CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kağız üzərində qalan sosial mənzillər: nə dinən var, nə dindirən

© Sputnik / Fuad HasanovBina tikintisi
Bina tikintisi - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət başçısının xüsusi fərman imzalamasına baxmayaraq, aidiyyəti qurumdan səs-səmir yoxdur

BAKI, 29 sen — Sputnik. Bəlli olduğu kimi, prezident İlham Əliyev 11 aprel 2016-cı il tarixində "Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında" Fərman imzalayıb. Yaradılan qurum vasitəsilə yeni mənzillər tikilərək aztəminatlı ailələrə uzun müddətli, daha sərfəli şərtlərlə veriləcək.

Yeni tikili binalardakı mənzlillərə də tələb kəskin azalıb - Sputnik Azərbaycan
Aztəminatlı ailələrin mənzil xəyalı gerçək olacaq

Fərman imzalanan gündən hər kəsi mənzillərin hansı şərtlər əsasında veriləcəyi maraqlandırır. Çünki indiyədək bunun detalları ilə bağlı ictimaiyyətə konkret açıqlama verilməyib.

Evlər hansı şərtlərlə paylanılacaq? Hansı kateqoriyadan olan insanlar bu imkandan yararlana biləcəklər? Sosial evlərə sahib olmaq istəyən ailələr kimə müraciət etməlidir? Bu və digər suallar hələ də açıq qalır.

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat katibi Diana Dadaşova Sputnik-ə açıqlamasında, bu haqda heç bir məlumatının olmadığını qeyd edib: "Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin Sosial evlərin şərtləri ilə bağlı heç bir rəsmi açıqlaması yoxdur. Bu, çətin bir prosesdir. Layihənin icrası ilə bağlı ən son məlumatları açıqlayırıq. Şərtlər qərarlaşdırılandan sonra mətbuata təqdim ediləcək".

"Güzaran" Sosial Araşdırmalar Birliyinin sədri Qadir İbrahimli, əməkdaşımızla söhbətində məsələyə belə yanaşıb: "Hələlik hökümət ilkin şərtləri açıqlamayıb, ona görə də konkret fikir yürütmək çətindir. Bu proses həddindən artıq prosesdir. Hesab edirəm ki, yaş məhdudiyyəti qoymaq olmaz. Eyni zamanda maddi durumu da nəzərə almaq lazımdır".

Yeni tikili binalardakı mənzlillərə də tələb kəskin azalıb - Sputnik Azərbaycan
CƏMİYYƏT
Güzəştli şərtlərlə veriləcək mənzillər bu rayonda tikiləcək

"Habelə, bələdiyyələr, rayon icra hakimiyyətləri bu məsələyə cəlb edilməlidir. Seçim prosesi tam şəffaf keçirilməlidir. Elə standartlar müəyyənləşməlidir ki, maksimum ehtiyacı olan insanlar bu mənzillərdən yararlansınlar. Digər imkanlı insanlar sui-istifadə etməsinlər", — ekspert bildirib.

Onun sözlərinə görə, evsizlərin statistikasını aparmaq bir qədər çətindir: "Buna görə də rayon icra hakimiyyətləri və rayon bələdiyyələri siyahıların tutulmasına Mənzil İnşaatı Dövlət Agentliyinə kömək etməlidir. Ehtiyacı olan vətəndaşlara belə evlər təklif olunmalıdır".

Q. İbrahimli əlavə nüansların meydana çıxmasını da istisna etmir: "Şərtlər açıqlanandan sonra daha dəqiq müzakirə aparıb təhlil aparmaq olar".

Xəbər lenti
0