Yasamal rayonunda, Dövlət Statistika Komitəsinin qarşısında yerləşən dairəvi yol

Bakıda "əcəl dairəsi": oradan uzaq durun!

827
Paytaxtın bu ərazisində yaşayan sakinlər təhlükə ilə burun-buruna qalıblar

BAKI, 3 okt — Sputnik. Paytaxtın Yasamal rayonunda, Dövlət Statistika Komitəsinin qarşısında yerləşən dairəvi yol gün keçdikcə insan həyatı üçün daha da təhlükəli olmağa başlayıb. Belə ki, 7 istiqamətdən dairəyə avtomobil giriş-çıxışı olduğu üçün, yerüstü keçidlər piyadalar üçün lazım olan ehtiyacı qarşılamır.

Bu yolla hərəkət edən avtomobillər əksər hallarda qanunu kobud şəkildə pozaraq piyadaların hərəkətinə mane olur. Bu da xoşagəlməz qəzalara səbəbiyyət verir.

Sakinlər bədbəxt hadisənin yaşanmaması üçün o ərazidə yeraltı keçid tikilməsinin vacib olduğunu bildirirlər. Ayşə Rəsulova adlı paytaxt sakini Sputnik-ə bildirib ki, ətraf binalarda yaşayan əhali işə gedib-gələndə əziyyət çəkir.

"Bura Bakı şəhərinin bəlkə də ən böyük və maşınların ən sıx hərəkət etdiyi dairəvi yoldur. Altı-yeddi giriş-çıxış var bu yola. Ətraf binalarda yaşayan əhali işə gedib-gələndə əziyyət çəkir. Məcbur qalıb yerüstü piyada keçidindən istifadə edirlər, amma özünüz də bilirsiniz ki, hər sürücüdə mədəniyyət olmur. Çoxumuz burdan qaçaraq keçirik ki, hansısa sürücü qəzəblənib üstümüzdən keçər", — A. Rəsulova qeyd edib.

Digər sakin Səkinə Vəliyeva da vəziyyətdən şikayətçidir: "Uşaq məktəbdən evə qayıdana kimi narahat oluram. Çox təhlükəli dairədir. Yeddiyə yaxın giriş-çıxışı var, cəmi iki piyada keçidi çəkiblər. İnanın ki, hətta yeddisini çəksələr də, problem düzələn deyil. Allah qorusun, hər an can itkisi yaşana bilər. Bu dairəyə yeraltı keçid şərtdir. Aidiyyəti qurumlardan xahiş edirəm, bu haqda düşünsünlər və təcili iş görsünlər".

Məsələ ilə bağlı "Azəravtoyol" ASC-dən münasibət öyrənməyə çalışsaq da, zənglərimiz cavab verən olmayıb.

Mövzunu ekspert Azər Allahverənov Sputnik-ə dəyərləndirib. Onun sözlərinə görə, sözügedən dairədə təhlükə kifayət qədər böyükdür: "O yol həqiqətən də piyadalar üçün rahat deyil. Çünki həmin dairədə çoxsaylı təhlükələr var. Bir neçə istiqamətdə nəqliyyat vasitələrinin axını kifayət qədər güclüdür. Xüsusilə də, üzü "Hyatt Recens" hotelinə tərəf olan yol olduqca sıxdır".

  • Yasamal rayonunda, Dövlət Statistika Komitəsinin qarşısında yerləşən dairəvi yol
    Yasamal rayonunda, Dövlət Statistika Komitəsinin qarşısında yerləşən dairəvi yol
    © Sputnik / Fuad Hasanov
  • Bu yolla hərəkət edən avtomobillər əksər hallarda qanunu kobud şəkildə pozaraq piyadaların hərəkətinə mane olur
    Bu yolla hərəkət edən avtomobillər əksər hallarda qanunu kobud şəkildə pozaraq piyadaların hərəkətinə mane olur
    © Sputnik / Fuad Hasanov
  • Belə yüklənmiş ərazidə piyadalar müəyyən təhlükələrlə üzləşə bilirlər
    Belə yüklənmiş ərazidə piyadalar müəyyən təhlükələrlə üzləşə bilirlər
    © Sputnik / Fuad Hasanov
  • Hətta orada nə qədər çox piyada keçidi olsa da, yenə də vətəndaşlar üçün tam rahatlıq vermir
    Hətta orada nə qədər çox piyada keçidi olsa da, yenə də vətəndaşlar üçün tam rahatlıq vermir
    © Sputnik / Fuad Hasanov
  • Statistika dairəsinin infrastrukturu yeraltı keçid inşa etmək üçün əlverişli deyil
    "Statistika dairəsi"nin infrastrukturu yeraltı keçid inşa etmək üçün əlverişli deyil
    © Sputnik / Fuad Hasanov
1 / 5
© Sputnik / Fuad Hasanov
Yasamal rayonunda, Dövlət Statistika Komitəsinin qarşısında yerləşən dairəvi yol

"Ümumiyyətlə "Statistika dairəsi" yüklü ərazidir. Təbii olaraq, belə yüklənmiş ərazidə piyadalar müəyyən təhlükələrlə üzləşə bilirlər. Hətta orada nə qədər çox piyada keçidi olsa da, yenə də vətəndaşlar üçün tam rahatlıq vermir. Çünki geniş və dairəvi yol olduğu piyadalar çox böyük bir dairə məsafəni qət etməli olurlar", — ekspert əlavə edib.

