarın küçələrini bərbad hala salıb
    © Sputnik / Fuad Hasanov
  • Kanalizasiya suları Badamdarın küçələrini bərbad hala salıb
    Kanalizasiya suları Badamdarın küçələrini bərbad hala salıb
    © Sputnik / Fuad Hasanov
  • Kanalizasiya suları Badamdarın küçələrini bərbad hala salıb
    Kanalizasiya suları Badamdarın küçələrini bərbad hala salıb
    © Sputnik / Fuad Hasanov
  • Kanalizasiya suları Badamdarın küçələrini bərbad hala salıb
    Kanalizasiya suları Badamdarın küçələrini bərbad hala salıb
    © Sputnik / Fuad Hasanov
  • Kanalizasiya suları Badamdarın küçələrini bərbad hala salıb
    Kanalizasiya suları Badamdarın küçələrini bərbad hala salıb
    © Sputnik / Fuad Hasanov
  • Kanalizasiya suları Badamdarın küçələrini bərbad hala salıb
    Kanalizasiya suları Badamdarın küçələrini bərbad hala salıb
    © Sputnik / Fuad Hasanov
  • Kanalizasiya suları Badamdarın küçələrini bərbad hala salıb
    Kanalizasiya suları Badamdarın küçələrini bərbad hala salıb
    © Sputnik / Fuad Hasanov
1 / 10
© Sputnik / Fuad Hasanov
Kanalizasiya suları Badamdarın küçələrini bərbad hala salıb

Mövzu ilə bağlı "Hidro İnşaat Servis" MMC-dən münasibət almağa çalışsaq da, telefonlarımıza cavab verən olmadı. Sözügedən şirkət "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərdiyi üçün, suallarımızı "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllıya ünvanladıq.

O, Sputnik-ə açıqlamasında deyib ki, sözügedən ərazidə işlər 2018-ci ilə kimi tamamlanacaq. A. Cəbrayıllı təmirin hissə-hissə görülməsinin əsas səbəbini maliyyə məsələsi ilə əlaqələndirib.

"Biz Badamdar qəsəbəsindəki işləri iki mərhələdə görəcəyik. Öncədən də məlumat yaymışdıq ki, birinci mərhələdəki işləri 2017-ci ilin ortalarına kimi tamamlayacağıq. Sizin dediyiniz ərazidə görülən işlər birinci mərhələyə aiddir. Qalan işlər ikinci mərhələdə görüləcək ki, bu da gələn ilin ikinci yarısına düşür", — ASC sözçüsü qeyd edib.

Onun sözlərinə görə, prosesin tam başa çatma müddəti isə 2018-ci ilə nəzərdə tutulub: "2017-yə çətin ki, bu proses yekunlaşsın. Çünki beynəlxalq maliyyə qurumları pulu bizə mərhələli şəkildə verir".

962
Teqlər:
"Hidro İnşaat Sevis" MMC, boru, Ramal Əliyev, Badamdar, Səbail, kanalizasiya, "Azərsu" ASC, küçə
Əlaqədar
Badamdarı su basıb
Badamdarda 25 yaşlı oğlan qonşusunu amansızlıqla qətlə yetirib
Badamdarda maşın bazarı yanır
İsmayıllıda 10-dan çox kəndi sel basıb, yollar dağılıb
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

17
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

17
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Qanda qlükozanın miqdarının yoxlanılması

Şəkərlə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar

8
(Yenilənib 23:07 16.01.2021)
"Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:

"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.

8