Həvəskar balıqçı Elnur Əliyev

Bu peşədə qazanc önəmli deyil

413
(Yenilənib 14:13 30.09.2016)
Ona sərf etdiyin zaman boşuna itirilmiş hesab olunmur. Ruhun dincliyi və əsəblərin yerinə gəlməsi üçün əvəzsizdir...

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 30 sen — Sputnik. Mingəçevir Azərbaycanın ən gənc, həmçinin ən gözəl şəhərlərindən biridir. Bu şəhər faşizm üzərində qələbədən sonra təməli qoyulan eyniadlı su anbarının tikintisi ilə bağlı salınsa da, ərazisi qədim yaşayış məskəni olub.

Ötən əsrin ortalarında, 9 illik gərgin prosesdən sonra Kür çayının qabağı kəsilərək Avropanın ən böyük torpaq bəndi və su anbarı yaradılıb. Əhali sayına görə ölkənin 4-cü böyük şəhəri olan Mingəçevir sakinləri həcminə görə bu su anbarını "dəniz" adlandırırlar.

© Sputnik / / İlham Mustafa
Mingəçevir balıqçılarının peşə sirrləri

Bu "dəniz"də balıq tutmaq mingəçevirlilərin ən sevilən istirahəti və məşğuliyyətidir. Burada bəzi sakinlər balıqçılıqla peşə kimi, çoxları isə həvəskar olaraq məşğul olurlar. Onlar "həm ziyarət, həm ticarət" deyiminə əsaslanaraq vaxtlarının bir hissəsini gözəl təbiət və "dəniz" qırağında keçirirlər. Bu işdən həm mənəvi zövq alır, həm də dadlı təamlar dadmaq üçün balıq tuturlar.

Həvəskar balıqçı Elnur Əliyev də Mingəçevir sakinidir. Əsasən yay aylarında həftədə 1-2 dəfə "dəniz" sahilinə gələrək balıq tutur, istirahət edir. Qılçıqsız (sümüksüz) olduğuna görə və dadlı olduğuna görə, daha çox sudak balığına üstünlük verir.

Bu balığın tutulması incəliklərini də Elnur bizimlə bölüşdü. Həvəskar balıqçı saat 16-17 arası sahilə gələrək ovlarının yerlərini müəyənləşdirir. Sonra isə böyük balıqları ovlamaq üçün, tilova taxmağa, "bıçok" adlandırdıqları xırda balıqlar tutur.

Mingəçevir su anbarının sahilində balıqçı tilovları
© Sputnik / İlham Mustafa
Yerli sakinlər Mingəçevir su anbarını sahəsinin böyüklüyünə görə "dəniz" adlandırırlar

Hava qaralmağa başlayanda isə bu balıqları qarmağa taxaraq suya atır. Balığın qarmağa düşməsini bildirmək üçün tilov ipinə zınqırovlu "gözətçi" bənd edir. "Gözətçi"nin işi, balıq tilova düşəndə səs edərək sahibini xəbərdar etməkdir. Bundan sonra — gecə saat 1-dək kimi davam edən maraqlı və əyləncəli ov prosesi başlayır.

"Sudak balığı yırtıcı balıq olduğundan, axşam saatlarında xırda balıqları yemək üçün sahilə yaxınlaşır. Onu tutmaq üçün elə xırda balıqları tilova taxırıq. Xırda balıq qarmağa elə taxılmalıdır ki, ölməsin və hərəkət etsin. Bu zaman yırtıcı onu daha tez hiss edir və tələyə düşür. Sudakı tutmağın ən uyğun zaman isə hava qaraldıqdan sonra və səhərə yaxındır", — deyir Elnur Əliyev.

O, balıq tutmaq üçün hava şəraitinin də əsas olduğunu söyləyir. Çox küləkli, yaxud çox sakit, aydınlıq, yaxud zil qaranlıq hava balıq tutulmasında müəyyən rol oynayır. Balıqçı ovun hər zaman filmlərdə göstərilən kimi uğurlu olmadığını, bəzən 2-3 kiloqramadək balıq tuta bildiklərini, bəzənsə evə əliboş döndüklərini deyir. Elnur balıq tuta bilmək üçün insanda səbr və işindən zövq almağın önəmli olduğunu deyir.

Qismətdən, bizim də iştirak etdiyimiz ov prosesindən balıqçı həmin gün, "dəniz " sahilinə çıxan digər bütün balıqçılar kimi əliboş döndü. Təcrübəli balıqçılar bunu bir gün əvvəl bölgədə (Balakəndə) baş verən zəlzələ ilə əlaqələndirdilər. Onların sözlərinə görə, zəlzələ ən tez balıqlar tərəfindən duyulur və bu zaman suyun dərinliklərinə çəkilirlər.

Qismətinə balıq çıxmasa belə, bu əyləncəyə sərf etdiyin zaman boşuna itirilmiş hesab olunmamalıdır. Ruhun dincliyi və əsəblərin yerinə gəlməsi üçün əvəzsiz əyləncədir balıq tutmaq. Qısası, Mingəçevirə gedərkən özünüzlə tilov götürsəniz, peşman olmazsınız…

413
Teqlər:
Elnur Əliyev, tilov, su anbarı, əyləncə, Mingəçevir, dəniz, balıq, Kür çayı
Əlaqədar
İnsan sağlamlığı üçün zərərli olan 206 kilo balıq satışdan yığışdırılıb
Xəzərə həsrət qalmış Bakı balıqçıları: "Özlərini bizim yerimizə qoysunlar"
Azərbaycanda ağır çəkili balıq yetişdirilməsinə başlanıb
Qayığını xilas etmək istəyən balıqçı 100 milyonluq qənimət tapdı
Təbiət və balıq ovu həvəskarları üçün şəhərdən kənarda istirahət
 “TOÇKA-U” raketinin buraxılışı, arxiv şəkli

Beynəlxalq təşkilatlar rayonlarımızın raket atəşinə tutulması barədə məlumatlandırılıb

1
Ermənistan ərazilərindən döyüş əməliyyatları zonasından aralıda yerləşən Qəbələ, Kürdəmir və Siyəzən rayonlarında yaşayan dinc əhalinin və mülki infrastrukturun raket zərbələrinə məruz qalması diqqətə çatdırılıb

BAKI, 22 oktyabr - Sputnik. Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov tərəfindən ölkəmizdə akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün bu gün növbəti brifinq verilib.
Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumata görə, brifinqdə qonaqlara Ermənistan Respublikasının münaqişədə birbaşa iştirakı, Ermənistan ərazilərindən döyüş əməliyyatları zonasından aralıda yerləşən Qəbələ, Kürdəmir və Siyəzən rayonlarında yaşayan dinc əhalinin və mülki infrastrukturun raket zərbələrinə məruz qalması, eləcə də humanitar atəşkəs razılığına əməl etməyərək açıq şəkildə onu pozması haqqında ətraflı məlumat verilib.
Əlavə olaraq, işğaldan azad olunmuş Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının ərazilərində olan inzibati yaşayış mərkəzlərinin, tarixi-memarlıq və dini abidələrinin dağıdılması və talan edilməsi, eləcə də döyüş texnikasının tibbi təyinatlı texnika adı altında döyüşlərdə istifadə edilməsi barədə də məlumat diqqətə çatdırılıb.

1
Teqlər:
Azərbaycan Müdafiə Nazirliyi, Siyəzən, Kürdəmir, Qəbələ, raket zərbələri, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
İsrail səfiri Gəncədə: “Qurbanların başına gələnləri dinləmək ürəyimi ağrıdır”
Qəbələnin atəşə tutulması nəticəsində bir nəfər xəsarət alıb
Prezidentin köməkçisi: "Qəbələyə raketlər Qafan və Cermuk bölgələrindən atılıb"
Hikmət Hacıyev Ermənistanın Qəbələ, Kürdəmir və Siyəzənə raket atəşi barədə
Ermənistan ərazisindən Siyəzən, Qəbələ və Kürdəmir raket atəşinə tutulub

Azərbaycanın İranla sərhədindəki Ağbənddə bayrağımız dalğalanır - VİDEO

49
(Yenilənib 19:30 22.10.2020)
Dövlətimizin başçısı Ağbənd zastavasında Azərbaycan bayrağının qaldırılmasının videosunu da paylaşıb.

BAKI, 22 oktyabr - Sputnik. Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Twitter hesabında məlumat verərək, bu münasibətlə Azərbaycan və İran xalqlarını təbrik edib.

Həmçinin dövlətimizin başçısı Ağbənd zastavasında Azərbaycan bayrağının qaldırılmasının videosunu da paylaşıb.

​Qeyd edək ki, bu gün müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini, Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad edib.

49
Teqlər:
Prezident İlham Əliyev, Azərbaycan ordusu, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bayraq, Ağbənd qəsəbəsi, sərhəd, İran, Azərbaycan
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Dövlət başçısı: "Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü"
Füzuli, Cəbrayıl və Zəngilanın 20 kəndi və 1 qəsəbəsi azad edildi - İlham Əliyev
İlham Əliyev: "Sülhməramlılarla bağlı həlledici sözü biz deməliyik"
İlham Əliyev: "Ermənistanın bu hökuməti ilə sülhlə nizamlanma perspektivi çox uzaqdır"
İlham Əliyev: "Dağlıq Qarabağda heç bir referendum olmayacaq"
Milli Məclis

Milli Məclisin növbəti plenar iclasının vaxtı gündəliyi məlum olub

0
(Yenilənib 19:26 22.10.2020)
"Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında" qanun layihəsinə, "Hərbi vəzifə və hərbi xidmət haqqında" və digər qanunlarda dəyişikliklərə baxılacaq

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. Milli Məclisin növbəti plenar iclasının vaxtı məlum olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, parlamentin iclası 27 oktyabrda keçiriləcək. İclasın gündəliyinə 8 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. "Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.

2. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

4. "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

5. Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Dövlət rüsumu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

6. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

7. "Hərbi qulluqçuların statusu haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Yol hərəkəti haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Avtomobil yolları haqqında", "Özəl tibb fəaliyyəti haqqında", "Dövlət qulluğu haqqında", "Psixiatriya yardımı haqqında", "Onkoloji yardım haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

8. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

0