Bununla belə, A. Allahverənov qeyd edib ki, "Statistika dairəsi"nin infrastrukturu yeraltı keçid inşa etmək üçün əlverişli deyil: "Açıq etiraf etmək lazımdır ki, "Statistika dairəsi"nin infrastrukturu yeraltı keçid inşa etmək üçün əlverişli deyil. Çünki ora həm mailidir, həm də ərazisi çox böyükdür".

Ekspert, sürücülərlə yanaşı piyadaların da diqqətli olmasının əhəmiyyətinə toxunub: "Məhz bu tip təhlükəli dairələrdə, ümumiyyətlə digər magistral yollarda bütün problem sürücülərin üzərinə atılmamalıdır. Piyadaların da üzərinə böyük vəzifələr düşür. Hansısa piyada yolu keçmək istəyərkən özünü anidən yola atmamalıdır. Qanun onun tərəfində olsa da, piyadanın ixtiyarı yoxdur ki, keçidi keçərkən avtomobillərin hərəkətini qəliz vəziyyətə salsın".

"Məsələn, kiminsə qəfil yola çıxaraq qarşı tərəfə yönəlməsi düzgün deyil. Çünki hərəkətdə olan avtomobil dərhal əyləcə basmağa məcbur qalanda arxadan onu izləyən digər avtomobilin zərbəsinə hədəf gəlir. Ona görə də, piyada uzaqdan gələn avtomobilə yolu keçmək istədiyini hiss elətdirməlidir", — ekspert bildirib.

827
Teqlər:
keçid, piyada, Dövlət Statistika Komitəsi, sürücü, avtomobil
Əlaqədar
Piyadanı vurub qaçan sürücü ələ keçdi
Piyadaları vurub qaçan sürücü tutuldu
Avtobus piyada qadını vurub öldürdü
Polis avtomobili vurub piyadanı öldürdü
Şəkidə avtomobil 2 piyadanı vurub
Kürdəxanında çirkab sular

Kürdəxanıda çirkab suları dənizə axıdılır, nazirlik öz işini görür, nəticə isə yoxdur

4
(Yenilənib 20:12 17.01.2021)
Xəzər sahili ərazilərdə quraşdırılan bu qurğular sayəsində bu ərazilərdə dənizə çirkab su axıdılmır.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 17 yanvar — Sputnik. Bakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsində uzun illərdir ki, dənizə kanalizasiya suları axıdılır. Qəsəbə sakinlərinin sözlərinə görə, qəsəbədə kanalizasiya sistemi olmadığı üçün vətəndaşlar kanalizasiya sularının axıdılması üçün xüsusi qazılmış "şambo"lardan istifadə edir.

Adətən çirkab sular dənizə axıdılır. Bununla yanaşı Kürdəxanı və Pirşağı qəsəbələrində kanalizasiya sularının axıdılığı göllər də var. Bu problemin qarşısını almaq üçün qəsəbələrə kanalizasiya sistemi çəkilməlidir. Ötən il Bakı qəsəbələrinə kanalizasiya sisteminin çəkilməsi üçün qərar verilsə də, görünən odur ki, qeyd olunan qəsəbələrdə hələ heç bir iş görülməyib.

© Sputnik / Irade JELIL
Kürdəxanında çirkab sular

Memarlıq və İnşaat Universitetinin (AzMİU) dosenti Fərzəli Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı qəsəbələrinə kanalizasiya sisteminin çəkilməsi planda olsa da, yəqin ki, bundan sonra məsələyə birbaşa məsul olan qurum "Azərsu" ASC işğaldan azad edilmiş ərazilərdə müvafiq işlər görəcək. Bakı qəsəbələrinə kanalizasiya sisteminin çəkilməsi məsələsi hələ bir müddət qalacaq. Çünki bu gün əsas prioritet məsələ işğaldan azad edilmiş torpaqların bərpasıdır.

Onun sözlərinə görə, Pirşağıda Cənubi Koreya şirkəti tərəfindən kanalizasiya sularının təmizlənməsi ilə bağlı stansiya tikilir. Stansiya istifadə verildikdən sonra Mehdiabad, Ceyranbatan və s. yaxın qəsəbələrin kanalizasiya boruları həmin stansiyaya qoşulacaq.

© Sputnik / Irade JELIL
Kürdəxanında çirkab sular

F.Həsənov qeyd edib ki, kanalizasiya suları təmizləndikdən sonra dənizə axıdılmalıdır: "Qonşu Türkiyədə kanalizasiya suları təmizləndikdən sonra dənizə axıdılır. Kanalizasiya suyu o qədər təmizlənir ki, Azərbaycanda olsa, içməli sudan fərqləndirmək mümkün olmaz. Bu qədər təmizlənməsinə baxmayaraq, həmin sular xüsusi borularla dənizin daxilində 5 kilometr məsafəyə buraxılır".

Professor bildirib ki, içməli suyun bir litrində 1 qram, Xəzər dənizinin suyunun 1 litrində 13-15 qram duz var. Kanalizasiya suları təmizlənib dənizə axıdıldığı təqdirdə, dənizin suyunun tərkibinə təsir etmir. Təmizlənmədiyi halda isə kanalizasiya suyunun tərkibində olan zərərli maddələr dəniz suyuna qarışır. Belə olan təqdirdə həmin ərazilərin çimərlik kimi istifadə edilməsi sağlamlıq üçün təhlükəlidir.

© Sputnik / Irade JELIL
Xəzər dənizinin suyunun 1 litrində 13-15 qram duz var

"Çirkab sularının birbaşa təmizlənmədən dənizə axıdılması müxtəlif dəri, mədə-bağırsaq və s. xəstəliklərə səbəb olur. Vətəndaşlar sağlamlıqları üçün bu ərazilərdən çimərlik kimi istifadə etməməlidirlər", - deyə F.Həsənov bildirib.

Dövlət Ekoloji Təhlükəsizlik xidmətinin rəis müavini Ramal Bağırovun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2007-ci ildən bu günə qədər 17 ədəd su təmizləyici qurğu quraşdırıb.

Bu problemin qalmasının səbəbi isə müvafiq ərazilərdə kanalizasiya sisteminin olmamasıdır. Dənizə açılan axar 2000-ci ildə çəkilib və keçən dövr ərzində mütəmadi olaraq monitorinqlər aparılıb, analizlər götürülüb. Nəticələr barədə "Azərsu" ASC-yə məlumat verilib.

© Sputnik / Irade JELIL
Kürdəxanında çirkab sular

Ekoloq Telman Zeynalovun fikrincə, çirkab və kanalizasiya sularının dənizə axıdılması insan sağlamlığı ilə yanaşı, Xəzərin biomüxtəlifliyi üçün də təhlükəlidir. Onun sözlərinə görə, Kürdəxanı ərazisində dənizə çirkab sularının axıdılmasına nəzarət yerli icra orqanları və Ekologiya və Təbii Sərvətlər Nazirliyindədir. Belə ki, qurumlar həmin ərazilərdə mütəmadi olaraq monitorinqlər aparmalı, bu kimi vəziyyətləri açıqlamalı və müvafiq tədbirlər görməlidir.

Məsələ ilə bağlı "Azərsu" ASC ilə əlaqə saxlamaq mümkün olmadı. Ancaq qurumun rəsmisi Şöhrət Süleymanov yerli mətbuata açıqlamasında bildirib ki, bu ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya sistemi mövcud deyil: "Abşeron yarımadası üzrə Master Plana uyğun olaraq Pirşağı hövzəsi üzrə müasir standartlara uyğun bioloji tullantı su təmizləyici qurğusunun inşası aparılıb. Hazırda tamamlanma işləri aparılır".

© Sputnik / Irade JELIL
Dənizə açılan axar 2000-ci ildə çəkilib və keçən dövr ərzində mütəmadi olaraq monitorinqlər aparılıb, analizlər götürülüb

Qeyd edək ki, Xəzər dənizinə antropogen təsir göstərən axarların qarşısının alınması və çirkab suların təmizlənərək Xəzər dənizinə axıdılması məqsədilə Bilgəh, Mərdəkan, Novxanı, Buzovna, Sumqayıtın Xəzər sahili ərazilərində ETSN tərəfindən onlarla modul tipli lokal təmizləyici qurğu quraşdırılıb.

Xəzər sahili ərazilərdə quraşdırılan bu qurğular sayəsində bu ərazilərdə dənizə çirkab su axıdılmır.

4
Самолет Бе-200, фото из архива

Hirkan Milli Parkında yanğın davam edir - VİDEO

12
(Yenilənib 19:37 17.01.2021)
Yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi cəlb olunub.

BAKI, 17 yanvar - Sputnik. Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi maneə törədir. Bununla belə, yanğının daha geniş sahəyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi də cəlb olunub.

Əlavə məlumat veriləcək.

12