NAZ-Lifan X60

Prezidentin "NAZ-Lifan"a keçmək tövsiyyəsinə hansı nazirlik əməl edib?

716
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan zavodunun istehsal etdiyi avtomobilləri yalnız müharibə əlilləri üçün alır

BAKI, 28 sen — Sputnik. Azərbaycan prezidenti İlham Əliyevin bu ilin yanvarın sonunda məmurlara Naxçıvanın Avtomobil Zavodunda (NAZ) istehsal edilmiş avtomobillərdən istifadəni tövsiyə etməsindən sonra, nazirlik və dövlət idarələri o avtomobillərdən fəal şəkildə istifadə etməyə başlayıb. Bəs hazırda bu sahədə real nəticə nədən ibarətdir?

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvanın "NAZ-Lifan" zavodunun istehsal etdiyi avtomobilləri yalnız müharibə əlilləri üçün alır, digər məqsədlər üçün deyil" — deyə Sputnik-ə nazirliyin şöbə müdiri Elman Babayev bildirib.

O qeyd edib ki, nazirlik "NAZ-Lifan" avtomobillərinin kütləvi alışı və yayılmasında vacib rol oynayır: "Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq əlillərin dövlət büdcəsi hesabına avtomobillə təmin edilməsi çərçivəsində maşınlar məhz Naxçıvan avtomobil zavodundan alınır. Prezidentin 23 dekabr 2013-cü il və 30 aprel 2014-cü il sərəncamlarına uyğun olaraq son iki ildə 1933 avtomobil alınaraq müharibə əlillərinin istifadəsinə verilib".

E. Babayev əlavə edib ki, cari ildə də "NAZ-Lifan" avtomobillərinin alınması nəzərdə tutulur.

Təhsil Nazirliyi isə xidməti istifadə üçün 25 ədəd Naxçıvan avtomobil zavodunun istehsalı olan minik avtomobil alıb. Bu barədə Sputnik-ə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov məlumat verib.

Energetika Nazirliyinin mətbuat xidmətindən isə bildiriblər ki, ümumilikdə nazirliyin avtomobil parkı böyük deyil və son illərdə yenilənməyib. Bu səbəbdən də nazirliyin xidməti avtomobilləri arasında "Naz-Lifan" yoxdur.

Sputnik-in xidməti avtomobillərlə bağlı sorğusuna cavab olaraq Vergilər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, onlar əsasən 2012-ci ildə alınmış avtomobillərdən istifadə edirlər. Bu avtomobillər isə "Toyota Camry" və "Honda Accord", həmçinin daha əvvəl alınmış "Nexia", "KİA Optima", "ГАЗ-31", "Mitsubitsi", "Chevrolet Niva", "UAZ-3163-10" markalı minik avtomobilləridir.

"Nazirlik sonunci dəfə 2014-cü ildə xidməti istifadə üçün "Fiat Doblo" markalı avtomobil alıb. Əgər gələcəkdə büdcədən avtomobil alınması üçün vəsait ayrılsa, onda "NAZ-Lifan" markalı maşınların alınması məsələsinə baxılacaq", — VN-in mətbuat xidmətindən bildirilib.

Azərbaycanda nazirlik və dövlət idarələrinə avtomobillərin alınmasını Nazirlər Kabineti tənzimləyir. Neftin qiymətinin qəflətən aşağı düşməsi və valyuta resurslarının sürətlə azalması fonunda avtomobil parkının yenilənməsinə vəsaitlərin ayrılacağını gözləməyə dəyməz.

Amma dövlətin təcili ehtiyacı yarandığı halda Naxçıvanda istehsal olunan "NAZ-Lifan"a müraciət etmək mümkündür. Çünki onun qiyməti Qərb və Yaponiya istehsalçılarının aparıcı avtomobil şirkətlərinin istehsal etdiyi maşınlardan bir az ucuzdur.

Hər halda "NAZ-Lifan"ın qiyməti bizim yüksək vəzifəli məmurlarımızın istifadə etməyi xoşladığı "Mersedes" və "BMW"yə nisbətən aşağıdır. Kimsə azərbaycanlı məmurların hətta "NAZ-Lifan"ının belə, olmadığı barədə mübahisə də edə bilər.

716
Teqlər:
"NAZ-Lifan", Naxçıvanın Avtomobil Zavodu, nazirlik, İlham Əliyev, avtomobil
Əlaqədar
Bakıda hərəkətdə olan avtomobil qəfildən alışdı
Azərbaycanda avtomobil sahibi olmağın belə dərdi də varmış
Avtomobil şirkəti əvvəl cərimələndi, sonra mükafat aldı
Rayon avtomobillərinin "qara günləri" yenidən qayıtdı
Zərdabda minik avtomobili ilə yük maşını toqquşub, ölən var
50 manat cərimə verməkdənsə, avtomobili sığortalamaq yaxşıdır
İtaliyada epdimioloji vəziyyət

İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq

15
İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

BAKI, 25 oktyabr - Sputnik. İtaliyada epidemioloji vəziyyətin pisləşməsi səbəbindən oktyabrın 26-dan məhdudiyyətlər artırılır.

Sputnik Azərbaycan “Qafqazinfo”ya istinadla məlumat verir ki, bu gün İtaliya Baş Nazirinin Mətbuat xidməti tərəfindən açıqlanan yeni qaydalara uyğun olaraq bütün kinoteatr, teatr, idman zalları və hovuzlar bağlanacaq.

Restoran və barlar işə davam edəcək, lakin vaxt məhdudiyyəti ilə - axşam saat 6-dək.

Qeyd edək ki, İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

15
Koronavirus testi, arxiv şəkli

Ölkədə daha 946 nəfər COVID-19-a yoluxub, 228 nəfər sağalıb

37
Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

BAKI, 25 oktyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölkədə son sutka ərzində 10037, hazırkı dövrədək isə 1291534 test aparılıb.

37

İlham Əliyev Azərbaycanı dəstəkləyən ölkələrin başçılarına məktublar ünvanlayıb

0
Prezident BMT TŞ-da Azərbaycanı dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb.

BAKI, 25 oktyabr - Sputnik. Məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.

Sputnik Azərbaycan xəbər verir ki, bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadinin dövlət və hökumət başçılarına məktublar ünvanlanıb.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Məktublarda BMT Təhlükəsizlik Şurasında keçirilmiş müzakirələr zamanı göstərdikləri prinsipial mövqeyə görə sözügedən ölkələrə təşəkkür ifadə olunub.

Məktublarda qeyd edilib ki, bu ölkələrin belə qəti mövqe sərgiləmələri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur.

Daha sonra məktublarda bildirilir ki, həmin ölkələrin davamlı dəstəyi münaqişənin beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə töhfə verəcək.

Sonda isə ikitərəfli münasibətlərimizin, eləcə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığımızın uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə